I Con (İngiltərə kralı)

I Con və ya Torpaqsız Con (ing. John, King of England; ing. John Lackland) (d. 24 dekabr 1166 – ö. 19 oktyabr 1216) — İngiltərə kralı. Onun Normandiya hersoqluğuFransadakı digər ingilis mülklərini itirməsi, İngiltərəFransanın bir hissəsini özündə birləşdirən Plantagenet imperiyasının süqutu və Kapetinqlər sülaləsinin Fransada güclənməsinə səbəb oldu. Səltənətinin sonlarında çıxan baron üsyanı nəticəsində imzalanan Maqna Karta xartiyası, bu gün Birləşmiş Krallığın konstitusiya tarixinin başlanğıcı olaraq qəbul edilir.

I Con
ing. John Lackland
türk. Yurtsuz John
osman. یورتسوز ژوهن
27 may 1199 – 19 oktyabr 1216
ƏvvəlkiI Riçard
SonrakıIII Henri
Şəxsi məlumatlar
Doğum tarixi 24 dekabr 1166
Vəfat tarixi 19 oktyabr 1216 (49 yaşında)
Vəfat səbəbi dizenteriya
Fəaliyyəti monarx
Atası II Henri Plantagenet[1]
Anası Elyanora (Akvitaniya hersoqinası)[1]
Həyat yoldaşları Qloçesterli İzabella
Anqulemli İzabella
Uşaqları III Henri
Kornvollu Riçard
Janna Plantagenet
İzabella Plantagenet
Eleonora Plantagenet
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Con, İngiltərə kralı II HenriAkvitaniya hersoqinası Eleonoranın dörd oğlundan ən kiçiyi idi. Bu səbəblə taxt və monarx mülkiyyətindən miras alması gözlənilmədiyi üçün Torpaqsız Con olaraq anılırdı. Qardaşları Gənc kral Henri, Riçard və Cefrinin 1173-1174-cü ildə krala qarşı üsyan çıxarmasının ardından atasının ən sevimli oğlu oldu. 1177-ci ildə atası tərəfindən İrlandiya lordu oldu və bununla birlikdə həm İngiltərədə, həm də Fransada bəzi mülklər ona verildi. II Henri və böyük oğulları arasında çıxan toqquşmalar Gənc kral Henri və Cofrinin ölümü ilə nəticələndi. Atasının vəfatının ardından 1189-cu ildə digər qardaşı Riçard İngiltərə kralı oldu. Ancaq qardaşı 3-cü səlib yürüşünə çıxdığı əsnada Con üsyan çıxarmış, bu üsyan istədiyi nəticəni verməmişdi. Bununla yanaşı o, İngiltərə taxtının varisliyindən alınmadı. Çünki qardaşı Riçardın qanuni övladı - varisi hələ də yox idi. Nəticədə Riçardın 1199-cu ildə vəfatının ardından Con İngiltərə kralı elan edildi. Ertəsi il Fransa kralı II Filiplə bağlanan sülhlə Conun Fransadakı mülklərin real kralı olduğu təsdiq edildi.

Buna baxmayaraq Fransa ilə münaqişə 1202-ci ildə yenidən alovlandı. İlk illərdə ingilislər ard-arda qələbələr qazansa da, hərbi çatışmazlıqlar və kralın Normandiya, Bretoniya və Anju zadəganlarına qarşı yürütdüyü sərt siyasət 1204-cü ildə şimali Fransadakı bütün ingilis mülklərinin əldən çıxmasına səbəb oldu. Növbəti 10 il boyunca Corc bu mülklərin geri alınması, ordunun yenidən qurulması və Fransaya qarşı yeni ittifaqların qurulmasına çalışdı. Papa III İnnokentlə aralarında çıxan anlaşmazlıq səbəbilə 1209-cu ildə aforoz edilsə də, 1213-cü ildə bu problem həll edildi. 1214-cü ildə Fransaya qarşı yeni bir hərbi hazırlığa başlasa da, bu cəhdi də müttəfiqlərinin fransızlara qarşı məğlub olması ilə nəticələndi.

İngiltərəyə döndükdən sonra Con, apardığı iqtisadi islahatlar və İngiltərədəki güclü zadəganlara qarşı yürütdüyü siyasətdən narazı olan baronların üsyanıyla üzləşdi. Həm kral, həm də üsyançı baronların razılığı ilə 1215-ci ildə Maqna Karta hazırlanıb imzalansa da, tərəflərdən heç biri bu xartiyanın şərtlərinə riayət etmədi. Çox keçmədən Fransa kralı VIII Lüdoviqin yardımıyla baronlar yenidən ayaqlandılar və vəziyyət daha da pisləşdi. Con 1216-cı ilin sonlarında şərqi İngiltərədə apardığı hərbi əmliyyat əsnasında tutulduğu dizenteriya səbəbilə vəfat etdi. 9 yaşlı oğlu Henri İngiltərə kralı elan edildi və dəstəkçiləri ertəsi il Fransa kralı və baronlar üzərində qələbə qazandı.

