III İnnokenti (лат. Innocentius PP. III, dünyəvi adı — Lotario Konti, Senyi qrafı, Lavanyi qrafı, it. Lotario dei Conti di Segni; 22 fevral 1160 və ya 1161, Qavinyano[d], Papa dövləti[1] – 16 iyul 1216[1][2], Peruca, Papa dövləti[3]) — 8 yanvar 1198-ci ildən 16 iyul 1216-cı ilədək Roma papası.
III İnnokenti | |
---|---|
lat. Innocentius PP. III | |
Doğum tarixi | 22 fevral 1160 və ya 1161 |
Doğum yeri |
|
Vəfat tarixi | 16 iyul 1216[1][2] |
Vəfat yeri | |
Təhsili | |
Fəaliyyəti | Roma katolik kilsəsinin papası |
Vikianbarda əlaqəli mediafayllar |
Lotario təxminən 1161-ci ildə İtaliyada Ananyi yaxınlığında yerləşən Qavinyanoda anadan olmuşdur. Onun atası Trazimondo qrafı, Romaya 9 papa (o cümlədən IX Qriqori, IV Aleksandr, XIII İnnokenti) bəxş edən tanınmış Konti evinin üzvü idi. Lotario papa III Klimentin qohumu idi. Onun anası Klarisiya Skotti də tanınmış Roma ailələrindən birində anadan olmuşdur.[4].
Lotario ibtidai təhsilini Romada, ehtimallara görə müqəddəs Andrey benedikt abbatlığında almışdır.[5]. O, Paris universitetində ilahiyyatı, Boloniya universitetində hüququ öyrənmişdir.[6]. Papa III Aleksandrın ölümündən (30 avqust 1181) dərhal sonra Lotario Romaya qayıtmış və papa III Lusiyanın, III Urbanın, VIII Qriqorinin və III Klimentin hakimiyyəti dövründə müxtəlif kilsə vəzifələrini tutmuşdur. O, 1190-cı ilin sentyabrında III Kliment tərəfindən kardinal təyin edilmişdir.[7]
Kardinal Lotarionun yazdığı "De Miseria Humanae conditionis"[8] əsərinin 700-dən çox əlyazması bu gün də saxlanmaqdadır.[9].
8 yanvar 1198-ci ildə papa III Selestin vəfat etdi. Ölüm qabağı o, kardinal kollegiyasına Covanni Kolonnanı öz xələfi kimi papa seçilməsini təklif etmişdir, lakin kardinallar bu tövsiyəni həzərə almamış və elə həmin gün Papa taxtına Lotario de Kontini seçmişlər. O, bu vəzifəni könülsüz qəbul etmiş və III İnnokenti adı ilə 37 yaşında 176-cı Roma papası olmuşdur.
Şəxs və ya bioqrafiya haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |