VI Konstantin (yun. Κωνσταντῖνος) (14 yanvar 771, Konstantinopol – təq. 798, Konstantinopol) — Bizans imperatoru.[1][2][3]
VI Konstantin | |
---|---|
Əvvəlki | IV Leo |
Sonrakı | Afinalı İrina |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 14 yanvar 771 |
Doğum yeri | |
Vəfat tarixi | təq. 798 |
Vəfat yeri | |
Fəaliyyəti | siyasətçi |
Atası | IV Leo (imperator) |
Anası | İrina (Bizans imperatriçası) |
Vikianbarda əlaqəli mediafayllar |
Atası Bizans imperatoru IV Leo, anası isə Afinalı İrinadır. Hələ 5 yaşında ikən 14 aprel 776-cı ildə keçirilən mərasimlə atası tərəfindən ortaq imperator elan edildi. Ancaq çox keçmədən 780-ci ildə atası vərəm xəstəliyi səbəbilə vəfat etdi və 9 yaşlı Konstantin yeganə imperator olaraq taxta çıxarıldı. Azyaşlı olması səbəbilə anası Afinalı İrina taxt naibəsi təyin edildi.
Ancaq onun naibə olaraq imperiyanı idarə etməsi bir çox saray əyanının, eləcə də Anadoludakı hərbi birliklərin etirazına səbəb oldu. Elə həmin ilin sentyabrında ögey əmiləri taxt iddiası ilə ayaqlandı və anası İrina tərəfindən ələ keçirilərək monastıra həbs edildilər. 782-ci ildə Frank kralı Karlın qızı Rotrudla nişanlansa da, siyasi səbəblərlə 788-ci ildə nişan ləğv edildi.
Konstantin atası kimi ikonomaxiya tərəfdarı olsa da, taxt naibəsi olan anası İrina tam bir ikonopərəst idi. Bu səbəblə bir çox ikonomaxist saray əyanı və ordu mənsublarını vəzifədən aldı. Bu isə ana-oğul arasındakı taxt mübarizəsini alovlandırırdı. Nəhayət 790-cı ildə Afinalı İrinanın naibəliyinə son qoyuldu və Konstantin hakimiyyəti təkbaşına ələ aldı. Anasının apardığı intriqalar və saray əyanlarının mexalifəti səbəbilə 2 il sonra — 792-ci ildə anasını imperatriça olaraq ortaq monarx elan etməyə məcbur oldu. Ancaq Afinalı İrina bununla da kifayətlənmədi və 797-ci ildə baş tutan saray çevrilişiylə oğlunu taxtdan endirdi. Gözlərinə mil çəkilən Konstantin bir neçə gün sonra vəfat etdi. Afinalı İrina isə səltənəti təkbaşına idarə etməyə davam etdi.