Bu məqaləni vikiləşdirmək lazımdır. |
Jan Bedel Bokassa (22 fevral 1921[2][3][…] – 3 noyabr 1996[2][4][…], Bangi[1]) — Mərkəzi Afrika İmperatoru
Jan Bedel Bokassa | |
---|---|
fr. Jean-Bedel Bokassa | |
4 dekabr 1976 – 20 sentyabr 1976 | |
Əvvəlki | vəzifə təsis olunub |
Sonrakı | vəzifə ləğv olunub |
1 yanvar 1966 – 4 dekabr 1976 | |
Əvvəlki | David Dako |
Sonrakı | vəzifə ləğv olunub, David Dako |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Vəfat tarixi | (75 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | ürək tutması |
Fəaliyyəti | siyasətçi, zabit, cinayətkar, suveren[d] |
Dini | Roma-Katolik kilsəsi, islam |
Hərbi xidmət | |
Mənsubiyyəti | Mərkəzi Afrika Respublikası |
Döyüşlər | |
Rütbəsi | polkovnik |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Bokassa 1921-ci ildə anadan olub. O vaxt Mərkəzi Afrika Respublikası Fransa protektoratı idi. Bokassa 19 yaşında Fransanın müstəmləkə ordusuna qoşulub. Vyetnam Fransa müstəmləkəsi olanda orada vyetnamlılara qarşı vuruşub. Zabit rütbəsi və fəxri legion xaçı alıb. Bokassa döyüşən vaxt qohumu müstəqillik alan MAR-ın prezidenti olub və onu ölkəyə çağırıb. 1960-cı ildə hərbi kabinetin rəisi olan Bokassa qısa müddətə marşala qədər yüksəlib. Marşal olandan sonra isə daha çox istəyib və qohumunu devirərək prezident olub. 1979-cu ildə prezident olmaqla yanaşı, bütün hakimiyyəti əlində cəmləşdirib: Eyni zamanda müdafiə naziri, dövlət idarələri və sosial təminat naziri, ticarət naziri, sənaye və şaxtalar naziri, poçt və telekommunikasiyalar naziri, hökumətin sədri, ölkədə yeganə partiya olan qara afrikanin sosial təkamülü hərəkati partiyasinin sədri olub.
Nəhayət, 1972-ci ildə Bokassa özünü ömürlük prezident, 1977-də isə imperator elan edir. Tacqoyma mərasimi çox dəbdəbəli keçirib. O, özünü Napoleona bənzədirdi və bütün detalların Avropa imperatorunun tacqoyma mərasimindəki kimi olmasına çalışıb. İmperator üçün tacı Paris zərgəri Klod Bertran hazırlayıb. Tacın üstündə ölkənin əsas ləl-cəvahiratı, o cümlədən 58 karatlıq ürəkşəkilli brilliant olub. Tacın qiyməti 5 milyon dollar idi. Oturmuş qartal şəklində iki tonluq qızıl taxt, ən yaxşı xarici markalardan olan 100 avtomobil və 130 ağ cıdır atı… Təyyarə ilə ölkəyə Fransadan 7 ton çiçək, 5200 livreya, 600 frak və smokinq (Pyer Kardin hazırladıb), 25 min butulka Burqund şərabı, 40 min butulka şampan, 10 min gümüş qab-qacaq dəsti, 120 nəfərlik orkestr.. gətirilib. Bokassa saf qızıldan özünün iki tonluq heykəlini də qoydurmuşdu…
Tacqoyma mərasimində onun geyindiyi tufli ən bahalı ayaqqabı kimi Ginnesin rekordlar kitabına düşüb. Dünyanın bütün ölkələrinin rəhbərləri və Roma papası da tədbirə dəvət olunsa da, heç kəs gəlmədi. Çünki onu psixi cəhətdən anormal sayırdılar.
