Çiçək (Xəzər xaqanının qızı)

Çiçək və ya TzitzakXəzər xaqanı Xan Biharın qızı və Bizans imperatoru V Konstantinin ilk həyat yoldaşı. İrini (modern yunanca:Ειρήνη) adı ilə vəftiz edilmişdir.[1]

Çiçək
Doğum tarixi VIII əsr
Vəfat tarixi 750
Həyat yoldaşı
Uşağı
Fəaliyyəti suveren[d]

732-ci ildə Bizans imperatoru Əməvilərin istila təhdidi altında idi. Müttəfiq arayışı içərisində III Leon xəzərlərin xanı Bihara elçi göndərdi. Leonun oğlu və təcrübəsiz ortaq imperator Konstantin ilə Çiçəkin evliliyi ilə ittifaq yaradıldı. Çiçək Konstantinopola evlilik üçün getdi. Onun həyat yoldaşı Konstantin təxminən 14 yaşında idi.

Çiçək ehtimal ki, daha gənc idi, çünki 18 il uşaq dünyaya gətirə bilmədi. İrini adı ilə vəftiz edilib xristian oldu. Çiçəkin toy paltarı Konstantinopolda tzitzakion adı verilən kişi qaftanı üçün yeni moda çılğınlığı başlatdı.[2]

Günah Çıxardıcı Theofanisin əsərində Çiçəkin dini mətinləri oxumağı öyrəndiyi deyilir. Theofanis Çiçəkin daha dindar şəxs ikən, qayınatası və həyat yoldaşı daha dünyəvi şəxslər idilər. III LeonV Konstantin Bütqırıcı imperatorlar ikən, Theofanis ikonudule (Bütqırıcı əleyhdarı) keşiş idi. Onun tərifləri ehtimal edilir ki, Çiçəkin onun düşüncələrini paylaşmasından qaynaqlanır.[3]

Qaynanası Mariyanın evliliyinin reallaşdığı zaman hələ də imperatriça olub-olmaması qeyri-müəyyəndir. III Leon 18 iyun 741-ci ildə öldü. Konstantin onun yerinə keçdi, Çiçək imperator həyat yoldaşı oldu. Lakin, qısa müddət sonra V Konstantinin bacısının əri Artabasdosun taca iddia qaldırması ilə daxili müharibə başladı. Müharibə 2 noyabr 743-cü il tarixinə qədər davam etdi. Çiçəkin müharibəki rolu haqqında Theodanis məlumat verməmişdir.[3]

25 yanvar 750-ci ildə Konstantin və Çiçək cütlüyünün Leon adı ilə atasının varisi olacaq övladları olmuşdur. "Xəzərli Leon" olaraq məşhurlaşmışdır. Onun anadan olması Çiçəkin tarixi qeydlərdə adının keçdiyi son hadisədir. Sonrakı il Konstantin ikinci həyat yoldaşı Maria ilə evlənmişdir. Lynda Qarland Çiçəkin doğum əsnasında öldüyünü iddia etmişdir.

Bizans mənbələrində Çiçək "Tzitzak" olaraq adlandırılmışdır. Bu ad türkcə çiçək kəlməsinin yunan dilindəki qarşılığı kimi görünməkdədir.

  1. Kevin Alan Brook. The Jews of Khazaria. Rowman & Littlefield Publishers. 2006.
  2. Kevin Alan Brook. "Bibliography of Khazar Studies (1901-Present)". www.khazaria.com. 2010-08-18 tarixində arxivləşdirilib.
  3. 1 2 "Irene, wife of Constantine V". www.roman-emperors.org. 2015-09-24 tarixində arxivləşdirilib.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]