Baranoviçi

Baranoviçi (belar. Баранавічы) — Belarusda şəhər. Brest vilayəti Baranoviçi rayonunun inzibati mərkəzi. 2017-ci il hesablamalarına görə, şəhər əhalisi 179,439 nəfər təşkil edir.

Şəhər
Baranoviçi
belar. Баранавічы
Bayraq[d] Gerb[d]
Bayraq[d] Gerb[d]
53°07′ şm. e. 25°59′ ş. u.HGYO
Ölkə  Belarus
Vilayət [[Brest vilayəti]]
Başçı Yuri Qromakovski[1]
Tarixi və coğrafiyası
Əsası qoyulub 1871
İlk məlumat 1627
Əvvəlki adı Rozvadovo
Yaşayış məntəqəsi statuslu 1919
Sahəsi 84.96[2]
Mərkəzin hündürlüyü 193 m
Saat qurşağı UTC+3
Əhalisi
Əhalisi 179 439 nəfər (2017)
Sıxlığı 2112 nəf./km²
Milli tərkibi belaruslar: 82.17%
ruslar: 9.73%
polyaklar: 2.47%
ukraynalılar: 1.59%
digər: 4.04%[3]
Rəqəmsal identifikatorlar
Telefon kodu +375 163
Poçt indeksi 225320, 225401, 225402, 225404, 225406–225411, 225413, 225415–225417
Nəqliyyat kodu 1
Digər
baranovichy.by  (rus.)
Baranoviçi xəritədə
Baranoviçi
Baranoviçi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Şəhərin tarixi 29 noyabr 1871-ci il tarixindən başlayır. 1884-cü ildə bu ərazidə 120 ev yerləşirdi və təqribən 500 nəfər sakin yaşayırdı. İmperator III Aleksandr tərəfindən təsdiq etdiyi plana əsasən, bu şəhərin yerləşdiyi ərazidən də keçən Vilnüs — Luninets — Pinsk — Rovno dəmiryolu inşa edilməli idi. Həmçinin, şəhərin yaxınlığından başqa bir dəmiryolu (Moskva-Brest) keçməli idi ki, bu da şəhərin strateji əhəmiyyətini daha da artırırdı.

1914-cü ildə Birinci dünya müharibəsi başladıqdan sonra şəhər Rusiya İmperiyası Ordusunun əsas qərargahlarından biri kimi fəaliyyət göstərməyə başlamışdır. Şəhər güclü müdafiə olunmasına baxmayaraq, 25 iyul 1916-cı ildə Almaniya İmperiyası tərəfindən işğal olunmuş və 2 il müddətinə işğal altında qalmışdır. Müharibə başa çatdıqdan sonra, 1918-ci ildə şəhər Belarus Xalq Respublikasının tabeçiliyinə keçmişdir.

Bununla belə şəhərdə sakitlik hökm sürmür. 1919-cu ilin əvvəllərində başlayan Polşa-Sovet müharibəsi ərzində, 18 mart 1919-cu ildə şəhər Polşa qoşunları tərəfindən işğal olunur. Sovet Ordusu şəhəri 17 iyul 1920-ci ildə azad etsə də, 30 sentyabr tarixində şəhər yenidən Polşa qoşunları tərəfindən işğal olunur.

Baranoviçi 1 avqust 1919-cu il tarixində şəhər statusu alır və Novoqrodek voyvodalığının mərkəzinə çevrilir. 1921-ci ildə şəhər əhalisi 11,000 nəfər təşkil edirdi ki, bunun da böyük əksəriyyəti (67%-i) yəhudilərdən ibarət idi. Strateji cəhətdən əlverişli mövqedə yerləşən şəhər tezliklə inkişaf etməyə və bölgənin əsas ticarət və kommersiya mərkəzinə çevrilməyə başlayır. Şəhərdəki pravoslav kilsəsi 1924–31-ci illərdə neoklassik memarlığı üslubu ilə inşa olunmuşdur. Həmin dövrdə Sərhəd Mühafizə Korpusunun briqadası, həmçinin 20-ci piyada diviziyası da şəhər yaxınlığında dislokasiya olunmuşdu. Şəhər sürətlə inkişaf etdiyinə görə, 1939-cu ildə burada artıq 30,000 nəfər yaşayırdı və bölgənin ən böyük və ən vacib yaşayış məntəqələrindən birinə çevrilmişdi.