XIII əsrdə İngiltərənin iqtisadi həyatında xeyli dəyişikliklər baş verir: əkinçilik təkmilləşir, üçtarlalıq geniş yayılır. Meşələrin təmizlənməsi və bataqlıqların qurudulması nəticəsində əkin sahələri xeyli artır. Ingils yununa təlabatın Flandriyada və İtaliyada artması nəticəsində qoyuçuluğun sonrakı inkişafı gedir. Ümumi təsərrüfat yüksəlişi əhalinin 2,5 – 3 dəfə artmasına gətirib çıxarır.

Şəhərin kənddən ayrılması prosesi davam edir. XIII əsrin sonuna doğru İngiltərədə təxminən 280 — ə yaxın şəhər məskəni var idi. Şəhər əhalisinin sayı da artmışdı. XIII əsrin əvvəllərinə doğru daxili iqtisadi əlaqələr sabitləşir.

Orta əsrlərdə İngiltərənin iqtisadi inkişafının ən mühüm xüsusiyyətlərindən biri daxili əlaqələrin inkişafında kəndin böyük rol oynaması idi. Onların sürətli inkişafına kənd təsərrüfatı rayonlarının ixtisaslaşması mühüm təsir göstərir.

XIII əsrdə ingilis cəmiyyətinin əsas təsərrüfat və sosial özəyi manor olaraq qalırdı. XII əsrin sonundan başlayaraq manor bazar əlaqəərinə cəlb olunur. Bazara daha çox kənd təsərrüfatı məhsulu çıxarmaq üçün bu manorların sahibləri icma əmlakını da ələ keçirməyə çalışır və biyarı artırırdı. İri feodallar bu səbəbdən villanların şəxsi azadlıq qazanmalarına mane olurdular.

Eyni zamanda əmtəə — pul münasibətləri ingilis kəndində biyar təsərrüfatını dağıdan yenilikləri də doğururdu. Villanların daha az olduğu xırda manorlarda pul rentası üstünlük qazanırdı. Bu isə kəndliləri feodalların hündəlik nəzarətindən azad edirdi. Lakin fransız feodalından fərqli olaraq ingilis feodalları domen təsərrüfatından hələ əl çəkməmişdilər. Onlar villanların əməyindən də, muzdlu işçilərdən də eyni dərəcədə istifadə edirdilər.yəni XIII əsr ingilis kəndində 2 əks inkişaf meyli – mühafizəkar və mütərəqqi meyl nəzərə çarpır.

Əmtəə — pul münasibətlərinin təsiri altında XIII əsrdə iri feodallar – baronlarla, xırda feodallar – cəngavərlər arasında fərq xeyli dərinləşir. Bu, ilk növbədə onların əmlak və gəlirləri, təsərrüfat fəaliyyətinin xarakteri və siyasi mövqeyi ilə müəyyən olunurdu.

XIII əsrdə əmtəə — pul münasibətlərinə cəngavərlər daha intensiv cəlb olunurdu. Onların təsərrüfatında pul rentası üstün idi, muzdlu əməkdən də istifadə edilirdi. Ingilis cəngavərlərinin böyük bir hissəsi hərbi zümrə xarakterini tədricən itirir və kənd sahiblərinə çevrilirdilər. Daxili bazarın inkişafında ümumi maraq onları şəhərlilərlə və varlı kəndlilərlə yaxınlaşdırırdı. Bunun müqabilində feodallar təbəqəsi İngiltərədə ümumilikdə qapalı zümrəyə çevrilmir: mənşəyindən asılı olmayaraq 20, bəzən 40 funt illik gəliri olan azad torpaq mülkiyyətçisi cəngavər adını alırdı və zadəganların tərkibinə daxil olurdu.

Feodal aristokratiyasını təşkil edən baronlar və prelatlar isə öz silki imtiyazlarını hakimiyyətər vəchlə saxlamağa çalışırdılar.

Daxili iqtisadi əlaqələr möhkəmləndikcə, feodal dövlətinin mərkəzləşməsi də güclənirdi. Lakin bu proses uzun sürən siyasi mübarizə ilə müşayiət olunmuşdur.

