Horadil — Şamaxı rayonu ərazisində dağ silsiləsi.
Horadil dağı |
---|
Horadil Şamaxı rayonu ərazisində dağ silsiləsi. Qozluçay vəm Çigil çaylarının suayrıcındadır. Dağ silsiləsi oradakı eyniadlı zirvənin adı ilə adlandırılmışdır. Tədqiqatçıların fikrincə, oronimin əsli Ouratel olmalıdır. Bu coğrafi ad fars dilindəki oura (qala) və ərəb dilindəki tel (təpə) sözlərindən düzəlib, "qala təpəsi" mənasındadır.[1]