Əsrarəngiz tacqoymaya bu qədər vəsait xərclənsə də, üç milyon əhalisi olan ölkə kasıblıq, aclıq içində boğulurdu. Təhsil, səhiyyə, əhalinin həyatı pis idi: 43 min nəfərə bir həkim düşürdü, bütün ölkədə cəmi bir diş həkimi vardı. Amma o, qohumları ilə xəzinəni talayır, ölkədə və xaricdə çoxlu dəbdəbəli evlər alır, eyş-işrət məclisləri qurur, özünü çoxlu orden və medallarla təltif edirdi. Övladları üçün xüsusi imtiyaz da müəyyən etmişdi. Oğlanları (Bokassanın 18 leqal arvaddan yetmiş yeddi qəbul etdiyi övladı vardı) 12 yaşa çatanda özünə məşuqə seçə bilərdi. Məşuqənin vəzifəsi şahzadəyə məhəbbət sənətini öyrətmək idi. Onlar istənilən qadını seçə bilərdilər.
Dövlət çevrilişi edən kimi Fransa prezidenti Şarl de Qolla əbədi məhəbbəti haqda and içir və onu ata adlandırır. Fransa hökuməti ondan maddi dəstəyini əsirgəmir, əvəzində bu ölkənin ərazisində özünün hərbi bazasını yerləşdirir. Liviya prezidenti Müəmmər Qəddafi ilə görüşündən sonra islamı qəbul etdiyini deyib və Jan Bedel adını dəyişərək Səlahəddin Əhməd qəbul edib. Deyilənə görə, bu, Qəddafidən maliyyə yardımı almaq üçün fənd imiş. Çünki bir müddət sonra yenidən katolisizmi qəbul etdiyini elan edib. Fransa prezidenti Jiskar d`Estenlə də dost olub. İkincini MAR-ın yeraltı sərvətləri maraqlandırırdı. Fransızlar bu ölkədə atom proqramı üçün radioaktiv maddələr arayırdılar. Üstəlik, d`Esten arada oraya ova gəlirdi. Sonralar "Kanar anşene" junralı d`Estenin Bokassadan bahalı brilyant rüşvət aldığını yazdı. Bu informasiya yayılandan sonra onun reytinqi kəskin şəkildə aşağı düşdü və 1981 seçkilərində Mitterana uduzdu. Sonralar məlum oldu ki, Bokassa 1973-cü ildə Henri Kissincerə də brilyant veribmiş.
1979-cu ildə onun portreti olan formanı geymək istəməyən məktəbliləri güllələtdirdikdən sonra o, fransız desantçıları tərəfindən devrildi və Fransaya aparıldı. Desantçılar saray mətbəxində insan əti ilə dolu soyuducular tapdı. Beynəlxalq istintaq qrupu müəyyən edib ki, Bokassa siyasi rəqiblərini quyularda çürüdüb, onları timsahlara yedirib. Yeməyində insan ətindən istifadə edib. O cümlədən, arvadlarının bir çoxunun ətini yeyib. Ölkədə yeganə riyaziyyatçını yeyib. Həbs olunandan sonra soyuducudan həmin alimin qalıqları tapılmışdı. Sonralar bir dəfə mətbuat konfransında ona belə bir sual veriblər: "Deyirlər, siz puritan həyat tərzi keçirirsiniz. Yemirsiniz, içmirsiniz, siqaret çəkmirsiniz, qadınlardan xoşlanmırsınız, hətta müxalifəti sıxışdırsmırsınız. Siz necə özünüzü yüngülləşdirirsiniz?" Bokassa İngiltərədən olan gənc jurnalisti diqqətlə süzüb: "Mən gərginləşmirəm, Sizə də məsləhət görmürəm" demiş və jurnalistə təklif etmişdi ki, kofe süfrəsində bu məsələni təklikdə müzakirə etsinlər. Təbii ki, jurnalist buna getməmişdi.
Bokassa 1970-ci ildə SSRİ-də olub. Burda elan edir ki, tərəqqipərvər sosializm düşərgəsinə daxil olur.. Brejnevlə görüşüb. "Artek" pioner düşərgəsinə baş çəkib. Boynundan qalstuk asıb ona fəxri pionerlik veriblər. Amma "fəxri pioner"in Fransa müstəmləkə ordusunda xidmətdə olarkən Vyetnamda bir kənddə yerli kommunistlərin liderini yediyini nə qalstuk bağlayanlar, nə də SSRİ rəhbərliyi bilirdi. Bokassa ölkəsinə qayıdanda Kremldəkilərin çox içmələrindən narazılığını bildirmişdi. Amma Brejnevin dodaq-dodağa öpüşmək adəti çox xoşuna gəlirmiş. SSRİ-dən qayıdandan sonra bütün nazirləri bir-bir qucaqlayıb dodaqlarından öpür. Sonralar ölkə boyu səfərlərində də öpüşməyə üstünlük verirdi. O deyirmiş ki, dillər təmas edəndə adamların məxfi fikirlərini oxumaq olur. Əgər yaş və süstdürsə, müsahib xeyirxah niyyətə köklənib. Əgər dil qurudursa, demək, əsəbidir, nəsə qəsdi var. Onu nahara sifariş vermək olar.
