Müqəddəs məqbərə kilsəsi

Yerusəlim Məsihin dirilmə kilsəsi, Anastasiya kilsəsi, Müqəddəs məqbərə bazilikası və ya Müqəddəs məqbərə kilsəsi (ivr.כנסיית הקבר‏‎, ərəb. كنيسة القيامة‎, yun. Ναὸς τῆς Ἀναστάσεως, lat. Sanctum Sepulchrum) — Yerusəlimin (Qüds) qədim şəhərinin xristian məhəlləsində kilsə.[2] Ən azı IV əsrdən qalma bir mənbəyə görə, kilsə müqəddəs kitablara əsasən İsa Məsihin çarmıxa çəkildiyi,[3] dəfn olunduğu və sonra dirildildiyi yerdə dayanır.[4] Məbədin ziyarətgahlarına sahib olmaq və istifadə etmək əsas hüquqları Yunan Pravoslav Yerusəlim patriarxlığına, Erməni Həvari kilsəsinin Yerusəlim patriarxlığına və katolik Fransiskan Ordeninə aiddir.[5][6]

Pravoslav ortodoks
Müqəddəs məqbərə kilsəsi
Ναός της Αναστάσεως
Din
Yeparxiya Qüds Pravoslav Kilsəsi
Xeyir-duası 13 sentyabr 335
Himayəsi
Statusu fəaliyyət göstərir
Yerləşməsi
Ölkə
Bölgə Yerusəlim
Şəhər Yerusəlim
Memarlıq
İnşa tarixi 335 – 336
Dövrü erkən xristianlıq
Tikdirəni I Konstantin
Memarı Nikolaos Komnenos (1810-cü il restavrasiyası)
Üslubu
Materialı dağ süxurlar
Eni 70 m
Uzunluğu
  • 120 m
Dağılıb 1009
Bərpası 1048
Müqəddəs məqbərə kilsəsi xəritədə
Müqəddəs məqbərə kilsəsi
Müqəddəs məqbərə kilsəsi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Yerusəlimin Birinci Roma-Yəhudi müharibəsində zamanı mühasirəyə alınmasından sonra şəhər xarabazara çevrilmişdir. 130-cu ildə Roma imperatoru Adrian şəhər ərazisində Roma müstəmləkəsi olan Eliya Kapitolinanın tikilməsinə əmr verir. O, təqribən 135-ci ildə əmr verir ki, içərisində bir məqbərə olan mağaranı doldursunlar ki, Yupiter və ya Veneranın şərəfinə tikiləcək olan bir məbəd üçün təməl formalaşdırsın.[4][7] Məbəd[8][9] IV əsrin əvvəllərinə kimi qalmışdır.[10][11]

Böyük Konstantin 312-ci ildə səmada xaç təsviri gördükdən sonra[12] xristianlığa keçid edir, dini rəsmiləşdirmək üçün Milan fərmanını imzalayır və anası Elenanı Yerusəlimə göndərir ki, Məsihin məqbərəsinə baxsın. Kesariya yepiskopu Yevsevi və Yerusəlim yepiskopu Makarinin köməyi ilə məqbərənin yaxınlığında üç xaç tapılır. Buna görə də romalılar düşünür ki, onlar qolqofu aşkar ediblər.[12] Konstantin təxminən 326-cı ildə əmr verir ki, Yupiter/Venera məbədi kilsə ilə əvəz edilsin.[4] Məbəd dağıdılandan və onun xarabalıqları daşındıqdan sonra mağarada qazıntı işləri aparılır, Makari və Elenanın İsanın dəfn yeri hesab etdiyi məqbərə aşkar edilir ki,[3][13][14][15] burada da kilsə tikilir.[16]

Müqəddəs məqbərə kilsəsi iki müqəddəs məkan üzərində ayrı tikililər kimi inşa edilir. Kilsə böyük bazilika[7][17] və Anastasiya rotondasından ibarətdir.[3]

Kilsə 13 sentyabr 335-ci il tarixində həsr edilir. Şərqi Pravoslav Kilsəsi hər il bunu qeyd edir.[18]

