Jinq Ninq

Jinq Ninq (d. 16 mart 2000) — Çin əsilli Azərbaycanlı stolüstü tennisçi. Jinq Ninq, 2017-ci ildə baş tutan IV İslam Həmrəyliyi Oyunlarında 2 gümüş medal qazanıb.

Jinq Ninq
Şəxsi məlumatlar
Tam adı Jinq Ninq
Vətəndaşlığı Çin ÇinAzərbaycan Azərbaycan
Doğum tarixi (23 yaş)
İdman növü Stolüstü tennis

Karyerası[redaktə | mənbəni redaktə et]

Jinq Ninq, 2017-ci ildə Azərbaycan bayrağı altında IV İslam Həmrəyliyi Oyunlarına qatıldı. Fərdi yarışlarda Jinq Ninq, final görüşündə Türkiyə idmançısı Mələk Hu ilə üz-üzə gəldi və rəqibinə 0:4 hesabı ilə məğlub olaraq yarışların gümüş medalına layiq görüldü. Komanda yarışlarında isə o, Məryəm İmanova, Miao VanqXinqtai Çen ilə birgə 2-ci yeri tutdu və IV İslam Həmrəyliyi Oyunlarının gümüş medalına sahib oldu.

İstinadlar[redaktə | mənbəni redaktə et]