II Pyotr (təq. 1001, güm. Macarıstan krallığı – güm. 1041, güm. Konstantinopol, Bizans imperiyası) — Bulqar əyanlarının 1040-cı ildə Bizansa qarşı başladığı üsyanın lideri, Qavril Radomirin oğlu olduğunu iddia etmişdir.[1]
II Pyotr Delyan | |
---|---|
bolq. Петър Делян | |
| |
Bolqarıstan imperatoru | |
1040 – 1041 | |
Əvvəlki | II Presian |
Sonrakı | III Pyotr |
Şəxsi məlumatlar | |
Doğum tarixi | təq. 1001 |
Doğum yeri |
|
Vəfat tarixi | |
Vəfat yeri | |
Fəaliyyəti | inqilabçı |
Atası | Qavril Radomir? |
Anası | Marqarita |
Dini | Xristian |
Vikianbarda əlaqəli mediafayllar |
1040-cı ildə Bizansdan narazı olan əyanların başladığı üsyan tezliklə genişlənmiş, üsyançılar Belqrad şəhərini tezliklə ələ keçirmişdi. Pyotr burada çar elan edildi və tacqoyma mərasimi keçirildi. Pyotr imperatora birbaşa hücum etsə də Saloniki tərəfdə məğlub oldu və geri çəkildi. Şimali Yunanıstan, Makedoniya və Albaniyanı idarə edirdi. Daha sonra İvan Vladislavın oğlu Alusiandan kömək alan Pyotr, sonuncunun xəyanətinə məruz qaldı. 1041-ci ildə Pyotru kor edən Alusian özünü bir günlük çar elan etsə də tezliklə Bizansa qaçdı. Pyotr özü 1041-ci ildə bir döyüşdə, o zamanlar Varyaq Qvardiyası üzvü olan və gələcəkdə Norveç kralı olacaq Harald Hardrada tərəfindən öldürüldü və üsyan bitdi.[2]