I Məsud (Qəznəvi hökmdarı)

Məsud Qəznəvi (998[1][2], Qəzni17 yanvar 1041[3], Hindistan) — Qəznəvilərin üçüncü sultanı.

Məsud Qəznəvi
مسعود غزنوی
ƏvvəlkiMəhəmməd Qəznəvi
SonrakıMəhəmməd Qəznəvi
Şəxsi məlumatlar
Doğum tarixi 998[1][2]
Doğum yeri Qəznə
Vəfat tarixi
Vəfat yeri Küri qalası
Vəfat səbəbi Sui-qəsd
Dəfn yeri Qəznə
Milliyyəti Türk
Fəaliyyəti hərbi lider[d]
Atası Sultan Mahmud Qəznəvi
Anası Kövsəri Cahan
Həyat yoldaşı Şah xatun (Yusif Qadir xanın qızı)
Uşaqları Mövdud Qəznəvi
Məcdud Qəznəvi
Əli Qəznəvi
Fərruxzad Qəznəvi
İbrahim Qəznəvi
Səid Qəznəvi
Hürreyi Xuttali
Dini Sünnilik
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Sultan Mahmudun oğlu Məsud (1030-1041) hakimiyyətə gəldi və qardaşı ona müqavimət göstərdi. Məsud əyanlara arxalanaraq qardaşını zərərsizləşdirə bildi. Məsud əyanlardan asılı oldu. Ölkədə rüşvətxorluq baş alıb gedirdi. Xarəzm Qəznəvilərdən ayrıldı. Qəznəvilərdə daxili ziddiyyətlər kəskinləşdi, səlcuqların Qəznəvi dövlətini sıxışdırması da gücləndi. Bütün bunlar dövlətin zəifləyib iflas etməsi ilə nəticələndi. 1040-cı ildə Dəndənəkan döyüşündə səlcuqlar qəznəvilərə qalib gəldilər. Bundan sonra Qəznəvi dövlətinin tərkibində ancaq Əfqanıstanın bir hissəsi və Pəncab qaldı. Ordu Məsudun məğlubiyyətindən narahat olaraq onu Məhəmməd Qəznəvi ilə dəyişdi. Sultanın qızı Hürreyi Xuttali Məhəmməd Qəznəvinin oğlu Əhməd Qəznəvi ilə evləndirildi. Məsud həbs olunduğu qalada sui-qəsd nəticəsində öldürüldü.[4][5]

  1. 1 2 MAḤMŪD DE GHAZNĪ (971-1030) souverain afghan // Encyclopædia Universalis (fr.). Encyclopædia Britannica, 1968.
  2. 1 2 Mas'ūd // opac.vatlib.it (ing.).
  3. Mas'ud I of Ghazni // https://pantheon.world/profile/person/Mas'ud_I_of_Ghazni.
  4. Gerdîzî, s.204-206
  5. Bosworth, The Later Ghaznavids: Splendour and Decay, s.15-19