Stepan Georgiyeviç Şaumyan (1 (13) oktyabr 1878[1], Tiflis[2][1] – 20 sentyabr 1918[2][1]) — XX əsrin əvvəlində Qafqazda fəaliyyət göstərmiş erməni əsilli kommunist inqilabçı və siyasi xadim, 1900-cü ildən Kommunist Partiyasının üzvü, 26 Bakı komissarının rəhbəri.
Stepan Şaumyan | |
---|---|
erm. Ստեփան Գևորգի Շահումյան rus. Степан Георгиевич Шаумян | |
25 aprel 1918 – 31 iyul 1918 | |
Əvvəlki | Vəzifə təsis edildi. |
Sonrakı | Vəzifə ləğv edildi. |
25 aprel 1918 – 31 iyul 1918 | |
Əvvəlki | Vəzifə təsis edildi. |
Sonrakı | Vəzifə ləğv edildi. |
17 dekabr 1917 – dekabr 1917 | |
Əvvəlki | Sako Saakyan |
Sonrakı | Prokofi Caparidze |
6 mart 1917 – 10 may 1917 | |
Əvvəlki | Qriqori Ayollo |
Sonrakı | Sako Saakyan |
2 noyabr 1917 – 12 dekabr 1917 | |
Əvvəlki | İsidor Ramişvili |
Sonrakı | Prokofi Caparidze |
13 oktyabr 1917 – 2 noyabr 1917 | |
5 yanvar 1918 – 6 yanvar 1918 | |
Seçki dairəsi | Zaqafaziya |
Seçki siyahısı | RSDFP-nin 5 nömrəli siyahısı |
Əvvəlki | Vəzifə təsis olundu. |
Sonrakı | Vəzifə ləğv olundu. |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1 (13) oktyabr 1878[1] |
Doğum yeri | |
Vəfat tarixi | 20 sentyabr 1918[2][1] (39 yaşında) |
Vəfat səbəbi | güllə yarası[d][1] |
Partiya | |
Təhsili | |
Fəaliyyəti | dövlət xadimi, sosioloq, jurnalist, publisist, siyasətçi, ədəbiyyat tənqidçisi, tərcüməçi |
Uşaqları | |
Elmi fəaliyyəti | |
Elm sahəsi | siyasət[3], ədəbi tənqid[3], jurnalistika[3], tərcüməçilik fəaliyyəti[d][3] |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Stepan Şaumyan 1878-ci il oktyabr ayının 13-də Tiflisdə işlər müdiri köməkçisinin ailəsində anadan olmuşdur. 1889–1898-ci illərdə Tiflis real məktəbində təhsil almışdır. 1899-cu ildə Cəlaloğlu kəndində ilk marksist dərnəyi olan "Göyqurşağı"nı təşkil etmiş, 1902-ci ildə orada sosial-demokrat birliyini yaratmışdır. 1901-ci ilin avqustunda Riqa Politexnik İnstitunda təhsil almağa başlamış, 1902-ci ilin martında inqilabi fəaliyyətinə görə qovulmuşdu. Tiflisə geri qayıdan Şaumyan 1902-ci ilin sonunda Almaniyaya mühacirət etmişdir. Berlin Humboldt Universitetinin fəlsəfə fakültəsini bitirmişdir. Berlində olarkən Karl Kautski, Roza Lüksemburq və Karl Libknext kimi aktivistlərlə təmaslarda olmuşdur. İlk dəfə 1903-cü ilin yazında İsveçrədə Lenin ilə tanış olmuşdur. 1905-ci ildə təhsilini başa vurduqdan sonra Gürcüstana qayıtmışdır. Orada müəllim işləmiş və bolşevik təşkilatının rəhbərlərindən biri olmuşdur. İrəvan, Qarakilsə və Cəlaloğlu kimi bölgələrdə işləmişdir. Həmin il Allahverdi kəndində mis mədəni fəhlələrinin mitinqində iştirak etmişdir.
Şaumyan həm də jurnalist olmuş, 1905-ci ilin noyabrında Cənubi Qafqazdakı ilk bolşevik qəzeti olan "Kavkazki raboçi listok"da baş redaktorluğa başlamışdır. Bundan savayı o, Ermənistanda "Qığılcım", "Yeni söz", "Günlər" qəzetlərində yazmışdır. "Vperyod" və "Proletar" adlı rus qəzetlərində də fəaliyyətdə olmuşdur. Yazılarında əsasən Daşnaksütun partiyasına və menşeviklərə qarşı mövzulara üstünlük verən Şaumyan 1907-ci ilədək Rusiya Sosial-Demokrat Fəhlə Partiyasının Borçalı bürosunda işləmişdir. 1907-ci ilin sonlarına Bakıya gəlmiş, "Baş" adlı təşkilat yaratmışdır.[4] "Bakı proletarı", "Bakı fəhləsi qəzeti", "Şeypur" qəzetlərində, "Dalğa" jurnalında yazmışdır. 1911-ci ildə "Müasir həyat", daha sonra "Sosial-Demokrat" və "Raboçaya qazeta" qəzetlərində çalışmışdır. 1912-ci ilin iyun ayında Həştərxana sürgün olunmuş, oradan da Sankt-Peterburqa gedərək Leninlə görüşmüş və "Pravda" qəzetində işləməyə başlamışdır. Həmçinin Gürcüstandakı "Bizim söz" qəzeti ilə də əməkdaşlıq etmişdir. 1914-cü ilin martında Bakıya qayıtmış olan Şaumyan bu dəfə "Bizim həyat" qəzetində yazmağa başlamışdır. 1915–1916-cı illər ərzində "Mübarizə" adlı qəzetdə yazmışdır.
