IF deyimi (şərt deyimi)

If flow diagram
An "If–then–else" flowchart

IF deyimi (şərt deyimi)-( en. - IF statement - ru. условный оператор ~ tr.koşul deyimi)– Bul ifadəsi doğru olduqda proqramın müəyyən blokunun yerinə yetirildiyi idarəedici deyim. Şərt deyimi çox zaman aşağıdakı formada olur:

IF <şərt> THEN <operand>,

burada <şərt> – Bul ifadəsi, <operand> isə <şərt> doğru olduqda yerinə yetirilən operanddır. Proqramlaşdırma dillərinin əksəriyyətində vacib olmayan ELSE açar sözü var ki, o da yalnız <şərt> yalan olduqda yerinə yetirilən operandı təyin edir. Aşağıda Java dilində IF deyiminə sadə bir nümunə verilib:

if (price == 0) {

 System.out.println
      (“Price can’t be equal to zero!”);

}

Bu misal isə daha praktikdir:

if (hours <= 40) {

 pay = hours * wage;
 System.out.println(“No overtime hours”);

} else {

 overtime = hours – 40;
 pay = wage*40 + 1.5*wage*overtime;
 System.out.println(“Overtime paid”);

}

C, C++, Java və C# dillərində tez-tez if (x == 5) əvəzinə if (x = 5) kimi, yaxud buna bənzər yanlış yazılışlara rast gəlinir. Burada x = 5 yazılışı x dəyişəninə 5 qiymətinin mənimsədilməsini göstərir. Doğrudur, bəzi kompilyatorlar IF deyiminin içərisinə komanda qoyulmasına “etirazını bildirəcək”, ancaq bu, C dilində qaydalara uyğundur (və əgər mənimsədilən qiymət sıfır deyilsə, şərt həmişə doğru olacaq).

Ədəbiyyat[redaktə | mənbəni redaktə et]

  • İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]