Bu məqalədə heç bir məlumatın mənbəsi göstərilməmişdir. |
II Umberto (it. Umberto II; 15 sentyabr 1904[1][2][…] – 18 mart 1983[1][2][…], Cenevrə[3]) — İtaliyanın dördüncü və son kralı, 33 gün hökm sürüb. Xalq arasında "il Re di Maggio" (May Kralı) adı ilə tanınmışdır.
II Umberto | |
---|---|
it. Umberto Nicola Tommaso Giovanni Maria di Savoia | |
9 may 1946 – 12 iyun 1946 | |
Əvvəlki | III Viktor Emanuel |
Sonrakı | vəzifə ləğv edilib |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 15 sentyabr 1904[1][2][…] |
Vəfat tarixi | 18 mart 1983[1][2][…] (78 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri |
|
Fəaliyyəti | hərbi qulluqçu, monarx, siyasətçi, suveren[d] |
Atası | III Viktor Emanuel |
Anası | Kraliça Elena |
Həyat yoldaşı | Belçıkalı Mariya Jose |
Ailəsi | Savoyya sülaləsi |
Dini | Roma-Katolik kilsəsi |
Hərbi xidmət | |
Döyüşlər | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Savoyyada doğulmuşdur, tam adı Umberto Nicola Tommaso Giovanni Mariyadır, 15 sentyabr 1904-cü ildə anadan olmuş, 18 mart 1983-cü ildə vəfat etmişdir, bəzən rəsmi sənədlərdə adı ingilis dilinə uyğun olaraq Humbert deyə qeyd olunur. İtaliyanın sonuncu kralıdır. 9 may 1946-cı ildən, 12 iyun 1946-cı ilə qədər kral olmuşdur. De-Fakto isə 1944-cü ildən atası III Viktor Emanuel hakimiyyəti buna vermişdir. Ləqəbi May Kralıdır ( italyanca: Re di Maggio ). III Viktor Emanuelin Çernoqoriyalı Elenadan olan oğludur. III Viktor Emanuelin 5 övladı olmasına baxmayaraq, yalnız bir oğlu olmuşdur.
III Viktor Emanuel II Dünya Müharibəsindən sonra İtaliyada monarxiyanın saxlanıb və ya saxlanmayacağını həll etməli olan referendumda monarxiya tərəfdarlarının qalıb gəlməsi üçün hakimiyyətdən, oğlu Umbertonun xeyrinə əl çəkdi. Lakin 1946-cı ilin 9 mayında keçirilən referendumda monarxiya tərəfdarları məğlub oldular. Lakin iyun ayının 12-dək İtaliyada krallıq formal da olsa saxlanıldı. II Umberto da daxil olmaqla, Savoyya sülaləsinin bütün kişi nəsli ölkədən qovuldu. II Umberto Portuqaliyada, Kaskaisdə, ömrünün sonunadək sürgün həyatı yaşadı. Öz torpağı olan İtaliyada ölmək və dəfn olunmaq üçün 1983-cü ildə İtaliya hökumətindən icazə istədi lakin rədd cavabı aldı. 1983-cü ilin 18 martında İsveçrənin Cenevrə şəhərində vəfat etdi və Fransada dəfn edildi.
Umberto Piemontda, Rakkonigi qalasında anadan olmuşdur. O, ailənin üçünçü uşağı və tək oğlu idi. Onun doğulması ilə, İtaliya taxt-tacının yalnız kişi nəsli vasitəsi ilə davam etdirilməsi barədə qanun qəbul edildi. O, Yuqaslaviyanın Kralı Kral Aleksandrın ən böyük bibisioğlu idi. Umberto 1930-cu il, 8 yanvarında Belçikalı I Albertin qızı Meri Jose (1906-2001) ilə evləndi. Bu nikahdan 4 övladı olmuşdur.
