Çigil — Xəzər dənizində, Bakı arxipelaqında[1] Azərbaycana məxsus ada. Məskunlaşmamış adadır. Palçıq vulkanı mənşəlidir. Ərazisi 0,4 km² təşkil edir. Sahilləri hündür və yalnız cənub-şərq tərəfdən ensiz sahil zolağı ilə əhatə olunmuşdur. Cənub-Şərq hissədə bir necə palcıq vulkanı var. Adanın uzunluğu 585 m, eni 425 m-dir. Sahildən 16,9 km məsafə ayırır. Maksimal hündürlük 5 m təşkil edir. Bəndovan burnundan cənubda yerləşir. Sonuncu püskürmə tarixi haqqında məlumat yoxdur. Güman edilir ki, bu püskürmə 1932-ci ildə baş vermişdir. Palcıq vulkanları burada neft-qaz olması ilə əlaqədardır. Vulkanlar daim səthə yeni palcıq dalğaları püsgürür.
Çigil | |
---|---|
Ümumi məlumatlar | |
Sahəsi | 0,4 km² |
Uzunluğu | 0,585 km |
Eni | 0,425 km |
Hündür nöqtəsi | 5 m |
Əhalisi | 0 nəfər (2013-cü il) |
Yerləşməsi | |
39°38′24″ şm. e. 49°26′22″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Arxipelaq | |
Akvatoriya | |
|
|
Çigil |
Adanın adı qarluq türklərinin çigil boyundan gəlir[mənbə göstərin]. Ruslar Oblivnoy adı vermişlər. Bu isə burada daim palcıq dalğalarının püsgürməsi və ya dəniz sularıla yuyulması ehtimalıyla verilə bilər.
Ada gilli suxurlardan təşil olunub.Buranın flora-faunası çox kasıbdır. Sahil hissələrində dəniz yosunları, Xəzər suitisi, Nərəkimilər fəsiləsinə aid balıq növləri mövcuddür. Xəzər suitisi emdemik növ olmaqla ancaq Xəzər dənizində yaşayır. Bu canlı Azərbaycan Respublikasının 'Qırmızı kitabına' daxil edilmişdir və qorunur. Adada Xəzər qağayısı, Maygülükimilər fəsiləsinə aid quşlar (Flaminqo) məskun olur[2].