II David (Şotlandiya kralı)

II David (ing. David II of Scotland; 5 mart 1324[1][2], Danfermlin sarayı[d], Fayf[d]22 fevral 1371[1][2], Edinburq qalası) — Şotlandiya kralı.

II David
şot.kelt Dàibhidh II
7 iyun 1329 – 22 fevral 1371
ƏvvəlkiI Robert
SonrakıII Robert
Şəxsi məlumatlar
Doğum tarixi 5 mart 1324(1324-03-05)[1][2]
Doğum yeri
Vəfat tarixi 22 fevral 1371(1371-02-22)[1][2] (46 yaşında)
Vəfat yeri
Dəfn yeri
  • Holirud abbatlığı[d]
Fəaliyyəti monarx
Atası I Robert (Şotlandiya kralı)[3][4]
Dini xristianlıq
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Atasının ölümünün ardından hələ 5 yaşında ikən taxta çıxarıldı və 1331-ci ilin noyabrında Skon məbədində keçirilən mərasimlə tacqoyma mərasimində vəftiz edilən ilk Şotlandiya kralı oldu. Uşaq yaşda olması və taxt naibliyi uğrunda yerli əsilzadələrin mübarizəsindən istifadə edən İngiltərə kralı III Eduard ölkədəki əsilzadələri krala qarşı ayaqlandırdı. Bu isə İkinci Şotlandiya Müstəqillik müharibəsinə səbəb oldu. 1333-cü ildə baş tutan döyüşdə ingilislərin qalib gəlməsinin ardından, II David və ailəsi Fransaya qaçırıldı və burada uzun müddət sürgündə yaşadı.

1346-cı ildə II David fransız dəstəyilə İngiltərəyə müharibə elan etdi. Ancaq qısa zaman sonra məğlub edildi və döyüş meydanında əsir düşərək 11 il İngiltərədə tutuldu. Bu illər ərzində Şotlandiya bacısı oğlu Robert Stüart tərəfindən idarə edildi. 1357-ci ildə tərəflər arasında bağlanan sülhün ardından II David külli miqdarda döyüş təzminatı ödəməyi öhdəliyinə götürərək azad edildi. Ancaq bu təzminatın toplanması üçün apardığı iqtisadi islahatlar və vergi siyasəti yerli əsilzadələrlə münasibətlərini zədələdi. 1363-cü ildə II David təzminatı verə bilməyəcəyini anladı və təzminat qarşılığında Şotlandiya taxt-tacını İngiltərə kralı III Eduard və oğullarına buraxmağı təklif etdi. Üstəlik, uzun illərdir evli olmasına baxmayaraq bir varisi yox idi. Ancaq onun bu təklifi parlament tərəfindən qəbul edilmədi. Gələcəyin kralı olaraq görülən bacısı oğlu Robert Stüartın isə varisliyini qəbul etmədi və bu səbəblə, məşuqələrindən biriylə rəsmi evlənərək yeni bir varisin dünyaya gəlməsini gözlədi. Ancaq bu xanımından da övladı olmadı və onu boşamağa məcbur oldu.

  • David Nash Ford (2004), Royal Berkshire History: David II, King of Scots (1324-1371).
  • John of Fordun (1871–1872), Chronica gentis Scotorum, edited by William Forbes Skene, Edinburgh.
  • John Hill Burton (1905), History of Scotland, vol. II, Edinburgh.
  • Andrew Lang (1900), History of Scotland, vol. I, Edinburgh.
  • Macnamee, Colm, The Wars of the Bruces: England and Ireland 1306–1328, Edinburgh: Donald, 2006, ISBN 978-0859766531.
  • Nield, Jonathan, A Guide to the Best Historical Novels and Tales, Ayer Publishing, 1968, ISBN 978-0-8337-2509-7
  • Penman, Michael. Robert the Bruce: King of the Scots. New Haven: Yale University Press. 2014. ISBN 978-0300148725.
  • Shattock, Joanne, The Cambridge Bibliography of English Literature, Volume 4; Volumes 1800-1900, Cambridge University Press, 2000, ISBN 978-0-521-39100-9
  • Andrew of Wyntoun (1872–1879), The orygynale cronykil of Scotland, edited by D. Laing, Edinburgh.
  1. 1 2 3 4 David II d’Escòcia // Gran Enciclopèdia Catalana (kat.). Grup Enciclopèdia, 1968.
  2. 1 2 3 4 David II. // Proleksis enciklopedija, Opća i nacionalna enciklopedija (xorv.). 2009.
  3. Lundy D. R. David II Bruce, King of Scotland // The Peerage (ing.).
  4. Kindred Britain.