Cənubi Amerikaya dövlət səfəri (1924) 1924-cü ildə Vəliəhd-Şahzadə Umberto Güney Amerikaya rəsmi dövlət səfəri edir. Bu səfər 1924-cü illərin iyul-sentyabr aylarını əhatə edir. O, [[Braziliyaya, [[Uruqvaya, [[Argentinaya və [[Çiliyə gedir. Səfərin əsas məqsədi Faşizm ideyasını buradakı İtalyanlar arasında yayılmasına yardım etmək, burada yaşayan İtalyanları vətənlərinə olan maraqlarını daha da artırmaq idi. Umberto Braziliyada prezident Artur Bernard tərəfindən qəbul edilmədi, çünki, bu zaman, bəzi kiçik rütbəli zabitlət paytaxt Rio-de-Janeyroda hərbi çevrilişə cəhd etmişdilər. Hətta qiyamçılar bir-necə gün paytaxtda üstün də olmuşdular. Umberto Braziliya rəsmiləri ilə yalnız Şimalın ən varlı şəhəri və Salvador ştatınnı paytaxtı olan Bahiya şəhərində görüşə bildi. Onu qubernator Gois Kalmon qəbul etdi. Sonradan o, Braziliya xarici işlər naziri Feliks Paxeko tərəfindən qəbul edildi. Onun bu səfəri Cənubi Amerikadakı İtalyan mənşəlilər tərəfindən böyük çoşqu ilə qarşılandı.
Umbertoya birinci sui-qəsd cəhdi Brüsseldə baş verdi. 1929-cu ilin 24 oktyabrında Belçıkaya, nişanlanmasının rəsmi elan olunması üçün gedən şahzadə, Brüsseldə Naməlum Belçıka Əsgərinin büstünə əkil qoyan zaman sui-qəsdə məruz qaldı. Sui-qəsdçı Fernando de Roza atəş edən zaman “Mussolini ilə rədd olun” deyə qışqırdı. Onun açdığı yeganə atəş Umbertodan yan keçdı. İstintaq zamanı sui-qəsdçının Beynəlxalq İkinçılər təşkilatından olduğu bəlli oldu. O, öz siyasi görüşlərinə görə İtalyanı tərk etməyə məcbur olmuşdu. Məhkəmə ona cəmi 5 il həbs cəzası verdi. Bu İtaliya-Belçıka münasibətlərinin pisləşməsinə səbəb oldu. 1932-ci ildə Umberto onu rəsmi çəkildə bağışladı. Fernando de Roza İspaniya Vətəndaş Müharibəsində öldü.
Umberto uşaq yaşlarından hərbi təhsil alırdı. Yetkinlik yaşına çatdıqdan sonra Şimal Qoşunlarının hərbi komandanı oldu, bir müddət sonra isə Cənub Qoşunlarınnı hərbi komandanı oldu. Əslində isə hər şey Mussoliniyə tabe idi.
1928-ci ildə İtaliya Somalisində müstəmləkə hökumət orqanları Moqadişo Baş Kilsəsini tikdilər. Bu Norman-Qotik üslübunda tikilmişdi. Cefalu Siciliya kilsəsinə tabe idi. Kilsənin bitməsi üzərinə Şahzadə Umberto bura səfər etdi. 1934-cü ilin oktyabrında isə İtaliya Somalisinə ikinci dəfə səfər etdi.
1942-ci ilin, 29 oktyabrında Şahzadə Umberto İtalyanın Marşalı rütbəsi ilə təltif olundu (Maresciallo d'Italia). 1943-cü ildə Mari Jose İtaliya və ABŞ arasında separate sülh bağlanmasını təşkil etmək istədi. Ona məşhur diplomat Monserver Giovannı Battista Montini (sonradan VI Paul adı ilə Roma Papası oldu) də yardım edirdi. Lakin o kral və Şahzadə tərəfindən dəstək almadı və Kral Palatasının siyasi həyatından uzaqlaşdırıldı. II Dünya Müharibəsi ərzində -1944-cü ilin aprel ayında III Viktor Emanuel faktiki olaraq hakimiyyəti Umbertoya təhvil verdi.
