II Mənsur (1038, Dərbənd – 1065, Dərbənd) — Dərbənd əmiri.[2]
II Mənsur | |
---|---|
1043 – 1065 | |
Əvvəlki | Əbdülmalik ibn Mənsur II Ləşkəri |
Sonrakı | II Ləşkəri Maymun ibn Mənsur |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Dərbənd |
Vəfat tarixi | |
Vəfat yeri | Dərbənd |
Milliyyəti | ərəb |
Atası | Əbdülmalik ibn Mənsur |
Anası | Şəmkuyə binti Yezid ibn Əhməd |
Uşağı | Maymun ibn Mənsur |
1038-ci ildə anadan olmuşdu. 4 yaşında əmir elan olundu. Dövlətin idarəsi əslində vəzir Əbül Fəvaris Əbdülsələmin əlində toplaşmışdı. 1051-ci ildə vəzirin ölümündən sonra əmir müstəqil idarəetməyə başladı.
24 iyul 1054-cü ildə rəislər və onun arasında münaqaişə yarandı.Bir neçə gün sonra anası Şəmkuyə ilə şəhəri tərk edən əmir şəhərətrafı ərazilərdən qoşun toplayaraq Fələstin qapısının önündə rəislərdən tərəfindən ağır məğlubiyyətə uğradı.
Məğlub olan Mənsurun yerinə rəislər qardaşı II Ləşkərini əmir elan etdilər. Lakin buna daha artıq dözə bilməyən Mənsur 3 yanvar, 1055-ci ildə II Ləşkərini öldürtdü. 1055-ci ilin iyulunda Sərir hökmdarının köməyi ilə taxta qayıtdı. Bundan sonrakı hakimiyyətini rəislərin nüfuzunu azaltmağa həsr edən Mənsur tez-tez onları həbs etdirirdi. 1064-cü ildə Sərir ordusunu məğlub edən Mənsura bu qələbə də kömək olmadı. Mənsur 1065-ci ildə rəislərin göndərdiyi suiqəsdçilər tərəfindən öldürüldü.