Jscript

JScript - Microsoft şirkətinin skriptli proqramlaşdırma dili.JScript dilinin sintaksisi Netscape şirkətinin JavaScript dilinin sintaksisinə çox bənzəyir. Veb-səhifəyə müştəri skriptləri əlavə etməkdən savayı (Mozilla layihəsinədək JavaScriptin yeganə funksiyası bundan ibarət idi),JScript başqa məqsədlər üçün də istifadə oluna bilər(məsələn,Microsoft Windows sistemlərinin inzibatçılığını avtomatlaşdırmaq: ASP səhifələri yaratmaq).JScript dilində yazılmış aşağıdakı proqram nümunəsində ekrana dialoq boksu çıxarılır(// simvollarından sonrakı yazılar şərhdir):

Jscript
   // Dəyişənin elan olunması
   var  strMessage;
   // Dəyişənə qiymət mənimsədilməsi
   strMessage = " Çox mal haramsız olmaz, çox söz yalansız";
   // Məlumatın ekrana çıxarılması
   WScript. Echo(strMessage);


Ədəbiyyat[redaktə | mənbəni redaktə et]

  • İsmayıl Calallı (Sadıqov). “İnformatika terminlərinin izahlı lüğəti”. “Bakı” nəşriyyatı, 2017, 996 s.