II Maymun — Dərbəndin son əmiri.[2]
II Maymun | |
---|---|
Vəzifədədir | |
1065-ci ildən | |
Əvvəlki | Mənsur ibn Əbdülmalik |
Sonrakı | Əbdülmalik ibn Ləşkəri |
Şəxsi məlumatlar | |
Doğum yeri | Dərbənd |
Vəfat tarixi | |
Vəfat yeri | Dərbənd |
Milliyyəti | ərəb |
Atası | Mənsur ibn Əbdülmalik |
Həyat yoldaşı | Qaytaqlı bir qadın |
Atası Mənsur ibn Əbdülmalikin öldüyü il doğulmuşdu və doğulan kimi də əmir olmuşdu. Onun dövründə kürdlərin qarətçi yürüşlərinə məruz qalan Dərbənd daha sonra I Fəribürzün intiqam hücumuna məruz qaldı. 1065-ci ilin aprelində rəislərdən biri olan Müfərric ibn Müzəffər Sərirə qaçdı və oradan Qaytağa keçdi. 6 yaşındakı Əbdülmalik ibn Ləşkərii də özü ilə götürüb Dərbəndə gələn Müfərric Maymunu devirdi.
Əbdülmalik ibn Ləşkərinin 1075-ci ildə həbs edilməsindən sonra xalq Maymunu 20 avqustda yenidən taxta dəvət etdi. Lakin həmin ilin dekabrında səlcuqlar tərəfindən devrilən II Maymundan sonra əmirlik birdəfəlik Şirvanşah mülkü oldu.