Jalə Əliyeva (güləşçi)

Jalə Əliyeva (1 fevral 2001, Gəncə[1]) — Azərbaycanı təmsil edən qadın güləşçi.

Jalə Əliyeva
Jalə Əliyeva 2022-ci ildə V İslam Həmrəyliyi Oyunlarında
Jalə Əliyeva 2022-ci ildə V İslam Həmrəyliyi Oyunlarında
Şəxsi məlumatlar
Tam adı Jalə Əliyeva
Vətəndaşlığı
Doğum tarixi 1 fevral 2001(2001-02-01) (22 yaş)
Doğum yeri
İdman növü güləş
Karyera illəri 2016h. h.

Həyatı[redaktə | mənbəni redaktə et]

Jalə Əliyeva 2001-ci il fevralın 1-də Gəncə şəhərində anadan olub.[2][3] Abşeron Rayon İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman-Şahmat Klubunun üzvüdür.

Karyerası[redaktə | mənbəni redaktə et]

Jalə Əliyevanın birinci beynəlxalq turniri 2016-cı ilin iyulunda İsveçdə baş tutan yeniyetmələr arasında Avropa Çempionatı oldu.[4] Turnirin final görüşündə Almaniya nümayəndəsi Emili Haseya məğlub olan Jalə Əliyeva turniri gümüş medalla başa vurdu. Sentyabrda isə o, Gürcüstanda baş tutan yeniyetmələr arasında Dünya Çempionatını beşinci pillədə başa vurdu.[5]

2017-ci ildə Jalə Əliyeva beynəlxalq turnirlərdə medala sahib ola bilmədi. İyulda Sarayevo şəhərində (Bosniya və Herseqovina) yeniyetmələr arasında Avropa Çempionatı və sentyabrda Afina şəhərində (Yunanıstan) yeniyetmələr arasında Dünya Çempionatını 12-ci pillələrdə başa vurdu.[6][7]

2018-ci və 2019-cu illərdə də Jalə Əliyeva medala sahib ola bilmədi. 2018-ci ildə KYRM-da baş tutan yeniyetmələr arasında Avropa Çempionatını 12-ci[8], sentyabrda isə Xorvatiyada baş tutan yeniyetmələr arasında Dünya Çempionatı 5-ci[9] pillədə başa vuran Jalə Əliyeva bir il sonra, 2019-cu ildə İspaniyada gənclər arasında Avropa Çempionatında 5-ci[10], Estoniyada gənclər arasında Dünya Çempionatında isə 11-ci oldu.[11]

Pandemiya səbəbilə yaranan fasilədən sonra Jalə Əliyevanın birinci beynəlxalq turniri 2021-ci ilin iyununda Dortmund şəhərində Almaniya baş tutan gənclər arasında Avropa Çempionatı oldu.[12] Turnirin nəticələrinə əsasən o, 12 idmançı sırasında 8-ci pillənin sahibi oldu. Daha sonra Jalə Əliyeva avqustda Ufa şəhərində (Rusiya) baş tutan gənclər arasında Dünya Çempionatının bürünc medalına sahib oldu.[13] Noyabrda isə Jalə Əliyeva Belqrad şəhərində (Serbiya) baş tutan U23 Dünya Çempionatını 15 idmançı sırasında 11-ci pillədə başa vurdu.[14]

