Hobbit: Smauqun xarabalığı (film, 2013)

Hobbit: Smauqun xarabalığı (ing. The Hobbit: The Desolation of Smaug) — rejissor Piter Ceksonun çəkdiyi "Hobbit" kinotrilogiyasının ikinci hissəsi, yazıçı Con Tolkinin "Hobbit, və ya oraya və geriyə" nağıl hekayəsinin ekranlaşdırılmasıdır.

Hobbit: Smauqun xarabalığı
ing. The Hobbit: The Desolation of Smaug
Janr Fentezi
Döyüş
Macəra
Rejissor Piter Cekson
Prodüserlər Zeyn Vayner
Piter Cekson
Fren Uolş
Kerolinn Kanninhem
Əsərin müəllifi C. R. R. Tolkin
Ssenari müəllifləri Fren Uolş
Filippa Boyens
Piter Cekson
Gilyermo del Toro
Baş rolda
Operator Endryu Lesni
Bəstəkar Hovard Şor
İstehsalçılar New Line Cinema
Metro-Goldwyn-Mayer
WingNut Films
Distribütor Warner Bros.
İlk baxış tarixi 2 dekabr 2013
Müddət Teatral versiyası:
161 dəqiqə
Rejissor versiyası:
186 dəqiqə
Büdcə $225.000.000[1][2]
Gəlir $958.366.855[3]
Ölkələr Yeni Zelandiya Yeni Zelandiya
ABŞ ABŞ
Dillər İngilis
Sindarin
Kvenya
Khuzdûl
Qara dil
İl 2013
Əvvəlki film Hobbit: Gözlənilməz səyahət
Sonrakı film Hobbit: Beş ordunun döyüşü
Rəng rəngli
Çəkiliş yeri Yeni Zelandiya
IMDb ID1170358
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Bu film, Gözlənilməz səyahət kimi saniyədə 48 kadr sürətlə RED Epic yüksək dəqiqlikli kameralarla çəkilib[4].

Məzmun[redaktə | mənbəni redaktə et]

Film cadugər QandalfTorin Palıd-sipər arasında Bri kəndindəki "Çapan Poni" mehmanxanasında görüşü ilə başlayır.

Torin və onun dəstəsi əvvəlki filmdə baş verən hadisələrdən sonra Murdarlayan Azoq və onun orkları tərəfindən təqib edilir. Qandalf onları yaxınlıqdakı qulyabanı Beornun evinə aparır. Eyni zamanda, qnomlar, hobbit və cadugər ayı cismində Beornun özündən möcüzəvi şəkildə canlarını qurtarır. Gecə Nekromant Azoqu Dol Quldura çağırır və ona müharibə üçün qoşun toplamaq əmri verir. Buna görədə Azoq Torinin ovunu oğlu Bolqa tapşırır. Ertəsi gün Beornla Qandalf Bilbo və qnomlar tanış olurlar və səhər yeməyi zamanı Beorn onlara Moria orkları ilə Dol Quldurun qaranlıq qüvvələri arasında bağlanmış birlikdən danışır. Bir vaxtlar Azoqun əsiri olan qulyabanı Beorn dəstəni Qarameşə sərhədlərinə qədər aparır və burada Qandalf köhnə xarabalıqlarda Qara dildə yazılmış yazını aşkar edir. Həmin zaman Qandalf, Lorien elflərinin kraliçası Qaladrieldən telepatik mesaj alır və Qaladriel onu Nazqulların məzarını araşdırmağa çağırır. O, Torinin dəstəsinə yalnız cığırla getməyi xəbərdar edir, Bilbo isə cadugərə Qollumun mağarasında tapdığı üzük haqqında danışmağa çalışır, sonra Qandalf onları tərk edir. Meşəyə girən dəstə yoldan çıxır və çayı keçdikdən sonra nəhəng hörümçəklərin tələsinə düşür. Bilbo yeni əldə etdiyi üzüyü ilə qnomları azad edir. Daha sonra üzüyü əldən salır və üzüyünü almaq üçün canlını qəddarcasına öldürdükdən sonra onun qaranlıq təsirini anlamağa başlayır.

Daha sonra meşə elfləri-nandor başda sərhədçilərin komandiri Tauriel və şahzadə Leqolas olmaqla hörümçəklərin qalan hissəsini məhv edirlər. Elflər qnomları əsir götürürlər və Torini öz hökmdarları Tranduilin üzərinə gətirirlər. Torin, 60 il əvvəl Smauqun hücumundan sonra Tranduilin Erebor qnomlarına qarşı etinasızlığını xatırladır. Qnomları həbs edirlər. Həbsdən canını qurtaran Bilbo qnomları azad edir, boş şərab çəlləklərini istifadə edərək su axını ilə saraydan bayıra çıxırlar. Elflər qnomların dalınca düşür bu zaman Bolq və onun ork dəstəsi qnomları və elfləri pusquya salır, Kili isə Morqul oxu ilə yaralanır. Qnomlar üçtərəfli savaşda döyüşür, lakin sonda iki təqibçi dəstəsindən qaça bilirər. Taurielin gücü ilə əsir düşən orkdan Tranduil qaranlıq varlığın geri qayıtdığını və cənubda ordu topladığını öyrənir. Tauriel ayrılıb qnomlara kömək etmək qərarına gəlir. Leqolas onu izləyir. Bu vaxt Qandalf Anqmarın cadugər-kralının məqbərəsinə daxil olur. Orada o, Qonur Radaqastla görüşür.

