II Fridrix (Prussiya kralı)

II Fridrix və ya Böyük Fridrix (alm. Friedrich II., Friedrich der Große, Alter Fritz‎; d. 24 yanvar 1712 – ö. 17 avqust 1786) — Prussiya kralı.[3]

'II Fridrix
alm. Friedrich II. der Große
31 may 1740 – 17 avqust 1786
ƏvvəlkiI Fridrix Vilhelm
SonrakıII Fridrix Vilhelm
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Berlin, Prussiya krallığı
Vəfat tarixi (74 yaşında)
Vəfat yeri
Vəfat səbəbi xəstəlik
Fəaliyyəti rəhbər, rəsm kolleksioneri[d], monarx
Atası I Fridrix Vilhelm
Anası Sofiya Doroteya
Həyat yoldaşı Elizabet Kristina
Ailəsi Hohensollernlər[2]
Dini Kalvinizm
Hərbi xidmət
Döyüşlər

İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

1740-ci ildə 1 fridrix Vilhelmin vəfatından sonra oğlu II Fridrix (1740-1786) gəldi. II Fridrixin dövrü Prussiya krallığında “maarifçi-mütləqiyyət dövrü” adlanır. Hakimiyyətə gələn II Fridrix:

  • sənaye və ticarətin inkişaf etdirilməsində maraqlı idi,
  • kanallar, şose yolları salınır,
  • himayəçilik, merkantilizm siyasəti yeridilirdi,
  • mahudçuluq, silah istehsalı inkişaf etdirilirdi,
  • xarici mallara yüksək gömrük rüsumu qoyulurdu,
  • emal olunmamış yunun xaricə aparılması qadağan edilirdi,
  • ordunun sayı 170 min nəfərə çatdırılır/
  • senzuranı ləğv etdi. Berlin ədibləri istənilən mövzu barəsində istənilən qədər yaza bilərlər,
  • Onun əsas prinsiplərindən biri insanları qanun qarşısında bərabər olması nəzərdə tutulurdu. Ona görə də o, zadəgan təbəqəsinin həddən artıq imtiyazlarının yolverilməz olduğunu bəyan edirdi və onları məhdudlaşdırmağa başladı.
  • 1740-ci ildə verilmiş ordonansa görə işgəncələr ləğv edildi.
  • Məhkəmə sisteminin daha da mərkəzləşdirilməsinə başladı.
  • 1749-cu ildə o dövrdə Prussiyada mövcud olan qanunlar bir külliyyat şəklinə salındı.
  • 1781-ci ildə isə “ümumi mülkü hüquq məcəlləsi” qəbul edildi.

II Fridrixin qarşısında 3 məsələ dururdu.İlk olaraq Avstriyada hakimiyyət dəyişikliyi ilə yaranmış məsələdən başladı. Mariya hakimiyyətə gəldikdən dərhal sonra II Fridrix bildirdi ki, Sileziya Prussiyaya verilməli idi. Buna 1686-cı il sazişini əsas gətirdi. Ancaq bunun müqabilində Mariya Terezanı Avstriya hökmdarı kimi tanıyacaqdı. 1740- 1748-ci illərdə tarixdə Avstriya irsi uğrunda müharibə adlanan müharibə baş verdi. 1740-1742-ci illərdə Avstriya ilə apardığı müharibədə Sileziyanın bir hissəsini ələ keçirdi. 11 iyun 1742-ci ildə Breslau müqaviləsi imzalandı. Prussiya müharibəni dayandırdı. 2 il keçdikdən sonra Avstriyanın müharibədə üstünlük əldə etdiyini yəqin edən kimi 1744-cü ildə yenidən onunla müharibə başladı. Bununla da 1744-1745-ci illərdə ikinci Sileziya müharibəsi başlandı. Prussiya qalib gəldi. 25 dekabr 1745-ci il Drezden müqaviləsi ilə reslau müqaviləsinin şərtləri təsdiq olundu. Bütün Sileziya Prussiyaya keçirdi. II Fridrix isə Mariya-Tereziyanın əri I Frantsı imperator kimi tanıyırdı. 1748-ci ildə imzalanmış Aahen yekun sülh müqaviləsində bu bir daha təsdiqlənmiş oldu. Beləliklə, Prussiya bu müharibədən ərazisini genişləndirmiş dövlət kimi çıxdı. 1756-1763-cü illəri əhatə edən 7 illik müharibə başlandı. 1756-ci ildə İngiltərə və Prussiya arasında Uaytholl müqaviləsi bağlandı. Bu müharibədə o Polşanın vassal vəziyyətinə salmağı, tutacağı Saksoniyanı Çexiyiya dəyişəcəyini, Kurlandiyada öz qardaşı Henrix Hohensollerni oturtmaq qərarına gəlmişdi. Ingiltərənin böyük quru qoşunu yox idi, ona görə də quru əməliyyatlarında Prussiya özü təkbaşına mübarizə aparmışdı. 1762-ci ildə imzalanmış ilkin barışığa və 10 fevral 1763-cü il Paris sülh müqaviləsinə görə Prussiya öz ərazisinin bütövlüyünü qoruyub saxlaya bildi. 1763-cü il fevralın 15-də Prussiyanın Avstriya və Saksoniya ilə imzaladığı Hubertusburq sülh müqaviləsinə görə Prussiyanın Sileziya və Pfalts qraflığını ələ keçirməsi təsdiq edildi. 1772-ci ildə Polşanın birinci bölüşdürülməsi nəticəsində Prussiya ərazisi şərqə doğru genişləndi. 1778-1779-cu illərdə Bavariya irsi uğrunda müharibə apardı. Əslində bir neçə kiçik toqquşmadan başqa hər hansı döyüş baş verməmişdi. Onun hakimiyyətinin sonlarında ölkə ərazisi 118 min kvadrat km-dən 194 min kvadrat km-ə, əhalisi isə 2,2 mln-dan 5, 4 mln-a kimi artdı.

  1. Union List of Artist Names (ing.). 2018.
  2. verschiedene Autoren Allgemeine Deutsche Biographie (alm.). / Hrsg.: Historische Commission bei der königl. Akademie der Wissenschaften L: Duncker & Humblot, 1875.
  3. "Arxivlənmiş surət" (PDF). 2018-09-02 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-12-17.