Juniperus oxycedrus

Tikanlı ardıc (lat. Juniperus oxycedrus) — bitkilər aləminin i̇ynəyarpaqlılar şöbəsinin i̇ynəyarpaqlılar sinfinin sərvlər dəstəsinin sərvkimilər fəsiləsinin ardıc cinsinə aid bitki növü.

Tikanlı ardıc
Elmi təsnifat
Beynəlxalq elmi adı

Aralıq dənizindən Qafqaza və Şimali İrana qədər olan sahillərdə və dağlarda yayılmışdır. Hündürlüyü 10 m-ə qədər olan boz-qonur qabıqlı kol və ya ağacdır. Yarpaqları iynəli, ucu biz, tikanlı, üstü hamar, qırışlıdır, yarpaqlarında 2 ağ xətti var, kənar və mərkəzi damarcıqları aydın görübür. Çiçəkləri ikievlidir. Qozaları tək, oturaqdır, qırmızı-qonur, parlaqdır, yumru-yumurtavarı formalı olub, 3-6 qabıqlı, əsasən 3 toxumludur. İkinci il yetişir. Toxumla çoxaldılır.

İstisevəndir, quraqlığadavamlıdır. Verilmiş formanı uzun müddət saxlayır. Dekorativ bitki kimi J.oxycedrus var. Rufescens. hündür şaxələnmiş koldur. Budaqları enli, coddur. İynələri möhkəm, çox vaxt əyilmiş, bir-birindən aralı, uzunluğu 16 mm və eni 1–2 mm-dir, ucu biz, tikanlıdır. Meyvələrin qalınlığı 6–8 mm, rəngi parlaq, qırmızıdır.

Respublikamızda Naxçıvan MR-in Ordubad rayonunda dağlarda təbii halda bitir.

  1. Linnæi C. Species Plantarum (lat.): Exhibentes plantas rite cognitas ad genera relatas. 1753. C. 2. S. 1038.