Jan Anuyl (fr. Jean Anouilh, 23 iyun 1910[1][2][…], Bordo[3][4] – 3 oktyabr 1987[1][2][…], Lozanna[4]) — fransız dramaturqu.
Jan Anuy | |
---|---|
fr. Jean Anouilh | |
Doğum tarixi | 23 iyun 1910[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 3 oktyabr 1987[1][2][…] (77 yaşında) |
Vəfat yeri | |
Uşaqları | 5 |
Təhsili |
|
Fəaliyyəti | dramaturq, ssenarist, yazıçı, rejissor |
Əsərlərinin dili | fransız dili |
Vikianbarda əlaqəli mediafayllar |
Sorbonna Universitenin hüquq fakültəsini bitirmiş, reklam agentliyində işləmişdir. "Çamadansız müsafir" (1937) pyesi ilə məşhurlaşmışdır. "Çəhrayı pyeslər" (istehzalı-lirik komediyalar: "Oğruların rəqs gecəsi", 1938; "Sanlisdə görüş", 1941), "tikanlı pyeslər" ("Zavallı Bitos", 1956) və s. silsilə dramları var. "Ürkək qız" (1938), "Antiqona" (1943), "Torağay" (1953), "Dəlisov və ya məftun irticaçı" (1959), "Mağara" (1961) pyeslərində insani ləyaqətləri və əxlaqi görüşləri uğrunda mübarizə aparan insanlardan bəhs etmişdir. Dövrünün sosial-fəlsəfi problemlərini dərindən dərk edən Anuyl pyesləri süjet təbiiliyi, emosionallığı, yumoru ilə seçilir. "Medeya" əsəri Azərbaycan səhnəsində tamaşaya qoyulmuşdur.[5]