İkinci dünya müharibəsinin başlamasından sonra 17 sentyabr 1939-cu ildə Sovet Ordusu şəhərə nəzarəti ələ almışdır. Bu dövrdə şəhərin yerli yəhudi əhalisi 9,000 nəfər, Polşadan köçüb gələn yəhudilərin sayı isə 3,000 nəfər təşkil edirdi. Barbarossa əməliyyatı başladıqdan sonra 25 iyun 1941-ci ildə şəhər Vermaxt qoşunları tərəfindən işğal olunmuş və elə həmin ilin avqust ayında burada yəhudi soyqırımı həyata keçirilmişdir. 1942-ci ilin dekabr ayında şəhərdə yaşayan yəhudilər Almaniyada yerləşən həbs düşərgələrinə aparılmış və burada ölümə məhkum edilmişdir. Bu soyqırım nəticəsində yalnız 250 nəfər Baranoviçi yəhudisi sağ qalmışdır.

6 iyul 1944-cü il tarixində şəhər Qırmızı Ordunun nəzarəti altına keçmişdir. Bu hadisədən sonra şəhərin polyak əhalisi QazaxıstanSibirə sürgün olunmuşdur. İkinci dünya müharibəsindən sonra şəhər SSRİBelarus SSR-in ərazisi elan olunmuşdur. 1991-ci ildə SSRİ-nin dağılmasından sonra şəhər müstəqil Belarus dövlətinin ərazisində qalmışdır.

  • 2005-ci il: 166,122 nəfər[4]
  • 2006-cı il: 166,075 nəfər
  • 2007-ci il: 166,304 nəfər
  • 2008-ci il: 166,754 nəfər
  • 2009-cu il: 168,098 nəfər
  • 2010-cu il: 169,094 nəfər
  • 2011-ci il: 169,841 nəfər
  • 2012-ci il: 170,787 nəfər
  • 2013-cü il: 178,370 nəfər
  • 2015-ci il: 179,012 nəfər[5]
  • 2016-cı il: 179,122 nəfər[6]
  • 2017-ci il: 179,439 nəfər[7]
Baranoviçinin iqlimi
Göstərici Yan Fev Mar Apr May İyn İyl Avq Sen Okt Noy Dek İl
Maksimum orta, °C −1,7 −0,8 4,5 12,8 19,1 21,6 23,9 23,3 17,4 11 3,9 −0,7 11,2
Orta temperatur, °C −4,1 −3,8 0,6 7,6 13,5 16,2 18,3 17,5 12,3 7,1 1,3 −2,9 7
Minimum orta, °C −6,5 −6,6 −2,8 2,9 8 11,1 13,1 12,3 8 3,8 −0,7 −5,1 3,1
Mütləq minimum, °C −33,9 −37,8 −28,9 −10 −5 0,9 3,9 −1,1 −3 −11 −19 −29,9 −37,8
Yağıntı norması, mm 39 32 40 33 59 83 94 59 57 43 42 46 627
Mənbə: Погода и климат


Qardaş şəhərlər

[redaktə | mənbəni redaktə et]
  1. http://brest-region.gov.by/index.php/upravlenie/ispolnitelnaja-vlast/predsedateli-gorispolkomov/550-predsedatel-baranovichskogo-gorispolkoma-dichkovskij-viktor-ivanovich Arxivləşdirilib 2016-03-04 at the Wayback Machine Брестский облисполком
  2. "Сборник «Реестр земельных ресурсов Республики Беларусь»". 2015-11-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-05.
  3. Результаты переписи 2009 года
  4. Национальный статистический комитет Республики Беларусь: Регионы Республики Беларусь в цифрах 2005–2011 гг.
  5. "Социально-экономическое развитие регионов Республики Беларусь за январь-сентябрь 2015 г". 2016-01-19 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-11-05.
  6. "Численность населения на 1 января 2016 г. и среднегодовая численность населения за 2015 год по Республике Беларусь в разрезе областей, районов, городов и поселков городского типа". 2017-07-30 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-11-05.
  7. "Численность населения на 1 января 2017 г. и среднегодовая численность населения за 2016 год по Республике Беларусь в разрезе областей, районов, городов и поселков городского типа". 2020-08-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-05.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]