Flavi Valeri Sever (lat. Flavius Valerius Severus), Roma tarixşünaslığında daha çox II Sever[1] (III əsr, İlliriya – sentyabr 307, Ravenna) — 306-307-ci illərdə hakimiyyətdə olmuş Roma imperatoru.
II Sever | |
---|---|
| |
306 – 307 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | III əsr |
Doğum yeri | |
Vəfat tarixi | sentyabr 307 |
Vəfat yeri | |
Vəfat səbəbi | qanitirmə[d] |
Fəaliyyəti | siyasətçi |
Ailəsi | Tetrarxiya |
Dini | Qədim Romada din |
Vikianbarda əlaqəli mediafayllar |
Sever İlliriya vilayətindən idi və imperator Qalerinin sevimlisi sayılırdı. 305-ci ildə Diokletian taxtdan imtina etdikdən sonra sezar titulu almışdır. 306-cı ildə I Konstansi vəfat etmiş, Qaleri Severi avqust rütbəsinə yüksəltmişdir və onu həmimperator elan etmişdir. O, qərb vilayətlərini Severə vermək niyyətində idi, lakin xəbər gəldi ki, pretorlar Maksimian Herkulinin oğlu Maksensini Romada imperator elan etmişdi. Qaleri Severi bu üsyanı yatırmaq üçün göndərmiş və ona əvvəllər Maksimianın rəhbərliyi altında döyüşmüş legionları verdi. İtaliyada yeni imperatoru görən legionerlər onun tərəfinə keçmişdir. Sever buna görə də Romadan çəkilməli olmuşdur. O, Ravennaya qaçmış və Maksimian tərəfindən mühasirəyə alınmışdır. Yanında qalan bir neçə döyüşçünün artıq ona xəyanət etməyə hazır olduğunu görən Sever Maksimian lehinə könüllü olaraq hakimiyyətdən imtina etmişdir. O, əsir götürülmüş və Romada damarları kəsilmişdir.[2]