Miao Vanq

Miao Vanq (d. 16 mart 1998) — Çin əsilli Azərbaycanlı stolüstü tennisçi. Miao Vanq, 2017-ci ildə baş tutan IV İslam Həmrəyliyi Oyunlarında 1 gümüş və 1 bürünc medal qazanıb.

Miao Vanq
Şəxsi məlumatlar
Tam adı Miao Vanq
Vətəndaşlığı Çin ÇinAzərbaycan Azərbaycan
Doğum tarixi (25 yaş)
İdman növü Stolüstü tennis

Karyerası[redaktə | mənbəni redaktə et]

Miao Vanq, 2017-ci ildə Azərbaycan bayrağı altında IV İslam Həmrəyliyi Oyunlarına qatıldı. Fərdi yarışlarda Miao Vanq, bürünc medal uğrunda görüşdə İran idmançısı Neda Şahsevəri ilə üz-üzə gəldi və rəqibi üzərində 4:1 hesabı ilə qələbə qazanaraq yarışların bürünc medalına layiq görüldü. Komanda yarışlarında isə o, Jinq Ninq, Məryəm İmanovaXinqtai Çen ilə birgə 2-ci yeri tutdu və IV İslam Həmrəyliyi Oyunlarının gümüş medalına sahib oldu.

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]