1911-ci ildə Rusiya Sosial-Demokrat Fəhlə Partiyası Praqadakı VI qurultayına Bakı şöbəsi üzrə qatılmağa haqq qazanmış, lakin həmin ilin sentyabrında həbs edildiyi üçün 1912-ci ilin yanvarı keçirilən bu qurultaya nümayəndələr göndərmişdi. 1912-ci ilin iyun ayında Həştərxana sürgün olunduqdan sonra 7 mart 1916-cı ildə Qroznıda həbs olunaraq Bakıya gətirilmişdir. 13 dekabrda Saratova sürgün olunan Şaumyan 1917-ci il fevral inqilabından sonra 17 mart 1917-ci ildə qayıtmışdır. Bakıdakı partiya funksionerləri onun polisə satanın Stalin olmasından şübhələnirdilər. Çünki Stalin və Şaumyanın arası yaxşı deyildi.[5] O, 8 martda artıq özünün xəbəri olmadan Bakı sovetinin sədri seçilmişdi. 1917-ci ilin oktyabrında Qafqaz bolşevik təşkilatının I qurultayına rəhbərlik etmiş, 16 dekabr 1917-ci ildə Lenin tərəfindən Qafqaz üzrə fövqəladə komissar təyin olunmuşdur. Vəzifəyə gələn kimi "Bakı fəhləsi qəzeti"nin yayımına yenidən başlayan Şaumyan Karl Marks, Fridrix Engels və Leninin əsərlərini erməni dilinə tərcümə etmişdir. 1917-ci ildə bir mitinqdə çəkilmiş videosu qalmışdır. 25 aprel 1918-ci ildə Bakı Kommunasının sədrliyinə keçmişdir.
Bakı kommunasında daşnak-menşeviklərlə ittifaqa qarşı olan Lenin yazırdı:
Rusiya marksistinə eyib deyilmi ki, o bir erməni tövləçisi ilə eyni fikrə malik olsun?… Erməni korluğuna görə siz Piruşkeviç və onun milliyətçiliyinin əlaltısına çevrilirsiniz![6]
Lenindən fərqli olaraq Şaumyan Rusiyada rəsmi dil olaraq rus dilinin tərəfdarı idi:
1. Siz Rusiyada rəsmi dilin mövcud olmasının tərəfdarısınız. Bunun lazımi olduğunu, həmişə mövcud olduğunu və gələcəkdə proqressiv ehtiyacın olduğunu qeyd edirsiniz. Mən vurğulayaraq buna etiraz edirəm. -… — Haqlısınız ki, rus dili kiçik və geridə qalmış xalqlar üçün proqress və imkanlar şəraiti yaratmışdır, lakin bu məcburi olmamalıdır…
2. Siz muxtariyyətə qarşısınız və əvəzində regional özünüidarə tərəfdarısınız, mən sizdən tamamilə fərqli düşünürəm.-…- Niyə Polşada muxtariyyət olsun, amma Qafqazda, Cənubda və Uralda olmasın?[7][8]
Lionel Denstervil onun haqqında öz xatiratında yazaraq Şaumyanın erməni millətçisi olmadığını, əksinə bolşevik olduğunu yazırdı:
Xatırlamaq lazımdır ki, Şaumyan, bolşeviklərin rəhbəri, özü erməni idi və tamamilə bizə qarşı idi, bir erməni kimi yox, bir bolşevik kimi.[9]
1918-ci ildə Şaumyanın rəhbərliyi ilə Bakı soyqırımı baş vermişdir. Bu zaman minlərlə azərbaycanlı erməni-rus birləşmələri tərəfindən qəddarcasına qətlə yetirilmişdir. Soyqırımın təşkilatçısı və rəhəri olan Şaumyan başlanğıc üçün qırmızı ordu dəstəsinə açılan provokativ atəşi əsas götürülmüşdür. Azərbaycan tarixçiliyinə Mart soyqırımı kimi keçən bu hadisələr SSRİ dövründə Müsavat partiyasının provakasiyası kimi tədris edilirdi.
