Juan Lorensu

Juan Manuel Qonsalves Lorensu (port. João Manuel Gonçalves Lourenço; 5 mart 1954[1][2][…], Lobitu[d], Benquela vilayəti[d]) — anqolalı siyasətçi.[3]

Juan Manuel Qonsalves Lorensu
port. João Manuel Gonçalves Lourenço
Anqola Respublikasının Prezidenti
26 sentyabr 2017 – h.h
ƏvvəlkiJoze Eduardu duş Santuş
Anqola Respublikasının Milli Müdafiə Naziri
22 aprel 2014 – 26 sentyabr 2017
ƏvvəlkiKandido Pereyra duş Santuş Van-Dunem
SonrakıSalviano de Xesus Sekeyra
Şəxsi məlumatlar
Doğum tarixi (70 yaş)
Doğum yeri Lobitu, Portuqaliya Anqolası (indiki Anqola)
Fəaliyyəti siyasətçi, hərbi qulluqçu
Həyat yoldaşı Ana Diaz Lourens
Uşağı 6
Rütbəsi general-polkovnik
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

26 sentyabr 2017-ci il tarixindən Anqola Respublikasının Prezidenti vəzifəsində çalışır. 2014–2017-ci illərdə isə Anqola Respublikasının Milli Müdafiə Naziri olmuşdur.

Lorensu 1954-cü ildə anadan olub. O, on uşaqlı bir ailədə böyüyüb. İbtidai və orta təhsilini BiyeLuanda əyalətlərində portuqal dilində almışdır. Ardınca təhsilini Luanda Sənaye İnstitutunda davam etdirmişdir.[4]

1974-cü ilin avqustunda Ponta Neqradakı azadlıq mübarizəsinə qatılmışdır. Hərbi karyerasına Anqolanın Qurtuluş Müharibəsində Portuqaliyaya qarşı döyüşərək başlamış, sonra isə Angola Vətəndaş Müharibəsi zamanı Angolanın Qurtuluş Uğrunda Xalq Hərəkatı partiyasının üzvü olaraq döyüşmüşdür. Lorensu artilleriya təhsili almış və daha sonra Angolanın Qurtuluş Uğrunda Xalq Hərəkatı Partiyasında funksionerlərdən biri olmuşdur.

1978–1982ci illərdə Lorensu Sovet İttifaqınada və Hərbi-Siyasi Akademiyada təhsil almışdır. Orduda artilleriya generalı vəzifəsinə qədər yüksəldikdən sonra Lorensu siyasətlə məşğul olmağa başladı və 1984-cü ildə Moşiko əyalətinə qubernator təyin edildi.

2016-cı ilin oktyabr ayına qədər Vaşinqtonda Dünya Bankında vəzifə tutan Anqolanın Qurtuluşu Uğrunda Xalq Hərəkatı Partiyasının Parlament üzvü və keçmiş Planlaşdırma Naziri Ana Dias Lorensu ilə evli idi. Altı övladı var, hamısı hazırda Anqolanın Qurtuluşu Uğrunda Xalq Hərəkatı Partiyasında fəaliyyət göstərir. Ana dili olan cənubi mbunduportuqal dilindən başqa rus, ispaningilis dillərini də bilir.

Siyasi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

1984-cü ildə Moşiko vilayətinə qubernator təyin edildikdən sonra hakim partiyadakı karyera pilləkənlərinə qalxmağa davam etdi. 1992–1997-ci illərdə Anqolanın Qurtuluşu Uğrunda Xalq Hərəkatı Partiyası Məlumat Katibi və 1993–1998-ci illərdə Parlamentdəki Anqolanın Qurtuluşu Uğrunda Xalq Hərəkatı Partiyası Parlament Qrupunun Prezidenti olmuşdur.[5]

Partiyanın 12 dekabr 1998-ci il tarixli qurultayında Anqolanın Qurtuluşu Uğrunda Xalq Hərəkatı Partiyasının baş katibi seçildi.

Lorensu 2003–2014-cü illərdə Parlamentin Birinci vitse-prezidenti olub. 2014-cü ilin aprelində Milli Müdafiə Naziri təyin edildi və 2016-cı ilin avqustunda Anqolanın Qurtuluşu Uğrunda Xalq Hərəkatı Partiyasının vitse-prezidenti seçildi. 2018-ci ilin sentyabr ayında Joze Eduardu duş Santuşun yerinə Anqolanın Qurtuluşu Uğrunda Xalq Hərəkatı Partiyasının Sədri oldu.

23 avqust 2017-ci ildə Anqola Prezidenti seçildi və 26 sentyabrda vəzifəsinə başladı və ölkə tarixindəki üçüncü prezident oldu.

8 sentyabr 2018-ci ildə 1975-ci ildən bəri Anqolanın hakim partiyası olan Anqolanın Qurtuluşu Uğrunda Xalq Hərəkatı Partiyasının Prezidenti seçildi və 5-ci partiya lideri oldu.

Xarici nişanları

[redaktə | mənbəni redaktə et]
  1. João Lourenço // Brockhauz Ensiklopediyası (alm.).
  2. Joao Goncalves Lourenco // Munzinger Personen (alm.).
  3. "Arxivlənmiş surət". 2018-07-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-04-22.
  4. http://opais.co.ao/joao-lourenco-comanda-campanha-do-m/[ölü keçid]
  5. "Arxivlənmiş surət". 2017-08-01 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-04-22.
  6. "Arxivlənmiş surət". 2022-03-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-04-22.
  7. "Arxivlənmiş surət". 2011-02-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-04-22.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]