IV Vilhelm (Böyük Britaniya kralı)

IV Vilhelm və ya IV Uillyam ((ing. William IV, alm. Wilhelm IV‎); 21 avqust 1765[1][2][…], Vestminster borosu, Böyük London[3]20 iyun 1837[1][2][…], Vindzor sarayı) — 1830–1837-ci illərdə Britaniya və Hannover kralı. III Georqun oğlu, IV Georqun qardaşıdır.

IV Vilhelm
ing. William IV
alm. Wilhelm IV
Şəxsi məlumatlar
Doğum tarixi 21 avqust 1765(1765-08-21)[1][2][…]
Doğum yeri
Vəfat tarixi 20 iyun 1837(1837-06-20)[1][2][…] (72 yaşında)
Vəfat yeri
Vəfat səbəbi ürək tutması
Dəfn yeri
  • Müqəddəs Corc kilsəsi[d]
Atası III Georq[4]
Hərbi xidmət
Qoşun növü Krallıq donanması

Təltifləri Bant ordeni Order of the Thistle "Müqəddəs apostol Andrey Pervozvannı" ordeni Qara Qartal ordeni Order of the Holy Spirit Knight Grand Cross of the Order of the Bath Fil ordeni Knight of the Order of the Holy Spirit Knight of the Order of Saint-Michel
Monoqram Monoqramın şəkli
İmzası İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

IV Vilhelm III Georq və Şarlottanın Georq-kiçik və Fredirikdən sonra dünyaya gələn 3-cü övladları idi. Qaydalara əsasən də Vilhelm ən kiçik olduğuna görə vəliəhd ola bilməyəcəkdi. Uşaqlığını Riçmondda keçirən Vilhelm Krallıq Donanmasına miçman olaraq qəbul olur. Şahzadə bu zaman digər miçmanlardan fərqləndirilmir və eyni dərəcədə iş görürdü.

Amerikanın Istiqlal müharibəsi davam edən dövrdə Vilhelm Nyu-Yorkda idi. Hətta Inqilabçılar bir müddət onu əsir almaq planlarını qururdular. Lakin bu hazırlıqdan xəbər tutan ingilislər Vilhelmin ələ keçirilməsinin qarşısını ala bilirlər.

Vilhelm 1785-ci ildə leytinant rütbəsi ilə "Peqasus",1788-ci ildə "Andromeda" freqatlarının (hərbi dəniz gəmisi) kapitanı təyin edilir. Kontr-admiral rütbəsini aldıqdan sonra isə "Valiant" yelkənli xətt gəmisinin komandiri təyin edilir.

Vilhelm qardaşları kimi hersoq olmaq istəyirdi. Hersoq kimi o Lordlar palatasına daxil ola bilərdi. Bu istəyi atası tərəfindən yaxşı qarşılanmır. Beləki III Georq onun parlamentdə müxalifəti dəstəkləyə biləcəyindən çəkinirdi. Belə olacağı təqdirdə Vilhelm Icmalar palatasına seçiləcəyini bildirir. Icmalar palatası lordlar palatasından daha böyük səlahiyyətlərə malik idi. Bu palatada çoxluq qazanan partiya iqtidara gəlirdi. Nəhayət III Georq məcbur qalıb Vilhelmi 1789-cu ilin 16 mayında Klarens və Sent Endryus və erl-Munster hersoqu titulunu verir. III Georqun gözlədiyi kimi Vilhelm parlamentdə kralın dəstəklədiyi Viqlər partiyasını deyil, müxalifət qüvvələrini dəstəkləyir.

1890-cı ildə Vilhelm donanmadan ayrılır. 3 il sonra başlayan Britaniya-Fransa müharibəsi başlayanda isə Vilhelm yenidən hərbiyə qayıtmaq istəsədə bunun qarşısı hər cəhdlə alınır və ona gəmi verilmir. Bu hal hətta 1798-ci ildə onun admiral (demək olar formal xarakterli) rütbəsi almasına baxmayaraq davam edir. Yalnız 1813-cü ildə Vilhelm müharibənin gedişini canlı izləmə fürsətini qazanır.

III Georq 51 il (davamiyyətinə görə monarxlar arasında 3-cü) Britaniya taxtında əyləşir. Lakin artıq 1789-cu ildə onda porifiriya xəstəliyi yaranır. Vaxt getdikcə kralın vəziyyəti ağırlaşır. Ölkənin bir çox işlərini böyük oğul Georq görür. Georq-kiçik 1811-ci ildə şahzadə-reqent təyin edilir. 1820-ci ildə isə III Georqun ölümündən sonra kral taxt-tacına sahib olur. Ortancıl uşaq Frederik vəliəhd seçilir. Lakin onun 1827-ci ildə ölümündən sonra bu titul Vilhelmə keçdi. Daha 3 il sonra IV Georq vəfat etdi. Bununla da 65 yaşlı Vilhelm hakimiyyətə gəldi.

IV Vilhelmin 7 illik hakimiyyəti dövründə bütün Britaniya kolonyalarında quldarlıq ləğv edildi, uşaq əməyi məhdudlaşdırıldı, bundan sonra parlamentə deputatlar yalnız böyük sənaye şəhərlərindən seçilə bilərdi. Yüklərin və sərnişinlərin rahat hərəkəti üçün böyük dəmiryolu sistemləri yaradıldı.

IV Vilhelmin övladı olmadığında (hər iki qızı vəfat etmişdi) ölümündən sonra hakimiyyətə 1820-ci ildə vəfat etmiş kiçik qardaşı Eduardın qızı Viktoriya gəldi. Onun ölümü ilə Britaniya və Hannoverin birliyi dağıldı. Hannoverin yeni kralı III Georqun digər bir oğlu Ernst Avqust oldu.

  • Allen, W. Gore. King William IV. — London: Cresset Press, 1960. — 255 s.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  • William IV Britaniya monarxiyasının rəsmi veb-saytı.