2022-ci ilin martında Jalə Əliyeva Bolqarıstanın Plovdiv şəhərində baş tutan U23 Avropa Çempionatında mübarizə apardı. Finala gedən yolda bütün rəqiblərinə qalib gələn Jalə Əliyeva həlledici görüşdə Serbiya nümayəndəsi Ana Fabian üzərində qələbə qazandı və turnirin qalibi oldu.[15] İyunda Almatı şəhərində (Qazaxıstan) Bolat Turluxanovun xatirəsinə həsr olunan beynəlxalq turnirin gümüş medalına[16] sahib olan Jalə Əliyeva, daha sonra avqustda Konya şəhərində baş tutan V İslam Həmrəyliyi Oyunlarında mübarizə apardı. Turnirin final görüşündə Nigeriya nümayəndəsi Ester Omolayo Kolavoleya qalib gələn Jalə Əliyeva islamianın qızıl medalına sahib oldu.[17] Sentyabrda isə Jalə Əliyeva Dünya Çempionatlarında debüt elədi. Serbiyanın Belqrad şəhərində baş tutan turnirin bürünc medal uğrunda görüşündə məğlub olan Jalə Əliyeva Dünya Çempionatını beşinci pillədə başa vurdu.[18] İlin sonunda Jalə Əliyeva İspaniyada baş tutan U23 Dünya Çempionatında mübarizə apardı və turniri 12-ci pillədə başa vurdu.[19]

2023-cü ildə Jalə Əliyevanın birinci turniri martda Rumıniyanın Buxarest şəhərində baş tutan U23 Avropa Çempionatı oldu. Nəticədə o, həmin turnirin bürünc medalına sahib oldu.[20] Apreldə isə ilin birinci nüfuzlu turniri baş tutdu. Xorvatiyanın Zaqreb şəhərində baş tutan Avropa Çempionatında Jalə Əliyeva 1/4 final mərhələsində Almaniya nümayəndəsi Yelena Brüqqera 6:2, 1/2 final mərhələsində isə Polşa nümayəndəsi Yovia Vrzeşiena 5:0 hesabları ilə qalib gəldi və final görüşünə vəsiqə qazandı. Həlledici görüşdə məğlub olan Jalə Əliyeva Avropa Çempionatının gümüş medalına sahib oldu.[21] Həmçinin o, 2010-cu ildən sonra Avropa Çempionatının finalında mübarizə aparan birinci azərbaycanlı qadın güləşçi oldu.

Uğurları[redaktə | mənbəni redaktə et]

