II Baldvin (fr. Baudouin II) və ya Burklu Baldvin (fr. Baudouin de Bourcq) (1060 və ya 1075 – 21 avqust 1131, Qüds, Qüds krallığı) — Edessa qrafı və Qüds kralı.[1][2] Yaxın qohumları olan Bulonlu Qodfrey və qardaşı Bulonlu Baldvinlə birlikdə Birinci Səlib yürüşünə qatıldı.
II Baldvin | |
---|---|
2 aprel 1118 – 21 avqust 1131 | |
Əvvəlki | I Baldvin |
Sonrakı | Fulk və Melisanda |
1100 – 1118 | |
Əvvəlki | I Baldvin |
Sonrakı | I Joslen |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1060 və ya 1075 |
Vəfat tarixi | 21 avqust 1131 |
Vəfat yeri | |
Dəfn yeri | |
Fəaliyyəti | rəhbər, siyasətçi |
Uşaqları |
Melisanda Alisa |
Dini | katolisizm |
Vikianbarda əlaqəli mediafayllar |
Səlibçilərin Qüdsdəki ilk kralı olan Bulonlu Qodfreyin ölümündən sonra 1100-cü ildə Qds kralı olan Bulonlu Baldvinin yerinə Edessa qrafı elan olundu. Burklu Baldvinin dönəmində qraflıq artıq bölgənin siyasi həyatında aktiv rol oynamağa başladı. Səlcuqlarla mübarizədə 1104-cü ildə Antakiya knyazı I Bohemondla birlikdə əsir düşdü və bu dövrdə qraflıq knyazın qohumu Tankred tərəfindən idarə olundu. 4 illik əsarətin ardından azadlığa buraxılan Burklu Baldvin qraflığı əldə etmək üçün mübarizə aparmalı oldu. Bu mübarizədə bəzi yerli müsəlman əmirləriylə ittifaq quran Burklu Baldvin, bunun qarşılığında Fərat çayının şərq sahilindəki mühüm torpaqları Mosul əmirlərinə qaytarmalı oldu. 1118-ci ildə I Baldvinin vəfatıyla, Burklu Baldvin Qüds kralı təyin edildi.