Şotlandiya kralıI Davidin şəcərəsindən olan Robert Vilyam Vollesin İngiltərə kralıI Eduarda qarşı üsyanında yer aldı və 1298-ci ildə Şotlandiyanın qoruyucusu ünvanı aldı. Ancaq həmkarlarından İohann Kominin öldürülməsində adı hallandı və bu səbəblə, Roma papası V Klement tərəfindən 1306-cı ilin fevralında aforoz edildi. Ölkədəki gücünü itirməmək üçün dərhal taxt iddiasını irəli sürdü və 25 mart1306-cı ildə keçirilən tacqoyma mərasimiylə özünü Şotlandiya kralı elan etdi. Ardından ingilislərlə və taxt iddiası irəli sürən yerli rəqiblərinə qarşı mübarizəni davam etdirdi. 1309-cu ildə ilk parlamentini topladı. Ard-arda qazandığı hərbi zəfərlərin ardından ingilislər Şotlandiyanın bölgədəki gücünü tanıdı.
1320-ci ildə şotland əsilzadələr I Robertin suveren hökmdar olmasıyla bağlı bəyannamə hazırlayaraq Roma papası XXII İohanna təqdim etdilər. Roma papasının bu bəyannaməni 1324-cü ildə təsdiq etməsi və 1326-cı ildə Fransa ilə ittifaqın yenilənməsi ilə I Robert suveren hökmdar olaraq hakimiyyəti ələ aldı.
1327-ci ildə baş tutan taxt çevrilişiylə İngiltərə kralıII Eduard oğlunun lehinə taxtdan əl çəkdi və yeni kralın adına hakimiyyəti ələ alan naibləri ertəsi il I Robertin Şotlandiyadakı hakimiyyətini tanıyan bir sülh müqaviləsi bağladı.
İlk evliliyi 1296-cı ilin əvvəlində Mar qrafının qızı İzabella ilə baş tutdu və cütlüyün bu nigahdan bir qızı doğuldu. Ancaq xanımı doğuş əsnasında vəfat etdi.
İkinci evliliyi 1302-ci ildə Ulster qrafının qızı Yelizaveta Bruqla baş tutdu. Cütlüyün bu nigahdan 5 uşağı doğuldu və bunlardan yalnız biri yetkinlik yaşına çatmadan vəfat etdi.
Barrow, Geoffrey Wallis Steuart, Robert Bruce & the Community of the Realm of Scotland (4th ed.), Edinburgh: Edinburgh University Press, 2005, ISBN978-0852245392.
Balfour Paul, James, The Scots Peerage, Edinburgh: David Douglas, 1904.
Dunbar, Archibald H., Scottish Kings 1005–1625, Edinburgh: D. Douglas, 1899, 126–141, with copious original source materiéls.
Duncan, A.A.M. (Editor), (1999) John Barbour: The Bruce Canongate.
Fawcett, Richard, redaktorRoyal Dunfermline, Edinburgh: Society of Antiquaries of Scotland, 2005, ISBN978-0903903349.
Grant, Alexander, (1984) Independence and Nationhood: Scotland 1306–1469 Edward Arnold. ISBN978-0748602735.
Grant A, and Stringer, Keith J., (1995) Uniting the Kingdom? The Making of British History Routledge, pp. 97–108. ISBN978-0415130417.
Haines, Roy Martin. King Edward II: His life, his reign and its aftermath, 1284–1330. Montreal, Canada and Kingston, Canada: McGill-Queen's University Press. 2003. ISBN978-0773531574.
Hunter, Paul V, The Adventures of Wee Robert Bruce, Bonhill, West Dunbartonshire: Auch Books, 2012.
Jardine, Henry, Report relative to the tomb of King Robert the Bruce, and the cathedral church of Dunfermline, Edinburgh: Edinburgh Hay, Gall and Co., 1821.
Loudoun, Darren, Scotlands Brave, 2007.
Mackenzie, Agnes Mure (1934), Robert Bruce, King of Scots.
Macnamee, Colm, The Wars of the Bruces: England and Ireland 1306–1328, Edinburgh: Donald, 2006, ISBN978-0859766531.
Macnamee, Colm, Robert Bruce: Our Most Valiant Prince, King and Lord, Edinburgh: Birlinn, 2018, ISBN978-1841584751.