Şaumyan bu barədə yazırdı:
"Bizim ordumuza açılan ilk atəşdən istifadə edərək biz bütün cəbhə boyu hücuma keçdik… Bizim 6 minə yaxın silahlı dəstəmiz vardı. Daşnaksütunların da bizim tabeçiliyimizə verilmiş 3–4 minə yaxın milli ordusu vardı. Döyüş soyqırım formasını almışdı, ancaq bundan qaçmaq mümkün deyildi. Biz buna bilərəkdən getdik. Bakını ələ almasaydıq, o Azərbaycanın paytaxtı elan ediləcəkdi"[10]
Həmin dövrdə Nəriman Nərimanov Şaumyan tərəfindən Şəhər təsərrüfatı üzrə xalq komissarı təyin olunmuşdu. O isə öz növbəsində hadisələri belə xatırlayırdı:
Bolşevik olan bir müsəlmana belə aman verilmədi. Müsəlmanlara hər cür cinayəti etdilər. Nəinki kişilər, hətta hamilə qadınlar da daşnaklardan canlarını qurtara bilmədilər
Daşnaksütuna qarşı olan Şaumyanın bu hərəkətə əl atmasının səbəbi olaraq bolşeviklərin Bakı kommunasında azlıqda olmaları və qərarın daşnak-menşeviklər tərəfindən verilməsi idi. Həmin daşnak-menşeviklər bir neçə ay sonra Sentrokaspi Diktaturasını qurmuşdular.
Qafqaz İslam Ordusunun Azərbaycana yaxınlaşmasını xəbər alan Lenin 24 may 1918-ci ildə Şaumyana mümkünsə Noy Jordaniya ilə ittifaqa girməsini və bu da alınmasa diplomatiyaya əl atmağı tapşırmışdı.[11] Qafqaz İslam Ordusunun Bakıya yaxınlaşdığı dövrlərdə Bakı kommunasının menşevik və eser üzvləri Bakını müdafiə üçün ingilislərdən kömək almağı müzakirə edirdilər. Buna Stalin 20 iyul 1918-ci ildə, Lenin isə ondan iki gün sonra Şaumyana göndərdiyi radio teleqramla etiraz etmişdi.[12]
Britaniyanın Bakıdakı vitse-konsulu Ranald MakDonnel yayda Şaumyanın evini ziyarət etmiş və ona Qafqaz İslam Ordusuna ingilis dəstəyini güdməsini təkid etmişdi, lakin o Lionel Denstervilin şəhərə girməsinə icazə verməmiş, müdafiəni özlərinin davam edəcəklərini demişdi.[13] 26 iyul 1918-ci ildə Bakı Kommunasında ingilis yardımı haqda keçirilən səsvermədə bolşeviklər 236 əleyhinə, birləşmiş menşevik-daşnak-eser fraksiyası isə 259 lehinə səs vermişdi. 31 iyulda isə Sentrokaspi Diktaturasının qurulduğu elan olunmuşdu. 16 avqustda hərbi gəmilərlə qaçmağa çalışarkən həbs olunan Şaumyan 14 sentyabrda Anastas Mikoyan və bir qrup kommunist tərəfindən həbsdən azad olunmuşdu. "Türkmən" gəmisi ilə Krasnovodska yollanan Şaumyan orda Zakaspi Müvəqqəti Hökuməti tərəfindən həbs olundu. 3 gün sonra ingilis mayor-generalı Vilfrid Malleson Şaumyanın Məşhəddəki ingilis qərargahına göndərilməsini üçün Zakaspi hökumətindəki attaşesi vasitəsilə tələb etdi, lakin attaşe bu xəbəri hökumətə çatdırmadığı üçün Şaumyan 20 sentyabr 1918-ci ildə Fyodor Funtikovun əmri ilə edam olundu.[14]
1920-ci ildə Şaumyan və digər 26 Bakı komissarının cəsədləri Bakıda "Sahil" parkındakı məzarlıq-abidə kompleksində yenidən basdırılmışdı. 2009-cu ilin yanvar ayının 24–29-da orada aparılan abadlıq və məzarlığın başqa yerə köçürülməsi zamanı anatomik tədqiqatlarda nə onun, nə orada dəfn olunduqları və SSRİ vaxtı qəhrəman kimi qələmə verilən Tatevos Əmirov və Baqdasar Avakyanın cəsədlərinin qalıqları aşkar edilmədiyi iddia olundu.[15] Məzarlığın köçürülməsinə ilk etirazlar Ermənistan Kommunist Partiyasının baş katibi Ruben Tovmasyan və Azərbaycan Kommunist Partiyasından gəlmişdi. Şaumyanın Hindistana qaçması haqqındakı iddialara isə nəvəsi Tatyana Şaumyan etiraz edərək, Şaumyanın həyat yoldaşının da orada olduğunu, bu fikrin absurd olduğunu iddia etmişdir.[16]
Şaumyanın ölümündən sonra onun adı bir çox şəhər və kənd yerlərində, küçələrdə qalmışdır.
Yekaterina Sergeyevna ilə evlənmişdir. Oğulları: