I Eyrik Qanlı Balta

I Eyrik Qanlı Balta (norv. Eirik Blodøks; 895[1]954) — I Harald Gözəlsaçın oğlu. Horfaqerlər sülaləsindən Norveçin ikinci konunqu (kralı).

I Eyrik Qanlı Balta
norv. Eirik Blodøks
930 – 934/935
ƏvvəlkiI Harald Gözəlsaç
SonrakıI Hokon
Şəxsi məlumatlar
Doğum tarixi 895[1]
Vəfat tarixi 954
Atası I Harald Gözəlsaç
Anası Raqnhilda Eyriksdotter
Həyat yoldaşı Qunhilda
Uşaqları

oğulları: Qamle, Quttorm, II Harald Bozkürk, Raqnfröd, Erlinq, Qudröd,Siqurd, Röqnvald

qızları: Raqnhilda
Dini Skandinaviya büdpərəstliyi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Eyrik I Haraldın çoxsaylı oğullarından biri olub onun Raqnhilddən olan yeganə övladı idi.

I Harald böyük oğlu olmamasına baxmayaraq Eyriki uşaqlıqdan özünün sələfi görmüş və onun formalaşmasında böyük rol oynamışdır.

Uşaqlıq və yeniyetməlik illərini atasının yanında keçirən Eyrik 927-ci ildə Byarmaland torpağına (müasir Rusiya və Finlandiya sərhədinə yaxın) yürüşə çıxır. Bu əraziləri yağmaladıqdan sonra qardaşı Byörnün yanına gələrək Vestfoldan ataları I Haralda gətirilən vergi və bəxşişləri onun aparmasını istəyir. Ancaq Byörn bununla razılaşmayaraq bütün mal-mülkü adamları vasitəsi ilə paytaxta göndərir və Eyrikə icazĕ vermir. Bundan qəzĕblənən Eyrik bir mûddĕt keçdikdən sonra Seheym şəhərində qaradaşını öldürür. Latın dilli mənbələrdə Eyrikin ləqəblərindən biri "qardaş qatili"dir (lat. fratris interfector) [2].

930-cu ildə Harald taxtadan çəkilərək ölkəni oğulları arasında bölür və hər birinə konunq tituluni verir[3]. Sevimli oğlu Eyrik isə böyük konunq titulunu alır. 933-cü ildə Haraldın ölümündən sonra mərkəzi hakimiyyət Qanlı Baltanın əlinə keçdi.

Bundan sonra ölkə üzrə vergini Eyrik yığırdı. Ancaq qaradaşları Olafın Vikendən, Siqrödün Tiröndelaqdan vergini yığmasını o mərkəzi hakimiyyətə qarşı çıxmaq kimi qəbul edir. Buna görə təxminən 933/934-cü ildə Eyrik Vikenə hücum edərək Olaf və Siqrödün birləşmiş ordusunu məğlub etdi və iki qardaş döyüş meyadanında vəfat etdi.

Bu ildə İngiltərə kralı Etelstanın yanında olan Hokonun Norveçə qayıdışından sonra Eyrikin bir çox düşməni onun yanına gələrək ölkə hakimiyyətini ələ keçirməsini xahiş etdilər. Eyrik isə tərafdarları ilə birgə qərbə üzərək Şotlandiyanın şimalındakı Orkney adalarına getdi. Etelstan Norveçlə Haraldın dövründəki dostluq əlaqələrini nəzərə alaraq Nortumbriya vilayətinin idarəsini Eyrikə verir. Ancaq onun ölümündən sonra taxta çıxan I Edmund Eyriki məğlub edərək Britaniyadan qovdu.

954-cü ildə yenidən ordu yığan Eyrik İrlandiyaya hücum etdi. Ancaq yerli hökmdar Olafa məğlu olaraq öldürüldü[4]. Həyat yoldaşı Qunhilda və oğulları Orkney adalarını tabe etdilər.

  1. 1 2 Norsk biografisk leksikon (бук.). Kunnskapsforlaget. ISSN 2464-1502
  2. "Eric Bloodaxe killed in ambush". 2023-07-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-12-30.
  3. "Eric Bloodaxe: Murderous Viking King of Norway and Northumbria". 2022-07-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-12-30.
  4. "The Death of Eric Bloodaxe". 2019-12-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-12-30.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]