Jan-Batist Dükass

Jan-Batist Dükass (fr. Jean-Baptiste du Casse; 2 avqust 1646, Po, Fransa25 iyun 1715, Burbon-l'Arşambo, Fransa) — Fransa bukanyeri, admiralımüstəmləkə idarəçisi. Bir hugenot ailəsində anadan olan Dükass gənc yaşlarında fransız ticarət donanmasına qoşulmuş və Ost-Hind Şirkətində, eləcə də kölə ticarəti ilə məşğul olan Seneqal Şirkətində fəaliyyət göstərmişdir. Daha sonra Fransa Hərbi Donanmasının bir üzvü olan Dükass Auqsburq liqası müharibəsi zamanı Karib adalarıİspaniya Cənubi Amerikası cəbhələrində müxtəlif uğurlara nail olmuşdur. O, İspaniya varisliyi uğrunda müharibə zamanı Velez-Malaqa döyüşüBarselonanın mühasirəsi kimi bir neçə önəmli hərbi qarşıdurmalarda iştirak etmişdir. Göstərdiyi xidmətə görə İspaniya kralı V Filipp tərəfindən Qızıl Dəri Ordeninə layiq görülən Dükass 1691–1703-cü illərdə San-Dominqo müstəmləkəsinin qubernatoru olaraq çalışmışdır. O, karyerasını Fransa Donanmasının general-leytenantı (XVII əsr Fransasının ən yüksək rütbəsi olan general-leytenant, müasir vitze-admiral rütbəsi ilə eynidir), Müqəddəs Lüdovik Hərbi Ordeninin isə komandiri olaraq bitirmişdir.

Jan-Batist Dükas
Jean-Baptiste du Casse
Jan-Batist Dükass. Hiasint Riqa (təx. 1700)
Jan-Batist Dükass. Hiasint Riqa (təx. 1700)
bayraq
San-Dominqo qubernatoru
1 oktyabr 1691 – iyul 1700
SonrakıCozef Honon Deqallifet
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Po, Fransa
Vəfat tarixi (68 yaşında)
Vəfat yeri Burbon-l'Arşambo, Fransa
Milliyyəti fransız
Vətəndaşlığı  Fransa
Fəaliyyəti müstəmləkə inzibatçısı[d], hərbi qulluqçu, tədqiqatçı-səyyah[d]
Atası Jak Dükas
Anası Cudit Remi
Həyat yoldaşı Marte Bodri (ev. 1686–1715)
Uşağı Marte Dükass
Hərbi xidmət
Xidmət illəri 1686–1714
Mənsubiyyəti Fransa
Qoşun növü Fransa Donanması
Döyüşlər Auqsburq liqası müharibəsi
İspaniya varisliyi uğrunda müharibə
Rütbəsi General-leytenant

Təltifləri
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

O zamanlar soyadların yazılışının düzəldirilməsi adi bir əməl olmadığından, Dükassın soyadı müxtəlif yazılışları var idi. du Casse yazılışı doğum sənədindən əsaslanır, fəqət digər sənədlər Ducasse, DucasDu Casse yazılışlarını göstərirlər. Onun qardaşının nəvəsi Robert 1876-cı ildə Jan-Batist Dükassın bioqrafik əsərini yazanda ulu əmisinin və özünün soyadını du Casse olaraq qələmə vermişdir.[1]

Dükassın doğum yeri barədə mütərəddidlik mövcuddur. Bəzi mənbələr onun 2 avqust 1646-cı ildə Sobyuss kommunasında qəssab Bertran Dükassın ailəsində,[2] Po şəhərində dindar hugenotlar olan Jak Dükass və Cudit Reminin ailəsində anadan olduğunu yazır. Jak Dükass Fransa protestant kilsəsinin vəzifəli şəxslərindən biri idi. Hugenotlar bu dövrdə təqibə və təzyiqə məruz qaldığından Dükass öz ailə tarixçəsini dəyişməli olmuşdur. Onun qardaşı oğlu Sen-Simon kimi erkən bioqraflar bu xətanı öz əsərlərində əbədiləşdirmişdilər.[3]