Mübarizənin birinci mərhələsi II Henrinin kiçik oğlu Torpaqsız İoannın (1199- 1216 ) hakimiyyəti dövrünə təsadüf edir. Özbaşına torpaq müsadirələri, bəzi maqnatların hakimiyyətəbsi və edamı ona qarşı baronların böyük müqavimətini yaradır. İoannın Fransadakı uğursuz müharibələri də onların qəzəbinə səbəb olur. Və nəhayət, kilsə seçkilərinə kralın müdaxilə etməsindən narazı olan kilsə də baronların tərəfindən çıxış edirdi.

Kralın baronlarla əvvəlki toqquşmalarından fərqli olaraq bu dəfə cəngavərlər və şəhərlilər də krala qarşı dururlar.xüsusilə şəhərlilərdən yığılan özbaşına rüsumlar da onları baronlarla yaxınlaşdırır. 1202 -1204 – cü illərdə fransız kralı II Filipp Avqust İoannın Fransadakı mülklərini: Normandiyanı, Anjunu, Meni, Tureni və Puatunun bir hissəsini alır. Laroş- o – Muan və Buvindəki ( 1214 ) məğlubiyyəti İoannın mövqeyini daha da zəiflədir. Bundan xeyli əvvəl, 1207 – ci ildə kralın icazəsi olmadan Kenterberili arxiyepiskopu ingilis kilsəsinin başçısı təyin etdiyi üçün papa III İnnokenti ilə münaqişə baş verir. 1212 – ci ildə papa İoannın taxt – tacdan məhrim edilməsi haqqında bulla verir və ingilis tacı hüququnu fransız kralına verir. İoann 1213 – cü ildə papa qarşısında təslim olur, özünü onun vassalı elan edir və ildə 1000 marka gümüş ödəməyi öz üzərinə götürür. Bu biabırçı akt müxalifəti daha da gücləndirir. 1215 – ci ilin yazında baronlar cəngavərlər və şəhərlilərin dəstəyi ilə krala qarşı müharibəyə başayır. Kral qiyam qaldırmış baronların tələblərinə tabe olur və 15 iyun 1215 – ci ildə Azadlıqların Böyük Xartiyasını imzalayır.

Bu xartiyanın ( Magna Charta Libertatum ) əksər maddələri baronların və kilsə feodallarının maraqlarını ifadə edirdi. Kral kilsə seçkilərinin sərbəstliyini qəbul etməli olur. Adəti üzrə yığılan rüsumlardan artıq yığılmayacağını vəd edirdi. Kral şurasının icazəsi olmadan “ qalxan pulu ” yığmaq da qadağan olunurdu. Şuranın tərkibinə isə əsasən baronlar daxil olmalı idi. Digər zümrələrdən fərqli olaraq baronları yalnız onlara bərarər şəxslər – perlər mühakimə edə bilərdi. Perlərin qərarı olmadan krala baronları həbs etmək, mülkünü müsadirə etmək qadağan olunurdu. Və nahayət, xartiyanın yerinə yetirilməsinə nəzarət etmək üçün 25 baronlan ibarət komitə seçilirdi.

Cəngavərlərə azad kəndlilərə münasibətdə xartiya daha az bənd nəzərdə tutmuşdu: baronlara və krala nəzərdə tutulduğundan artıq xidmət etmək qadağan olunurdu. Bütün azad adamlara kral məmurlarının özbaşınalığından müdafiə vəd olunurdu. Onlar üçün II Henri tərəfindən tətbiq olunmuş məhkəmə qaydaları saxlanılırdı. Şəhərlərə gəlincə, xartiya onların artıq mövcud olan imtiyazlarını təsdiqləməklə kifayətlənirdi. Vahid ölçü və çəki tətbiq olundu. İngiltərəyə xarici tacirlərin sərbəst gəlişi asanlaşdırıldı. Bu tədbir xarici ticarətin inkişafına imkan yaratsa da, şəhərlilər üçün sərfəli deyildi, çünki onların inhisarını pozurdu. Və nəhayət, villanlara gəlincə, xartiya onlara heç nə vermədi, əksinə onların hüquqsuzluğunu bir daha təsdiqlədi.

Eyni zamanda Xartiya öz dövrü üçün mütərəqqi səciyyə də daşıyırdı: o, təkcə baronlara deyil, cəngavərlərə və şəhərlilərə münasibətdə kral özbaşınalılığının qarşısını alırdı. Bu sonuncular isə həmin dövrdə ölkənin iqtisadi inkişafında mütərəqqi meyllərin daşıyıcıları idi.

Böyük Xartiya praktikada həyata keçirilmədi. Papanın dəstəyinə arxalanan İoann baronları qiyamçı adlandıraraq onların tələblərini yerinə yetriməkdən imtina etdi. Müharibə başladı və onun qızıcı vaxtında İoann öldü. Baronlar onun azyaşlı oğlu III Henrini kral elan etdilər.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. 1 2 Kindred Britain.