"Göy Jasmin" (ing. Blue Jasmine) — rejissor Vudi Allenin filmi. Rejissorun yaradıcılığında dram janrında çəkilmiş azsaylı filmlərdən biridir. Filmin dünya premyerası 26 iyul 2013-cü ildə baş tutmuşdur (məhdud yayım Nyu-York və Los-Ancelesdə keçirilmişdir). Geniş Amerika yayımı 23 avqust tarixindən başlamışdır.
Göy Jasmin | |
---|---|
ing. Blue Jasmine[1] | |
Janr | komediya-dram[1], dram filmi |
Rejissor | |
Prodüserlər |
|
Ssenari müəllifi | |
Baş rollarda | |
Montajçı | Alisa Lepselter[d] |
Distribütor | Sony Pictures Classics[d], Netflix, Hulu[d] |
İlk baxış tarixi | 26 iyul 2013[6], 7 noyabr 2013[7], 29 avqust 2013[8] |
Müddət | 98 dəq.[1] |
Büdcə | 18.000.000 $ |
Gəlir | 97.505.481 $ |
Ölkə | |
Dil | ingilis dili[1] |
Rəng | rəngli |
Çəkiliş yeri | San-Fransisko, Lonq-Aylend, Nyu-York |
IMDb | ID2334873 |
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
Filmdə baş rolu Keyt Blanşett ifa edir. Tənqidçilərin rəyinə görə aktrisa Vudi Allenin yaradıcılığında ən güclü obrazlardan birini yaratmışdır. Aktrisa Ən yaxşı qadın roluna görə "Oskar" mükafatına namizədlərin bütün bənzər siyahılarında yer almışdır[9]. Bu roluna görə "Qızıl qlobus", "BAFTA" və "Oskar" da daxil olmaqla, bir çox mükafatlara layiq görülmüşdür.
"Jasmin" filmini yaxşı qarşılamış kino mətbuatı nümayəndələrinin iddiasına görə Allen "Brodvey üzərində tozanaq" filmindən sonra ən yaxşı ekran əsərini yaradıb[10][11]. Bəzi rəyçilər "Jasmin" filminin süjetinin Tennesi Uilyamsın məşhur "Arzu tramvayı" pyesi və onun 1951-ci ildə çəkilmiş klassik ekran variantı ilə oxşar olduğunu bildirmişdilər[12][13].
Hel (Alek Bolduin) və Jasmin (Keyt Blanşett) Frensislər həyat yoldaşı kimi varlı həyat sürürlər. Bir gün hər şey məhv olur: fırıldaqçı Hel maliyyə məsələlərində uğursuzluğa düçar olub həbsxanaya düşür (hər halda filmin birinci yarısında qəhrəmanların söhbətlərindən belə məlum olur). Həbsindən bir qədər əvvəl Helin xəyanət etirafı Jasmin üçün vəziyyəti bir az da mürəkkəbləşdirir.
Depressiyaya düşən Jasmin San-Fransiskoya – eyni valideynlərin himayəsi altında birlikdə böyüdüyü kasıb Cincerin (Salli Hokins) yanına gəlir, qayğısız günlərini yada salır. Hel həbsxanada özünü asaraq intihar edir. Onun əvvəlki nikahdan olan doğma oğlu Denni (Olden Eyrenrayk) Jasmini baş verənlərdə günahkar bilərək onunla bütün əlaqələrini kəsir.
Jasmin içkiyə qurşanmağa başlayır. O, yerli diş həkimi Flikerinin (Maykl Stulbarq) katibəsi kimi işə düzəlir, lakin tezliklə müdirin cinsi qısnaması üzündən işdən çıxır. Jasmin ümidverici diplomat Duayt Uestleykə (Piter Sarsqaard) rast gələnə qədər yaşamağın mənası olmadığını düşünür. Daha yaxın ünsiyyət saxladıqdan sonra Uestleyk onun keçmişi haqqında məlumatı olmaya-olmaya Jasminlə ailə qurmaq istəyini dilə gətirir.