Sıra
İl
Yarış
Ev sahibi
Nəticə
1
2016
Yeniyetmələrin Avropa Çempionatı İsveç İsveç
2.
2
Yeniyetmələrin Dünya Çempionatı Gürcüstan Gürcüstan
5.
3
2017
Yeniyetmələrin Avropa Çempionatı Bosniya və Herseqovina Bosniya və Herseqovina
12.
4
Yeniyetmələrin Dünya Çempionatı Yunanıstan Yunanıstan
12.
5
2018
Yeniyetmələrin Avropa Çempionatı Şimali Makedoniya KYRM
12.
6
Yeniyetmələrin Dünya Çempionatı Xorvatiya Xorvatiya
5.
7
2019
Gənclərin Avropa Çempionatı İspaniya İspaniya
5.
8
Gənclərin Dünya Çempionatı Estoniya Estoniya
11.
9
2021
Gənclərin Avropa Çempionatı Almaniya Almaniya
8.
10
Gənclərin Dünya Çempionatı Rusiya Rusiya
3.
11
U23 Dünya Çempionatı Serbiya Serbiya
11.
12
2022
U23 Avropa Çempionatı Bolqarıstan Bolqarıstan
1.
13
Bolat Turluxanov beynəlxalq turniri Qazaxıstan Qazaxıstan
2.
14
İslam Həmrəyliyi Oyunları Türkiyə Türkiyə
1.
15
Dünya Çempionatı Serbiya Serbiya
5.
16
U23 Dünya Çempionatı İspaniya İspaniya
12.
17
2023
U23 Avropa Çempionatı Rumıniya Rumıniya
3.
18
Avropa Çempionatı Xorvatiya Xorvatiya
2.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 "Avropa ikincisi olmaq növbəti qələbələr üçün mənə stimul verdi".
  2. International Wrestling Database. "ZHALA ALIYEVA". www.iat.uni-leipzig.de (ingilis). 2022-08-04. 2022-04-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 02.08.2022.
  3. International Wrestling Database. "ZHALA ALIYEVA". www.iat.uni-leipzig.de (ingilis). 2022-08-04. 2022-04-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 02.08.2022.
  4. International Wrestling Database. "2016 // European Championship // Cadets // Female wrestling // 49 Kg. // Results". www.iat.uni-leipzig.de (ingilis). 2022-08-04. 2022-04-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 02.08.2022.
  5. International Wrestling Database. "2016 // World Championship // Cadets // Female wrestling // 49 Kg. // Results". www.iat.uni-leipzig.de (ingilis). 2022-08-04. 2022-04-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 02.08.2022.
  6. International Wrestling Database. "2017 // European Championship // Cadets // Female wrestling // 56 Kg. // Results". www.iat.uni-leipzig.de (ingilis). 2022-08-04. 2022-04-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 02.08.2022.
  7. International Wrestling Database. "2017 // World Championship // Cadets // Female wrestling // 56 Kg. // Results". www.iat.uni-leipzig.de (ingilis). 2022-08-04. 2022-04-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 02.08.2022.
  8. International Wrestling Database. "2018 // European Championship // Cadets // Female wrestling // 61 Kg. // Results". www.iat.uni-leipzig.de (ingilis). 2022-08-04. 2022-04-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 02.08.2022.
  9. International Wrestling Database. "2018 // World Championship // Cadets // Female wrestling // 61 Kg. // Results". www.iat.uni-leipzig.de (ingilis). 2022-08-04. 2022-04-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 02.08.2022.
  10. International Wrestling Database. "2019 // European Championship // Juniors // Female wrestling // 62 Kg. // Results". www.iat.uni-leipzig.de (ingilis). 2022-08-04. 2022-10-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 02.08.2022.
  11. International Wrestling Database. "2019 // World Championship // Juniors // Female wrestling // 62 Kg. // Results". www.iat.uni-leipzig.de (ingilis). 2022-08-04. 2022-04-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 02.08.2022.
  12. International Wrestling Database. "2021 // European Championship // Juniors // Female wrestling // 62 Kg. // Results". www.iat.uni-leipzig.de (ingilis). 2022-08-04. 2022-12-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 02.08.2022.
  13. International Wrestling Database. "2021 // World Championship // Juniors // Female wrestling // 59 Kg. // Results". www.iat.uni-leipzig.de (ingilis). 2022-08-04. 2022-04-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 02.08.2022.
  14. International Wrestling Database. "2021 // World Championship // U23 // Female wrestling // 62 Kg. // Results". www.iat.uni-leipzig.de (ingilis). 2022-08-04. 2022-04-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 02.08.2022.
  15. International Wrestling Database. "2022 // European Championship // U23 // Female wrestling // 62 Kg. // Results". www.iat.uni-leipzig.de (ingilis). 2022-08-04. 2022-04-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 02.08.2022.
  16. International Wrestling Database. "2022 // RS - Bolat Turlyhanov Cup // Seniors // Female wrestling // 59 Kg. // Results". www.iat.uni-leipzig.de (ingilis). 2022-08-04. 2022-04-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 02.08.2022.
  17. International Wrestling Database. "2022 // Islamic Solidarity Games // Seniors // Female wrestling // 57 Kg. // Results". www.iat.uni-leipzig.de (ingilis). 2022-08-04. 2022-04-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 02.08.2022.
  18. International Wrestling Database. "2022 // World Championship // Seniors // Female wrestling // 57 Kg. // Results". www.iat.uni-leipzig.de (ingilis). 2022-08-04. 2022-08-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 02.08.2022.
  19. International Wrestling Database. "2022 // World Championship // U23 // Female wrestling // 59 Kg. // Results". www.iat.uni-leipzig.de (ingilis). 2022-08-04. 2022-04-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 02.08.2022.
  20. International Wrestling Database. "2023 // European Championship // U23 // Female wrestling // 57 Kg. // Results". www.iat.uni-leipzig.de (ingilis). 2022-08-04. 2022-04-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 02.08.2022.
  21. International Wrestling Database. "2023 // European Championship // Seniors // Female wrestling // 57 Kg. // Results". www.iat.uni-leipzig.de (ingilis). 2022-08-04. 2023-05-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 02.08.2022.