IV Leo (yun. Λέων ὁ Χάζαρος)(25 yanvar 750, Konstantinopol – 8 sentyabr 780[1]) — Bizans imperatoru.[3][4][5]
IV Leo | |
---|---|
q.yun. Λέων Δ' ο Χάζαρος | |
Əvvəlki | V Konstantin |
Sonrakı | VI Konstantin |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 25 yanvar 750 |
Doğum yeri | |
Vəfat tarixi | 8 sentyabr 780[1] (30 yaşında) |
Vəfat səbəbi | vərəm |
Fəaliyyəti | rəhbər |
Atası | V Konstantin (imperator)[2] |
Anası | Çiçək (Xəzər xaqanının qızı) |
Həyat yoldaşı | Afinalı Anna |
Uşağı | VI Konstantin |
Dini | şərqi xristianlıq[d] |
Vikianbarda əlaqəli mediafayllar |
Atası Bizans imperatoru V Konstantin, anası isə onun ilk xanımı olan Xəzər xaqanının qızı Çiçək Xatundur. Hələ 1 yaşında ikən 751-ci ildə atası tərəfindən ortaq imperator elan edildi. 17 dekabr 769-cu ildə yunan əsilzadələrindən Afinalı İrinayla evləndirildi. Atasının 775-ci ildə vəfatının ardından yeganə imperator olaraq taxta çıxdı. Ertəsi il keçirilən mərasimlə hələ 5 yaşlı yeganə oğlu Konstantini ortaq imperator elan etdi. Ancaq 5 illik qısa səltənəti boyunca xanımının təsiri altında qaldı. Atası və babası kimi bulqarlara və ərəblərə qarşı mübarizə aparan IV Leo, azyaşlı olan ögey qardaşları Antim və Evdokimə Nobilissimus ünvanı verdi. Yaşca daha böyük olan ögey qardaşı Nikeforun rəhbərlik etdiyi üsyanı yatırdı. Qamçılanaraq sürgünə göndərdiyi qardaşı Nikefor sonrakı illərdə bir neçə dəfə daha imperatora qarşı ayaqlanacaqdır.
IV Leo Bulqar çarı Kardama qarşı səfər hazırlığında ikən 8 sentyabr 780-ci ildə anidən vəfat etdi. Yerinə isə yeganə övladı olan 5 yaşlı VI Konstantin taxta çıxarıldı.