III Henri və ya Vinçesterli Henri (ing. Henry III of England; ing. Henry of Winchester) (1 oktyabr 1207, Uinçester – 16 noyabr 1272, Vestminster, Böyük London regionu[d]) — İngiltərə kralı, İrlandiya lordu və Akvitaniya hersoqu. I Con və Anqulemli İzabellanın oğlu olan Henri Birinci Baronlar müharibəsi illərində hələ 9 yaşında ikən İngiltərə kralı oldu. Kardinal Bikkerinin üsyançı baronlara qarşı əməliyyatları səlib yürüşü olaraq adlandırmasının ardından Uilyam Marşal idarəsindəki kral birlikləri 1217-ci ildə baronlar üzərində 2 böyük qələbə qazandı. Müzakirələrin sonunda Henri monarxın səlahiyyətlərini məhdudlaşdıran və böyük baronların hüquqlarını müdafiə edən 1215-ci il tarixli Maqna Kartanın bir başqa versiyası olan və 1225-ci il Böyük Şərti adını alan xartiyanı qəbul etdi. 1230-cu ildə Henri bir zamanlar atasına aid olan Fransa mülklərini yenidən ələ keçirməyə cəhd etsə də, Fransa üzərinə tərtib olunan hərbi əmliyyat fəlakətlə sonlandı. Krala yaxınlığı ilə tanına Uilyam Marşalın oğlu Riçard Marşalın rəhbərliyi ilə 1232-ci ildə baş tutan üsyan kral birliklərinə böyük zərbə vurdu. Kilsənin və din xadimlərinin apardığı vasitəçiliklə tərəflər arasında sülh müqaviləsi bağlandı.
III Henri | |
---|---|
ing. Henry III | |
Əvvəlki | I Con |
Sonrakı | I Eduard |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1 oktyabr 1207 |
Doğum yeri | Uinçester |
Vəfat tarixi | 16 noyabr 1272 (65 yaşında) |
Vəfat yeri |
|
Dəfn yeri | |
Fəaliyyəti | siyasətçi, monarx |
Atası | I Con |
Anası | Anqulemli İzabella |
Həyat yoldaşı | Provanslı Eleonora |
Uşaqları |
I Eduard Marqarit Plantagenet Qozbel Edmond |
Ailəsi | Plantagenetlər |
Elmi fəaliyyəti | |
Elm sahəsi | siyasət[1] |
Vikianbarda əlaqəli mediafayllar |
Üsyanın ardından İngiltərəni birbaşa özü idarəetməyə başlayan Henri sələflərindən fərqli olaraq, daha az səyahət edir, vaxtını ən sevdiyi və bərpasına yüklü miqdarda pul sərf etdiyi saray və qalalarda keçirirdi. Ardından 5 övladının dünyaya gələcəyi Provanslı Eleonora ilə 1236-cı ildə evləndi. Dindarlığı, dəbdəbəli dini mərasimləri və xeyriyyə qurumlarına etdiyi yüklü miqdarda ianələrlə bilinən Henri ölkədəki yəhudilər üzərinə qoyduğu ağır vergi yükü ilə onların ticarətdəki işlərinə mane olmağa çalışdı. Ailəsinin Fransadakı mülklərini ələ keçirmək niyyətiylə 1242-ci ildə Puatye bölgəsini işğal etsə də, bu əməliyyat Taylburq döyüşündəki ağır məğlubiyyətlə nəticələndi. Məğlubiyyətin ardından Müqəddəs Roma imperatoru II Fridrixlə ittifaq quran Henri, diplomatik yolla qardaşı Riçardı Roma krallığına təyin etdirdi. Ancaq öz oğlu Qozbel Edmondu Siciliya kralı etmə cəhdi yüklü miqdarda pul ödəməsinə baxmayaraq baş tutmadı. Levant bölgəsinə səlib yürüşünə çıxmaq istəsə də, Qaskoniyada başlayan üsyan bu planını yarım qoydu.
Baha başa gələn xarici siyasəti, fransız əsilli ögey qardaşları olan Lüzinyanların ölkədə güclənmələri və vergi toplayan məmurların özbaşınalıqları səbəbilə Henrinin hakimiyyəti 1250-ci illərin sonunda zəifləməyə başladı. Ehtimal olunur ki, xanımı Eleonoranın da dəstəklədiyi bir qrup baron saray çevrilişi ilə hakimiyyəti ələ aldı və Lüzinyanları ölkədən qovaraq Oksford Qərarnamələri adını alan bir neçə islahat fərmanını krala təsdiqlətdi. Henri və baron hökuməti 1259-cu ildə Fransa ilə sülh bağladı və Henri, Fransa kralı IX Lüdoviqin onu Qaskoniyanın hakimi olaraq tanıması qarşılığında Fransadakı digər mülklərindən imtina etdi. Çox keçmədən baron hökuməti dağıldı ancaq Henri kral hakimiyyətində köklü islahatlar apara bilmədi və nəticədə İngiltərədə davam edən böhran dərinləşməyə başladı.
1263-cü ildə radikal baronlardan Simon Montfort İkinci Baron müharibəsinin başlanğıcı hesab edilən bir saray çevrilişi ilə hakimiyyəti ələ aldı. Henri müttəfiqi olan Fransa kralını da yanına alaraq topladığı orduyla üsyanı yatırmağa çalışsa da, 1264-cü ildə baş tutan döyüşdə əsir düşərək məğlub oldu. Böyük oğlu Eduardın əsirlikdən qaçması və ardından topladığı birliklə Montfortu məğlub etməsinin ardından Henri azadlığa buraxıldı. Dərhal qalan üsyançılara qarşı sərt cəza tədbirləri alan Henri kilsənin və din xadimlərinin müdaxiləsiylə nisbətən üsyançılara qarşı yumşalmağa başladı. Henri 1272-ci ildə vəfat etdi və böyük oğlu Eduard xələfi olaraq İngiltərə kralı təyin olundu. Cənazəsi səltənətinin ikinci yarısında yenidən inşa etdirdiyi Vestminster abbatlığına dəfn olunsa da, 1290-cı ildə məzarı hazırkı yerinə daşındı.