İsrail Səhiyyə Nazirliyi 25 mart 2020-ci il tarixində "COVID-19" pandemiyasına görə məbədin ictimaiyyətə bağlanmasına qərar verir.[19] Keşişlər nizamlı şəkildə kilsəyə gəlməyə davam edirdi. Kilsə 24 may 2020-ci il tarixində yenidən ictimaiyyətə açılır.[20]

  1. archINFORM — 1994.
  2. "Complete compendium of Church of the Holy Sepulchre". Madain Project. 29 April 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 March 2018.
  3. 1 2 3 McMahon, Arthur L. (1913). "Holy Sepulchre Arxivləşdirilib 2020-10-07 at the Wayback Machine". In Herbermann, Charles (ed.). Catholic Encyclopedia. New York: Robert Appleton Company.
  4. 1 2 3 "Church of the Holy Sepulchre, Jerusalem". Jerusalem: Sacred-destinations.com. 21 February 2010. 3 September 2009 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 July 2012.
  5. UN Conciliation Commission. United Nations Conciliation Commission for Palestine Working Paper on the Holy Places. 1949. 2021-03-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-09-06.
  6. Cust, L. G. A. The Status Quo in the Holy Places. H.M.S.O. for the High Commissioner of the Government of Palestine. 1929. 2020-12-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-09-06.
  7. 1 2 Stephenson, Paul. Constantine: Roman Emperor, Christian Victor. The Overlook Press. 2010. səh. 206. ISBN 978-1-46830-300-1. 2022-06-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-09-06.
  8. Wikisource Kisholm, Hyu, redaktorAelia Capitolina // Britannika Ensiklopediyası. 1 (XI). Cambridge University Press. 1911. səh. 256..
  9. Grabbe, Lester L. An Introduction to Second Temple Judaism: History and Religion of the Jews in the Time of Nehemiah, the Maccabees, Hillel, and Jesus. A&C Black. 12 August 2010. səh. 29. ISBN 978-0567552488. 1 August 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 September 2020.
  10. Rudd, Steve. "The Temple in Jerusalem over the threshing floor which is presently under the Al Kas fountain". Bible.ca. 20 May 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 November 2018.
  11. Corbo, Virgilio. Il Santo Sepolcro di Gerusalemme [The Holy Sepulchre of Jerusalem] (Italian). Franciscan Press. 1981. 34–36. 2023-08-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-09-06.
  12. 1 2 Owen, G. Frederick, redaktorThe Thompson Chain-Reference Bible (Fourth improved (updated)). Indianapolis: B.B. Kirkbride Bible Co. 1983 [1964]. səh. 323 (appendix).
  13. NPNF2-01. Eusebius Pamphilius: Church History, Life of Constantine, Oration in Praise of Constantine. Christian Classics Ethereal Library. 13 July 2005. 2 June 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 September 2014. Then indeed did this most holy cave present a faithful similitude of his return to life, in that, after lying buried in darkness, it again emerged to light, and afforded to all who came to witness the sight, a clear and visible proof of the wonders of which that spot had once been the scene, a testimony to the resurrection of the Saviour clearer than any voice could give.
  14. Renner, Gerald. "Is it the Tomb of Christ? A Search for Evidence". Hartford Courant. 14 December 1996. 29 November 2018 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 29 November 2018.
  15. Socrates. Historia Ecclesiastica. Revised and notes by A.C. Zenos, DD. Christian Classics Ethereal Library. c. 439. 21–22. 25 December 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 November 2018.
  16. DK, 2016. səh. 99
  17. The "Pilgrim of Bordeaux" reports in 333: "There, at present, by the command of the Emperor Constantine, has been built a basilica, that is to say, a church of wondrous beauty". Itinerarium Burdigalense, p. 594
  18. "Commemoration of the Founding of the Church of the Resurrection (Holy Sepulchre) at Jerusalem". Orthodox Church in America. 25 January 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 March 2012.
  19. Parke, Caleb. "Coronavirus forces Jerusalem's Holy Sepulchre to close its doors for first time since 1349: 'Very sad'". Fox News. 30 March 2020. 4 August 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 April 2020.
  20. "Arxivlənmiş surət". 2022-08-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-09-06.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]