Uestleyklə Cincerin keçmiş əri Oginin (Endrü Days Kley) təsadüfi görüşü bütün planları alt-üst edir. Frensislər ailəsinə qarşı acıqlı olan Ogi Jasminin şəxsi həyatı ilə bağlı hər şeyi Duayta danışır. Eyni zamanda Jasminə hal-hazırda musiqi alətləri mağazasında işləyən Denni haqqında da məlumat verir. Məlum olur ki, aramsız xəyanətləri müqabilində qisas almaq üçün Heli elə Jasminin özü polisə verib. Başına gələnlərdən sonra Jasmin bacısına yalandan Duayta ərə getməyə hazırlaşdığını deyib onun mənzilindən çıxır.
Sonuncu səhnədə skamyada əyləşmiş Jasmin bundan sonra necə yaşayacağını bilməyərək öz-özü ilə danışır. Beynində Hellə tanış olduqları zaman səslənən "Blue Moon" mahnısı canlanır, lakin ilk dəfə olaraq mahnının sözlərini yadına sala bilmir.
2012-ci ilin martında Vudi Allenin növbəti layihəsinin baş rolunda "Oskar" mükafatı laureatı Keyt Blanşetti görmək istədiyi elan olundu[14]. Həmin ilin iyun ayında Blanşettin filmdə iştirakı rəsmi olaraq təsdiqini tapdı[15].
Filmin çəkilişləri 2012-ci ilin sonunda Nyu-York və San-Fransiskoda aparıldı. 2013-cü ilin yanvarında Allen filmini "Blue Jasmine" adlandırdığını bildirdi. "Jasmin" — baş qəhrəmanın adıdır[16], filmin orijinal adını isə təxminən "kədərli, qüssəli Jasmin" kimi tərcümə etmək olar.
Filmdəki geyimlərin dizaynı ilə şəxsən Blanşettlə isti münasibətləri olan Karl Lagerfeld məşğul olmuşdur. Dizayner Süzi Benzinger hazırlığı belə xatırlayırdı:[17]
Biz Jasmin üçün "Chanel" və "Fendi"ni seçdik. Vudi filmlərindəki geyimlərin dəb tarixi haqqında təsəvvür yaratmaq imkanlarını çox sevir. Mən "Chanel-dən jaket" ifadəsini ağzımdan çıxaran kimi o dedi: "Səncə həqiqətən Şaneldən jaket əldə edə bilərik?". Cavab verdim: "Məncə əldə edə bilərik". Süzi Benzinger
|
Həyatı bir anda alt-üst olmuş əyyaşlığa qurşanan qadın kimi çətin obrazı yaratmaq üçün Blanşett "gözəl şərabdan ləzzət almağa" və bənzər vəziyyətə düşən qadınları müşahidə etməyə başlayır. Xüsusilə, qalmaqallı fırıldaqçı Bernard Medoffun arvadı Rut Meydoffun həyatını öyrənir[18].
Film müsbət rəylər almışdır. Məşhur "Rolling Stone" jurnalının tənqidçisi Piter Trevers Keyt Blanşettin ifasını bəyənərək filmə 4 ulduz imkanından 3,5 ulduz vermişdir[19]. "Roger Ebert" saytında isə film 4 ulduzdan 3-nə layiq görülmüşdür[20].
Vudi Allenin filmi bu günümüzün sevinc mənbəyidir və deyəsən, "Matç Point"in dramatizminə çox yaxındır[21]. Süzan Vloşşina
|
"Rotten Tomatoes" saytında yazılmış rəylərin 91 %-i müsbət olmuşdur[22]. IMDb tamaşaçıları filmi 7,3 xalla qiymətləndiriblər. "Metacritic"dəki orta qiymətləndirmə 100-dən 78 xal təşkil edir[23].
