Jan Templin

Jan Templin (fr. Jean Templin; ilk adı Yanuş Templin pol. Janusz Templin olmuşdur; 14 dekabr 1928[1], Fransa23 noyabr 1980[2]) — hücumçu mövqeyində oynamış Fransa futbolçusu. Çempionlar Kubokunun ilk mövsümünün finalında vurulan qollardan birinin müəllifi.

Jan Templin
fr. Jean Templin
Ümumi məlumatlar
Doğum tarixi 14 dekabr 1928(1928-12-14)[1]
Doğum yeri
Vəfat tarixi 23 noyabr 1980(1980-11-23)[2] (51 yaşında)
Vətəndaşlığı
Mövqeyi hücumçu
Karyerası
Gənclik karyerası
0000
Klub karyerası[* 1]
4—1950 Fransa Vilfranş Bojole
1950—1956 Fransa Reyms 155 (32)
1956—1957 Fransa Lans 22 (6)
1957—1960 Fransa Nansi 63 (12)

  1. Milli çempionatların müxtəlif liqalarında peşəkar klubların heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı.

1928-ci ildə müasir Belarus ərazisində, Baranoviçi şəhərində anadan olmuşdur (o zaman Polşa Respublikasının Novoqrudek voyevodalığı idi).

Futbolçu karyerasına Fransanın "Vilfranş Bojole" həvəskar klubunda başlamışdır. 1950-ci ildə yüksək liqanın "Reyms" klubuna keçdi. "Reyms"in forması ilə 150-dən çox oyuna çıxmış və iki dəfə Fransa çempionu olmuşdur, bundan başqa 1953-cü ildə Latın Kubokunun qalibi olmuşdur. 1955/56 mövsümündə klubla birlikdə Çempionlar Kubokunun ilk finalının iştirakçısı oldu. "Real Madrid"ə qarşı keçirilən oyun 3:4 hesabı ilə ispaniyalıların xeyrinə bitdi, Templin həmin oyunun 10-cu dəqiqəsində klubunun 2-ci qolunu vurmuşdur. Mövsüm bitdikdən sonra "Reyms"dən ayrıldı və 1956/57 mövsümündə başqa Liqa 1 klubu "Lans"da karyerasını davam etdirdi. 1957-ci ildə "Nansi" klubuna transfer olundu və həmin mövsüm Liqa 2-nin qalibi oldu, ancaq Liqa 1-dəki bir mövsümdən sonra Liqa 2-yə qayıtdı. 1959/60 mövsümünün sonunda karyerasını bitirdi.

Nailiyyətləri

[redaktə | mənbəni redaktə et]

"Reyms"

"Nansi"

  • Liqa 2 qalibi: 1957/58

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. 1 2 Jean Templin // Transfermarkt (çd.). 2000.
  2. 1 2 Jean Templin.