Hunter × Hunter personajlarının siyahısı

Yoşihiro Toqaşi tərəfindən yaradılan Hunter × Hunter manqa serialında çox sayda personaj mövcuddur. Olaylar Ovçular adlandırılan lisenziyalı mütəxəssislərin xəzinə ovçuluğundan assassinliyədək geniş bir intervaldakı özəl işləri alaraq dünyanı gəzdikləri uydurma bir əvrəndə baş verir. Hekayə, əsasən, Qon Fırikısı və özü də məşhur bir ovçu olan atası Cinqi tapmaq üçün bir Ovçu oluşuna fokuslanır. Yolda Qon Kirıa Zorıdikkı, KurapikaLeorio Paradinayt ilə tanışır və dostlaşır.

Baxmayaraq obrazların çoxu insandır, onların çoxu Nen — birinin öz həyat enerjisi və yaxud aurasını idarə edə bilmə gücü sayəsinda superinsani güc və (yaxud) supernatural bacarıqlara sahibdirlər. Serialın dünyası həmçinin Kimera Qarışqaları kimi fantastik varlıqları da ehtiva edir.

Baş rollarda[redaktə | mənbəni redaktə et]

Qon Fırikısı[redaktə | mənbəni redaktə et]

Əsas məqalə: Qon Friks
Səsləndirən: Rica Matsumoto (1998 film, Japanese), Junko Takeuchi (1999 series, Japanese),[1] Elinor Holt (1999 series, English),[2] Megumi Han (2011 series, Japanese),[3] Erica Mendez (2011 series, English)[2]

Qon Fırikısı (ゴン=フリークス, Gon Furīkusu?) atletik, sadəlövh və istiqanlı bir oğlandır. Uşaqlığında təbiətdə, xüsusilə meşədə çox vaxt keçirdiyindən heyvanlarla çox yaxşı yola gedə bilir, həmçinin güclü iybilmə və görüş kimi bir sıra superinsan hisslərinə sahibdir. Onu xalası olan Mito böyüdüb, analıq edib. Ovçu olan atasını tapmaq üçün o da ovçu olmağı arzulayır. Ovçuluq sınağı boyunca isə Kirıa Zorıdikkı, KurapikaLeorio Paradinayt ilə dostlaşır. Uğurla lisenziyalı bir ovçu olmasını mütəaqibən Qon və Kirıa Vinqdən Neni öyrənirlər. Acgözlük Adası oyununun ilk qaliblərindən olandan və Kimera qarışqalarını dayandırmağa yardım etdikdən sonra atasını tapır. Atasıyla görüşdən sonra isə Qon Balina adasına qayıdır və Mito ilə qalmağa davam edir.

Onun qüsurları öz impulsiv təbiətində və inadkarlığında yatır, çünki Qonun hər şeyi düşünməkdəki uğursuzluğu onu əziyyətə aparır.

Kirıa Zorıdikkı[redaktə | mənbəni redaktə et]

Əsas məqalə: Killıa Zoldik
Səsləndirən: Kanako Mitsuhashi (1999 series, Japanese),[4] Annika Odegard (1999 series, English),[2] Mariya Ise (2011 series, Japanese),[3] Cristina Vee (2011 series, English)[2]

Kirıa Zorıdikkı (キルア=ゾルディック, Kirua Zorudikku?) Qon Fırikısı ilə Ovçu Sınağında tanış olanda şən, xoşbəxt və dəcəl bir uşaq kimi təqdim olunmuşdu. Onun qətldəki qəddarlığı və bacarığı isə onun digər tərəfini — ölümcüllük, şiddət və qana susamışlığı göstərir. Assassinlərdən ibarət məşhur Zorıdikkı ailəsinin bir fərdi kimi doğumundan bəri bir assassin olmaq üzrə təlim görüb və zəhərə, elektrikə, ümumiyyətlə, ağrıya ekstrem dözümə sahib olmağa şərtləndirilib. Baxmayaraq ki, o, qardaşı İlluminin təsiri altında bir iştirakçını öldürdüyünə görə ilk imtahandan kəsilir, növbəti ilki sınaqda elə ilk cəhddən bütün digər qatılanlara qalib gəldiyi üçün lieenziyasını əldə edir.[ç. 36, 37, 148]

İstinadlar[redaktə | mənbəni redaktə et]

Hunter × Hunter manqası[redaktə | mənbəni redaktə et]

Bütün seriya

Ayrı-ayrılıqda mövsümlər

Digər istinadlar[redaktə | mənbəni redaktə et]

  1. Hodgkins, Crystalyn. "Interview: Junko Takeuchi". Anime News Network. November 1, 2011. February 17, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: January 3, 2023.
  2. 1 2 3 4 Green, Scott. "Viz Announces "Hunter x Hunter" English Dub Cast". Crunchyroll. March 19, 2016. March 22, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: January 3, 2023.
  3. 1 2 Green, Scott. "Character Design Preview for New Hunter x Hunter Anime". Crunchyroll. August 18, 2011. March 22, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: January 3, 2023.
  4. "Hunter × Hunter character and cast list" (yapon). Nippon Animation. September 25, 2009 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: February 24, 2018.