Berlin Humboldt Universiteti (alm. Humboldt-Universität zu Berlin, qısaca HU Berlin, lat. Alma Mater Berolinensis) — Berlinin dörd ən qədim universitetindən biri. 16 avqust 1809-cu ildə Vilhelm Humboldt tərəfindən təsis edilib. 1828-ci ildə Prussiya kralı III Fridrix Vilhelmin şərəfinə Fridrix Vilhelm Universiteti adlandırılıb. 1949-ci ildə Humboldt qardaşları şərəfinə adı dəyişdirilib.
Berlin Humboldt Universiteti HU Berlin | |
---|---|
Humboldt-Universität zu Berlin | |
52°31′05″ şm. e. 13°23′36″ ş. u.HGYO | |
Əsası qoyulub | 16 avqust 1809 |
Tələbə sayı | 36.232[1] |
Ölkə | |
Sayt |
hu-berlin.de hu-berlin.de |
Vikianbarda əlaqəli mediafayllar |
Universitetdə tədris 1810-cu ildə başlayıb. O zaman onun 256 tələbəsi var idi. Hal-hazırda 34 min 612 tələbəsi vardır.
Avropanın ən nüfuzlu elmi mərkəzlərindən biridir.
Universitetin 11 fakültəsi və bir neçə mərkəz və institutu var. Tələbələrin 14%-i 100 müxtəlif ölkədən gələnlərdir. Bir semestrdə təhsil haqqı 242,68 avrodur. Universitet dünyanın 170 tədris müəssisəsi ilə əlaqə saxlayır.
1901-ci ildə Nobel mükafatı təsis ediləndə ilk mükafatlardan biri Berlin universitetinin kimya professoru Yakobu Vant-Foffa verilib. Universitetin 29 Nobel mükafatçısı vardır.
Universitetin məzunları arasında Henrix Heyne, Lüdviq Feyerbax, Otto fon Bismark, Karl Marks, Fridrix Engels, Karl Libknext, Stepan Şaumyan və sairləri olmuşdur.
2015/16[3] | 2014/15[4] | 2013/14[5] | 2012/13[6] | 2011/12[7] | 2010/11[8] |
---|---|---|---|---|---|
49 | 80 | 94 | 99 | 109 | 178 |