Nəhayət, boğaza yığılan camaat ayağa qalxdı. 18 avqust 1979-cu ildə məktəbli və tələbələr etiraz etdi. Onların geydiyi formanın üstündə Bokassanın şəkli olmalı idi (maraqlıdır ki, tikiş fabriki də imperatora məxsus idi). Etirazçılar küçələrə axışdı. Hərbi hissələrin atəş açması nəticəsində 150 nəfər öldürüldü. Amma problem bununla da çözülmədi. Apreldə etirazlar təkrar olundu. Bu dəfə üsyana keçdi. İmperiya qvardiyasının əsgərləri və hərbi hissələr qeyri-insani ova başladılar. 6 yaşdan 26-ya qədər hər kəsi tutur, öldürürdülər. Fransız jurnalistləri hadisələrin gedişini belə təsvir edirlər:
"Yüzlərlə uşağı mərkəzi türməyə doldurmuşdular. Əsgərlər onları təpik altına salıb xıncır, sonra kameralara doldururdular. Qəzəbdən ağlını itirmiş Bokassa özü türməyə gəlmişdi ki, uşaqlara yaxşıca dərs versinlər. Bu "dərs"dən sonra yüzə qədər adam öldü. Onları ya ümumi məzarda basırır, ya da çayda axıdırdılar".
Amma impreator bununla kifayətlənməyib. Onun əmri ilə otuza qədər uşağı sarayın qabağına gətiriblər. Jurnalist Bernar Lubanın verdiyi məlumata görə, onları yerə uzanmağa məcbur ediblər və sərxoş Bokassa sürücüyə əmr edib ki, maşını onların üzərindən sürsün. Sürücü etiraz edəndə Bokassa özü sükan arxasına keçib və yük maşınını sonuncu səs kəsilənə qədər irəli-geri sürüb.
Nəhayət, Fransa desantları MAR-da çevriliş edir. Uzun müddət Fransada yaşayan Bokassaya 1980-ci ildə vətənində qiyabi məhkəmə keçirilir və o, ölümə məhkum edilir. 1986-cı ildə eks-imperator həyatında, çox güman ki, ən qəribə addımı atır. O, könüllü şəkildə Mərkəzi Afrika Respublikasına qayıdır. Hesab edirdi ki, xalq yenidən onu taxta çıxaracaq. Amma qayıdan kimi həbs edilib mühakimə olunur.
Ona dövlətçiliyə xəyanət, qətllər, adam əti yemək və dövlət əmlakını dağıtmaq ittihamı irəli sürülür. Bokassa məhkəmədə çox fəal iştirak edir və hakimləri inandırır ki, qurbanlarının bədən hissələrini soyuducuda yemək üçün yox, simvolik mənada saxlayıb. Guya bu orqanların hərəsinin öz mənası var. Məsələn, qaraciyər uğur gətirir və s. Bundan sonra adam yemək ittihamı üzərindən götürülür. Amma başqa ittihamlar kifayət edir ki, ölüm cəzasına məhkum edilsin. Bu, 12 iyun 1987-ci ildə baş verir. Bir il sonra isə əfv olunur və ölüm cəzasını ömürlük həbslə əvəz edirlər. Daha sonra isə iyirmi illik cəzaya dəyişdirilir. 1993-cü ildə ölkədə demokratik idarəçilik bərpa olunur və ümumi amnistiya elan olunur. Bokassa azadlığa çıxır. Üç il sonra — 3 noyabr 1996-cı ildə infarktdan ölür. Ömrünün son illərində özünü on üçüncü apostol elan eləmişdi. İddia edirdi ki, Roma papası ilə məxfi görüşləri olur.