Hrair Tovmasyan

Hrayr Tovmasyan (erm. Հրայր Թովմասյան; 8 iyul 1970, Hacı Elləz[d], Zəngibasar rayonu) — Ermənistan Konstitusiya Məhkəməsinin keçmiş sədri, keçmiş Ədliyyə naziri və Milli Məclisin üzvü.

Hrayr Tovmasyan
bayraq
Ermənistan Konstitusiya Məhkəməsinin keçmiş sədri
21 mart 2018 – 26 iyun 2020
ƏvvəlkiQagik Arutyunyan
SonrakıAşot Xaçatryan (səlahiyyətləri icra edən)
bayraq
Ermənistan Milli Məclisinin üzvü
20 may 2017 – 16 fevral 2018
bayraq
Ermənistan Ədliyyə naziri
17 dekabr 2010 – 30 aprel 2014
ƏvvəlkiGevorg Danielyan
SonrakıHovhannes Manukyan
Şəxsi məlumatlar
Doğum tarixi 8 iyul 1970(1970-07-08) (53 yaş)
Doğum yeri
Partiya
  • Ermənistan Respublikaçılar Partiyası[d]
Fəaliyyəti hüquqşünas, siyasətçi

Həyat və fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Hrayr Tovmasyan 8 iyul 1970-ci il tarixində SSRİ respublikalarından olan Ermənistan SSR-nin Zəngibasar rayonu tərkibindəki Hacı Elləz kəndində anadan olmuşdur.[1] O, analitiklər tərəfindən Robert Köçəryanın müttəfiqi adlandırılmışdır. Tovmasyan keçmiş prezident Serj Sarkisyanın Baş nazir kimi hakimiyyətdə qalmasını təmin edən 2015-ci il refenduma çıxarılmış konstitusiya dəyişikliyinin müəllifidir. 2018-ci ildə o, Ermənistan Konstitusiya Məhkəməsinin sədri təyin edilmişdir. Məxməri inqilabdan sonra hakimiyyətə gələn Baş nazir Nikol Paşinyan Tovmasyana qarşı kampaniya başlatmışdır. O, əvvəlcə Tovmasyanı könüllü istefa verməyə çağırmış, sonradan isə ona qarşı iki cinayət işi açılmışdır. 2019-cu ilin ilin iyununda Ermənistan Milli Məclisinin qəbul etdiyi yeni qanunla Konstitusiya Məhkəməsinin 12 ildən artıq işləmiş 3 hakimi məhkəmədən uzaqlaşdırılmış, Tovmasyan sədrlikdən çıxarılmış, lakin məhkəmədə hakim kimi işində qalmışdır.[2]

Cinayət mühakiməsi

[redaktə | mənbəni redaktə et]

2019-cu ilin dekabrında ER baş prokuroru Artur Davtyanın qərarı ilə 2010-cu ildə Hrayr Tovmasyan ER Xüsusi İstintaq Xidməti tərəfindən araşdırılan cinayət işi çərçivəsində təqsirləndirilən şəxs qismində cəlb edilib. Tovmasyan şəxsi maraqları üçün ağır nəticələrə səbəb ola biləcək vəzifə səlahiyyətlərindən sui-istifadə halları ilə bağlı bir qrup vəzifəli şəxslə əlbir olmaqda ittiham olunub. Cinayət işinə görə, Tovmasyan 2013-cü ilin oktyabrında tabeliyində olan orqanlar və şəxslər vasitəsilə 2 notariusun asılı vəziyyətindən istifadə edərək, notariuslarla ərazini onlar üçün açıq-aşkar sərfəli olmayan qiymətə icarəyə götürmək barədə razılığa gəlib, nəticədə Tovmasyan 2014-cü ilin aprel ayına kimi sual altında qalıb, notariusların hər birindən aylıq 800 min AMD, ümumilikdə 11 milyon 200 min AMD icarə haqqı alıb.[3][4][5]

2013-cü il dekabrın 29-da Mxitar Qoş medalı ilə təltif edilib. 2016-cı il dekabrın 28-də Ermənistan Respublikasının idarəetmə sistemində və qanunvericilik sahəsində islahatlara verdiyi töhfəyə görə 1-ci dərəcəli “Vətənə xidmətlərə görə” medalı ilə təltif edilib.

  1. Şahverdiyan, Luzin. "Սահմանադրական դատարանը հայտարարություն է տարածել". ՀՐԱՊԱՐԱԿ (erməni). 25 iyun 2020. 2021-09-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 sentyabr 2021.
  2. Hüseynov, Nurlan. "Ermənistan seçkiləri - Paşinyanın davam edən mübarizəsi". Politicon.co (az.). Topçubaşov Mərkəzi. 24 may 2021. 28 March 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 sentyabr 2021.
  3. "Հրայր Թովմասյանը 2 դրվագով ներգրավվել է որպես մեղադրյալ". Hetq.am (erməni). 2023-11-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020 թ․ հունվարի 24.
  4. "Քննչական կոմիտե. Տվյալներ են ձեռք բերվել` Հրայր Թովմասյանի կողմից պաշտոնեական լիազորությունները առերևույթ չարաշահելու վերաբերյալ". Hetq.am (erməni). 2023-11-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020 թ․ հունվարի 24.
  5. "ՍԴ նախագահ Հրայր Թովմասյանին մեղադրանք է առաջադրվել (լրացված)". Hetq.am (erməni). 2023-11-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020 թ․ հունվարի 24.