Dükass öz ailəsinin dini mənşəyini 1691-ci ildə Jerom Felipeyə göndərdiyi məktubda açıqlamışdır.[4] Buna əlavə olaraq, Po şəhərində alınan yerli mənbələr Dükass ailəsinin hugenot mənşəyini ifşa edir.[5]

Jan-Batist Dükass 25 iyun 1715-ci ildə Fransanın Burbon-l'Arşambo kommunasında, 68 yaşında vəfat etmişdir.

Şəxsi həyatı

[redaktə | mənbəni redaktə et]

Dükass 16 mart 1686-cı ildə, Dyep şəhərində Marte Bodri (1661–1743) ilə evlənmişdir. O, bank işi və müstəmləkə ticarəti ilə yaxından maraqlanan bir ailədən gəlirdi. Onların bir qızı (Marte Dükass). O, Lüdovik Delaroşefoşold (1672–1751) ilə evlənmişdir.[6]

Afrika və kölə ticarəti

[redaktə | mənbəni redaktə et]

Jan-Batist Dükass Seneqal Şirkətində çalışan zaman AfrikaKarib dənizi arasında fəaliyyət göstərirdi. O, kölə ticarətindən əldə etdiyi pulla San-Dominqoda bir gəmi almış və kaperlik karyerasına başlamışdır. Axırda Fransaya qayıdan Dükass yağmalardan əldə etdiyi qazancın yarısını taxt-taca bağışlamışdır. Buna görə, Kral XIV Lüdovik onu Fransa donanmasının leytenantı təyin etmişdir.[7]

Auqsburq liqası müharibəsi

[redaktə | mənbəni redaktə et]

Dükass 1687-ci ildə Elmina şəhərini zəbt etməyə cəhd göstərmiş, lakin uğursuz olmuşdur. İki il sonra, 1689-cu ilin iyun ayında Dükass müasir Surinamda yerləşən BerbisəFort Zelandiyaya hücum etmişdir.[8] O, bir qədər sonra Jan Fantin ilə birlikdə Sent-Kristofer adasına hücum edir. Fantinin heyətinin İngiltərə əsilli hissəsi Uilyam KiddinRobert Kullifordun rəhbərliyi ilə bir qiyam qaldırır və onun gəmisini oğurlayır.[7]

Dükass 1691-ci ildə San-Dominqonun qubernatoru təyin edilir. O, tezliklə adada yaşayan bukanyerlərin hörmətini qazanır. Növbəti aylarda Dükass yaxınlığında yerləşən Britaniya müstəmləkələrini talan etmişdir.[9]

İspaniya varisliyi uğrunda müharibə

[redaktə | mənbəni redaktə et]

Jan-Batist Dükass 1701–1714-cü illərdə baş verən bu mübaribədə xeyli döyüşlərə qoşulmuş, onların çoxunda qələbə çalmışdır. O, ingilis zabit Con Benbounu Santa-Marta döyüşündə məğlub etmişdir. İki il sonra Dükas Velez-Malaqa döyüşü iştirak etmiş, ingilislərdən və hollandiyalılardan ibarət qüvvələri dəf edə bilmişdir. O, 1714-cü ildə, Barselonanın mühasirəsi zamanı Fransa flotuna rəhbərlik etmişdir.[10]

Mədəniyyətdə

[redaktə | mənbəni redaktə et]

2013-cü ildə satışa çıxarılan "Assassin's Creed IV: Black Flag" video oyununda Dükassın uydurma qardaşı oğlu, Julyen Dükass antaqonist rolu oynayır. Səs aktyoru Aleks İvanoviçi olan personaj 1682-ci ildə Fransanın Monpelye şəhərində anadan olmuşdur. Əmisi kimi gənc yaşlarında gəmiçilik işləri ilə məşğul olmuş, İspaniya varisliyi uğrunda müharibə zamanı bir neçə kiçikhəcmli döyüşlərdə iştirak etmişdir. Müharibə zamanı istedad və bacarıq yerinə hörmət və nəsil ağacını seçdiklərindən, Julyendə Fransaİspaniya monarxlarına qarşı nifrət oyanmışdır. Bununla belə, Julyen öz vətəninə xidmət etməyə davam etmiş və təcrübəli bir artillerist və pulemyotçu olmuşdur.