Bilbo və qnomların dəstəsi qayıqçı Bardla sövdələşərək kontrabanda vasitəsilə Esqarota çatırlar. Torin şəhərinin burqomisterinə və əhalisinə söz verir ki Tək Dağın xəzinələrini onlarla bölüşəcək. Sonra məlum olur ki, Bard Deyl şəhərinin sonuncu hökmdarı Girionun nəslindəndir və Smauqu öldürə biləcək sonuncu qara ox ondadı. Yaralı Kili yataqda qalmağa məcbur olur, ona Fili, Oin və Bofur qayğı göstərir, qalanlarını isə təntənəli yola salırlar. Həmin vaxt Qandalf Radaqastla Qarameşənin cənubunda, Dol Quldur qalasının xarabalıqlarına gedirlər. Radaqast kömək üçün Ledi Qaladrielin yanına gedir. Cadugər Qalasının içərisində Qandalf orklar tərəfindən əsir düşən Torinin atası II Treyni yarı dəli halda tapır, və yeddi qnomlara verilən qüvvət üzüklərin sonuncusununda əldən getdiyini öyrənir. Sehrbaz Azoqun pusqusuna düşür və Nekromantla qarşılaşır. Nekromant Treyni öldürür və sonra Qandalfı dueldə məğlub edir və məlum olur ki, Nekromant Son Müttəfiqlik Müharibəsindən sonra sağ qalmış Saurondur.

Torin və dəstəsi Tək Dağa çatırlar, Bilbo gizli girişi aşkar edir. Bilbonu Arkenston daşını tapmağa göndərirlər və o, təsadüfən Smauqu oyadır. Bilbonu tapmağa çalışarkən Smauq Torinin geri qayıtmasını bildiyini deyir. Göllü şəhərdə, Bard qnomların dağa girəcəyində nə baş verə biləcəyindən qorxaraq qara oxu şəhərin arbaletinə çatdırmağa çalışır. Lakin onu həbs edirlər, qara oxu isə oğluna gizlətməyi tapşırır. Bolq və onun ork dəstəsi şəhərə daxil olaraq dörd qnoma hücum edirlər, lakin TaurielLeqolas gələrək orkların tez öhdəsindən gəlirlər. Leqolas Bolqun arxasınca yola düşür. Bu zaman Qandalf qəfəsdən Azoq və ork ordusunun Dol Quldurdan Yalnız Dağa doğru yürüşünü çarəsizcəsinə izləyir. Yalnız Dağın mağaralarında, uzun bir təqibdən sonra Bilbo və qnomlar əjdaha Smauqun alovundan istifadə edərək kral dəmirçixanasını yenidən alovlandırırlar. Böyük qızıl heykəl yaradaraq əjdahanı ərimış qızılın içində diri-diri basdıracaqlarını umid edirlər, bu onlarda alınır, amma Smauq sağ qalır. Qəzəbli əjdaha əridilmiş qızılın arasından çıxır, Erebordan çıxır və Esqarotu məhv etmək üçün uçur. Bilbo bunu dəhşət içində izləyir və özündən "Biz nə etdik?" deyə soruşur.

Rollarda[redaktə | mənbəni redaktə et]

Rol Aktyor/Aktrisa
Bilbo Beggins Martin Friman
Qandalf Yan MakKellen
Qaladriel Keyt Blanşett
Torin Palıd-sipər Riçard Armitec
Tauriel Evancelin Lilli
Leqolas Orlando Blum
Balin Ken Skott
Bofur Ceyms Nesbitt
Qloin, Gimlinin atası Piter Hamblton
Dori Mark Hadlou
Nori Ced Brofi
Kili Eydan Törner
Fili Din O'Qorman
Dvalin Qrem Maktaviş
Oin Con Kallen
Bombur Stiven Hanter
Ori Adam Braun
Bifur Uilyam Körker
Qonur Radaqast Silvestr Makkoy
Nekromant (səsi) Benedikt Kamberbetç
Smauq (səsi) Benedikt Kamberbetç
Tranduil Li Peys
Beorn Mikael Persbrandt
Bard Oxatan Lyuk Evans
Esqarotun burqomisteri Stiven Fray
Azoq Manu Bennett
Bolq Lourens Makor
Bain, Bardın oğlu Con Bell
Alfrid Rayan Geyc
Kameo, kök yeyən adam Piter Cekson

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Ryan Faughnder. "'Hobbit' sequel 'Desolation of Smaug' to take box office gold" (ingilis). Los Angeles Times. 2013-12-12. 2014-01-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-12-19.
  2. "2013 Feature Film Production Report" (pdf). FilmL.A. Research (ingilis). 2014. 2018-04-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-01-02.
  3. Hobbit: Smauqun xarabalığı Box Office Mojo-da
  4. 48 Frames Per Second Arxivləşdirilib 2014-02-26 at the Wayback Machine (ing.)