Müttəfiqlər Salo rejimini devirdikdən sonra 1944-cü ilin aprel ayında III Viktor Emanuel öz oğluna hakimiyyətinin böyük bir hissəsini verdi, iyun ayında [[Roma azad edildikdən sonra isə bütün konstitusiya hüquqlarından oğlunun xeyrinə əl çəkdi. Lakin Kral adını özündə saxladı.
Hakimiyyəti de-fakto atasından təhvil aldıqdan sonra Umberto ictimai fikri müsbətə doğru dəyişdirdi. 1946-cı ildə atası-III Viktor Emanuel Kral adından öz oğlunun xeyrinə əl çəkdi. Keçirilmiş referendumda respublika tərəfdarları 54 faiz səslə qalib gəldilər. Referendimun nəticələri monarxistlər tərəfindən qəbul edilmədi, çünki referendumda bəzi saxtakarlıqlar barəsində məlumatlar var idi. Həmçının də, çoxlu monarxist müharibəyə görə, hələ də qeydiyatada olduqları yerə qayıda bilməmişdilər. Başqa ittihamlara görə isə seçiçi manipulyasiyası barədə idi. Hər halda, indiyə qədər bu referendum mübahisələr doğurur. Bəzi tarixçilərə görə, III Viktor Emanuel əgər hakimiyyətdən bir qədər də tez getsəydi, II Umberto monarxiyanı qurtara bilərdi.
Beləliklə, 2 iyunda keçirilmiş referendum İtalyanı respublika etdi. Respublika 4 gün sonra elan edildi. İyun ayında monarxiya devrildi. Bununla da, II Umbertonun 34 günlük hakimiyyəti sona çatdı. Özü isə ölkədən qovuldu. Onun Baş Naziri Alçide de Qasperi Müvəqqəti Baş Nazir oldu.
II Umberto və Mariya Jose sürgündı ayrıldılar. Bu təşkil edilmiş, diplomatik nikah idi. Bəzi tədqiqatçılar, II Umbertonun homoseksual olduğunu bildirmişlər. Bunun düzgünlüyü hələ də sübut olunmamışdır. 1920-ci illərin əvvəlində Mussolinin şantaj üçün yaradılmış olduğu dosyesinə Umbertonun homoseksual olduğu barədə məlumatlar daxil edilmişdi. Referendum ərəfəsində qəzetlər II Umbertonun nüfuzunu aşağı salmaq üçün bu xəbəri tirajlamağa başladılar. II Umbertonun məşhur İtalyan incəsənət xadimi Luçino Viskonti və fransız incəsənət xadimi Jan Maraislə münasibətdə olduğu barədə məlumatlar vardır. Əlbəttə, bu məlumatlara tam inanmaq yersizdir.
II Umberto sürgündə, Portuqaliyanın Kaskais şəhərində 37 il yaşadı. O, heç vaxt İtaliyaya geri dönə bilmıdi. Sürgün illəri zamanı tez-tez səyahət edirdi. O, daha çox [[Meksikada, qızı Mariya Beatris ilə görünürdü. 1947-ci il konstitutsiyası monarxiyanın bərpasını qadağan etmirdi. 2002-ci il qanunu Savoyya sülaləsinin bütün kişilərinə İtaliyaya qayıtmağı qadağan etdi, yalnız qadınlar xaric( Kraliçalar istisna). II Umberto 1983-cü ildə ölən zaman, İtaliyanın prezidenti Sandro Pertini Parlamentə II Umbertoya İtaliya dönməsi üçün müraciət etdi. Hər halda, II Umberto Cenevrədə vəfat etdi və Fransada, Hautekombe Abbatlığında dəfn edildi.