Mükafat və nominasiyalar | ||||
---|---|---|---|---|
Mükafat | Nominasiya | Namizəd | Nəticə | |
"Qotem" | Ən yaxşı qadın rolu | Keyt Blanşett | Namizəd | |
Nyu-York tənqidçilər dairəsi | Ən yaxşı qadın rolu | Keyt Blanşett | Qazandı | |
Boston kinotənqidçiləri Assosiasiyası | Ən yaxşı aktrisa | Keyt Blanşett | Qazandı | |
Boston onlayn kinotənqidçiləri Assosiasiyası | Ən yaxşı aktrisa | Keyt Blanşett | Qazandı | |
"Müstəqil ruh" mükafatı | Ən yaxşı qadın rolu | Keyt Blanşett | Qazandı | |
İkinci planda ən yaxşı qadın rolu | Salli Hokins | Namizəd | ||
Ən yaxşı ssenari | Vudi Allen | Namizəd | ||
"Sputnik" mükafatı | Ən yaxşı film | Namizəd | ||
Ən yaxşı rejissor işi | Vudi Allen | Namizəd | ||
Ən yaxşı qadın rolu | Keyt Blanşett | Qazandı | ||
İkinci planda ən yaxşı qadın rolu | Salli Hokins | Namizəd | ||
Ən yaxşı orijinal ssenari | Vudi Allen | Namizəd | ||
Nyu-York onlayn kinotənqidçilər dairəsi | Ən yaxşı aktrisa | Keyt Blanşett | Qazandı | |
Vaşinqton kinotənqidçiləri Assosiasiyası | Ən yaxşı aktrisa | Keyt Blanşett | Qazandı | |
Los-Anceles kinotənqidçiləri Assosiasiyası | Ən yaxşı aktrisa | Keyt Blanşett | Qazandı (Adel Ekzarkopulosla birgə) | |
ABŞ Kinoaktyorlar Gildiyasının mükafatı | Ən yaxşı qadın rolu | Keyt Blanşett | Qazandı | |
San-Diyeqo Kinotənqidçilər Assosiasiyası | Ən yaxşı aktrisa | Keyt Blanşett | Qazandı | |
"Qızıl qlobus" | Dram janrında ən yaxşı qadın rolu | Keyt Blanşett | Qazandı | |
İkinci planda ən yaxşı qadın rolu | Salli Hokins | Namizəd | ||
San-Fransisko kinotənqidçiləri dairəsi | Ən yaxşı aktrisa | Keyt Blanşett | Qazandı | |
ABŞ onlayn kinotənqidçilər cəmiyyəti | Ən yaxşı aktrisa | Keyt Blanşett | Qazandı | |
Çikaqo Kinotənqidçilər Assosiasiyası | Ən yaxşı aktrisa | Keyt Blanşett | Qazandı | |
Toronto Kinotənqidçilər Assosiasiyası | Ən yaxşı aktrisa | Keyt Blanşett | Qazandı | |
"Tənqidçi seçimi" | Ən yaxşı aktrisa | Keyt Blanşett | Qazandı | |
Ən yaxşı orijinal ssenari | Vudi Allen | Namizəd | ||
Finiks kinotənqidçilər cəmiyyəti | Ən yaxşı aktrisa | Keyt Blanşett | Qazandı | |
Florida kinotənqidçiləri dairəsi | Ən yaxşı aktrisa | Keyt Blanşett | Qazandı | |
ABŞ Prodüserlər Gildiyasının mükafatı | Ən yaxşı film | Namizəd | ||
ABŞ Ssenaristlər Gildiyasının mükafatı | Ən yaxşı orijinal ssenari | Vudi Allen | Namizəd | |
ABŞ kinotənqidçilərinin milli cəmiyyəti | Ən yaxşı aktrisa | Keyt Blanşett | Qazandı | |
BAFTA | Ən yaxşı qadın rolu | Keyt Blanşett | Qazandı | |
İkinci planda ən yaxşı qadın rolu | Salli Hokins | Namizəd | ||
Ən yaxşı orijinal ssenari | Vudi Allen | Namizəd | ||
ABŞ Geyimçilər Gildiyasının mükafatı | Müasir mövzuda çəkilmiş filmdə ən yaxşı geyim dizaynı | Süzi Benzinger | Qazandı | |
ABŞ Dekoratorlar Gildiyasının mükafatı | Müasir mövzuda çəkilmiş filmdə ən yaxşı quruluşçu rəssam işi | Santo Lokasto | Namizəd | |
Vankuver kinotənqidçiləri dairəsi | Ən yaxşı aktrisa | Keyt Blanşett | Qazandı | |
"Oskar" mükafatı | Ən yaxşı qadın rolu | Keyt Blanşett | Qazandı | |
İkinci planda ən yaxşı qadın rolu | Salli Hokins | Namizəd | ||
Ən yaxşı orijinal ssenari | Vudi Allen | Namizəd | ||
"Sezar" mükafatı | Xarici dildə ən yaxşı film | Namizəd | ||
"İmperiya" mükafatı | Ən yaxşı qadın rolu | Keyt Blanşett | Namizəd | |
İkinci planda ən yaxşı qadın rolu | Salli Hokins | Qazandı |