1704-cü ildə Julyen və əmisi Jan-Batist Velez-Malaqa döyüşü zamanı Yeni Dünyada var-dövlət əldə etmək üçün Fransa Hərbi Donanmasından fərarilik etmişdir. İlk vaxtlarda Afrikada kölə tüccarı olaraq çalışan Julyen, ancaq yetərli qəddarlığa malik olmayan həmin sahədə işləyə bilməyəcəyini anlayıb, işi buraxmışdır. Bir il sonra Julyen Karib adalarına köçmüşdür.[11]

Dükass növbəti on ilini Karib adalarındə muzdlu əsgər olaraq keçirmişdir. Bu yolla Julyen Kuba qubernatoru Laureano Detorres i-Ayyala ilə tanış olur. 1715-ci ilin iyul ayında Dükass Vuds Rocers və Dankan Ualpol Detorres ilə bir görüş təşkil edir. Dankan Ualpol Havana şəhərinə hər kəsdən daha gec, bir həftə sonra gəlmişdir. Əslində, Dankan Ualpol adıyla Havanaya gələn şəxs onun mükafatını qarət etmək istəyən Edvard Kenuey adlı bir dəniz qulduru idi. Onlar, birlikdə, Detorresin təsdiqi ilə "Tampilyer Ordeni"nə (azərb. Templar Order‎) qoşulur.[12] O, həmin ilin sentyabr ayında, 33 yaşında Böyük İnaqua adasında Edvard Kenuey tərəfindən öldürülmüşdür.[13]

  1. Dükass, Robert Emmanuel Leon. L'Amiral du Casse, Chevalier de la Toison d'Or. Paris: Berger-Levrault et Cie. 1876. səh. 10. (#accessdate_missing_url)
  2. Dükass, Robert Emmanuel Leon. L'Amiral du Casse, Chevalier de la Toison d'Or. Paris: Berger-Levrault et Cie. 1876. səh. 12. (#accessdate_missing_url)
  3. Taylemit, Etyen. Dictionnaire des marins français. Paris: Tallandier. 2002. ISBN 2-84734-008-4. (#accessdate_missing_url)
  4. Lettre du 7 juillet 1691, envoyée de la Martinique. Archives Nationales 9A2. (#accessdate_missing_url)
  5. Le Blant, R. "Revue historique et archéologique du Béarn et du Pays basque". (#accessdate_missing_url)
  6. Dükass, Robert Emmanuel Leon. L'Amiral du Casse, Chevalier de la Toison d'Or. Paris: Berger-Levrault et Cie. 1876. səh. 419. (#accessdate_missing_url)
  7. 1 2 Zeks, Riçard. The Pirate Hunter: The True Story of Captain Kidd (ingilis). Nyu-York: Hachette Books. 2003. ISBN 9781401398187. İstifadə tarixi: 26 iyul 2018.
  8. "THE BEGINNING OF THE COLONY OF BERBICE". Qayana. 21 aprel 2003 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 iyul 2018.
  9. Rouli, Ceyms A.; Behrendt, Stefen D. The transatlantic slave trade. səh. 92.
  10. Liqnard, Con. Histoire d'Angleterre (XVI). Chez Parent Desbarres. 1837. səh. 29.
  11. "Julien du Casse". assassinscreed.wikia.org. 2013-09-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 iyul 2018.
  12. "Mister Walpole, I Presume?". assassinscreed.wikia.org. 2014-07-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 iyul 2018.
  13. "A Single Madman". assassinscreed.wikia.org. 2014-01-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 iyul 2018.