Naxçıvan döyüşü — 1406-cı ildə Qaraqoyunlu hökmdarı Qara Yusiflə, Teymurilərin Təbriz hakimi Əbu Bəkr mirzə arasında Naxçıvan yaxınlığında baş vermiş döyüş.[1]
Qaraqoyunlu-Teymuri müharibələri | |||
---|---|---|---|
Qaraqoyunlu-Teymuri müharibəsi | |||
Tarix | 14 oktyabr, 1406 | ||
Yeri | Naxçıvan | ||
Səbəbi | Qara Yusifin həbsdən çıxaraq keçmiş torpaqlarını ələ keçirmək üçün yürüşlərə başlaması. | ||
Nəticəsi | Qaraqoyunluların qələbəsi | ||
Ərazi dəyişikliyi | Teymuri Əbu Bəkr məğlub olaraq Sultaniyyəyə qaçdı. | ||
Münaqişə tərəfləri | |||
|
|||
Komandan(lar) | |||
|
|||
|
1405-ci ildə Qara Yusif Suriyanı tərk etdi və Mardinə ordan da Mosula getdi. Ardınca Bitlisə yolan düşdü. Qara Yusifin həbsdən azad olduğunu bilən kimi bütün keçmiş tərəfdarları və qoşunu ətrafında yığılmağa başladılar. Şərqi Anadolunu tabe edən Qara Yusif həbsdə olarkən Sultan Əhmədlə andlaşmasına uyğun olaraq Azərbaycana üz tutmağa hazırlaşırdı.[2]
1406-cı ilin iyununda Sultan Əhməd və Qara Yusif Bağdadı ələ keçirdilər. 1406-cı ilin sonunda Təbrizə yaxınlaşdılar. Şirvanşah İbrahim Sultan Əhmədin İraqdan Azərbaycana yürüşünü qanuni hökmdarın dönüşü kimi qəbul etdi. I İbrahimə müvəqqəti sığınan Azərbaycan əmirləri Qara Yusifin tərəfinə keçdilər.[3]
Qara Yusifi qarşılamaq üçün Əbu Bəkr 23 avqust 1406-cı Təbriz gəldi. Şənbi Qazanda dayandıqdan sonra Naxçıvana yola düşdü. Əmirlərlə keçirilmiş müşavirə əsasında Qaraqoyunlularla döyüşə qərar verildi. 1406-cı ilin oktyabrın 14-də Naxçıvanın qərbində iki ordu qarşılaşdı. Qara Yusifin ordusunun sağ qolunda Pirhüseyn Səədli, sol qolunda Urmiya hakimi Dizək, mərkəzdə isə Qara Yusifin özü, Musa bəy Dögər, Pir Ömər, Piri bəy və başqa böyük Qaraqoyunlu sərkərdəkləri yer almışdılar.[4]
Döyüşün birinci günü tərəfər arasında kəşfiyyat işləri görüldü. Beləki hər iki tərəf ox atmaqla bir-birilərinin qüvvələrini öyrəndilər. Döyüşün ikinci günü Əbu Bəkr Arazı keçərək Qaraqoyunlu ordusunun üzərinə həlledici hücuma keçdi. Qara Yusif, "bizim şəxsi düşmənliyimiz üzündən bu qədər insan tələf olur. İgidlik və bahadırlıq hər ikimizin qarşı-qarşıya gələrək vuruşmağımızı tələb edir". dəsə də Əbu Bəkr bu təklifi qəbul etmədi. Az müddətdən sonra Teymuri ordusu davam gətirə bilməyərək geriyə çəkilməyə başladı. Əbu Bəkr döyüş meydanını tərk edərək Təbrizə gəldi. Şəhəri qarət və talan etdikdən sonra Sultaniyyəyə çəkildi.[4] Həsən bəy Rumlu bu haqda "Qızılbaşlar tarixi" kitabında yazır:
Əmir Teymurun ölümündən sonra (Qara Yusif) həbsdən azad oldu. Onunla o vilayətə getmiş və dağılışmış min atlı yenidən toplaşdı və (Qara Yusif) oradan qaçıb Fərat çayının sahillərinə qədər sərhəd tayfaları və keşikçiləri ilə 180 döyüş edib qalib çıxdı. 809-cu il cumadiüləvvəl ayının 1-də (14.X.1406) Naxçıvan yaxınlığında Mirza Əbu Bəkr ilə vuruşub qələbə çaldı. Və ikinci dəfə Təbriz yaxınlığındakı Sərdrudda 810-cu ildə (8.VI.1407—26.V.1408) Mirza Əbu Bəkrlə döyüşdükdən və onun atası Mirzə Miranşahı öldürdükdən sonra bütün Azərbaycana, İraqi-Ərəbə və İraqi-Əcəmin bir hissəsinə hakim oldu.[5] |