Kölgədə 40 dərəcə isti

Komediya janrında yaradılmış bu film Abşeron qəsəbələrindən birinin adamları haqqındadır. Burada təsvir olunan hadisələr bir gün ərzində cərəyan edir. Və bu qısa müddət ərzində biz öz ənənələrinə, öz həyat tərzinə malik dənizkənarı qəsəbənin adamları ilə tanış oluruq. Bu, milis nəfəri Mirpaşa (Süleyman Əhmədov), klub müdiri Ziya (Davud İmanov), qoca Mirəli (Süleyman Ələsgərov), gənc Əlibaba (Telman Adıgözəlov) və başqa sakinlərdir. Filmdə doğma torpağa sədaqət, prinsipial həyat mövqeyi, düzlük, doğruçuluq kimi məsələlərə toxunulur.

Kölgədə 40 dərəcə isti
Fayl:Kölgədə 40 dərəcə isti (film, 1987).jpg
Janr dram
Rejissor Leyla Səfərova
Ssenari müəllifi Eldəniz Quliyev
Baş rollarda Telman Adıgözəlov — Əlibaba
Süleyman Əhmədov — Mirpaşa
Süleyman Ələsgərov — Mirəli
Nuriyyə Əhmədova — Suğra
Davud İmanov — Ziya
Operator Kənan Məmmədov
Bəstəkar Aqşin Əlizadə
Rəssam Firəngiz Qurbanova
İstehsalçı "Azərbaycanfilm" Kinostudiyası
İlk baxış tarixi 15 sentyabr 1988
Filmin növü tammetrajlı bədii film
Müddət 69,5 dəq.
Ölkə Azərbaycan Azərbaycan SSR
İl 1987
Texniki məlumatlar 7 hissə
1900 metr
35 mm
Rəng rəngli
  • Film Mərkəzi televiziyanın (Moskva) sifarişi ilə çəkilmişdir.
  • Film 2-ci kateqoriyaya layiq görülüb.
  • Filmin rus dilində ilk adı belə olub: “Kuritsa pod qipnozom” (hipnoz altındakı toyuq).

Film üzərində işləyənlər

[redaktə | mənbəni redaktə et]
Ssenari müəllifi: Eldəniz Quliyev
Quruluşçu rejissor: Leyla Səfərova
Quruluşçu operator: Kənan Məmmədov
Quruluşçu rəssam: Firəngiz Qurbanova
Bəstəkar: Aqşin Əlizadə
Səs operatoru: Akif Nuriyev
Rejissor: Süleyman Əhmədov
Qrim rəssamı: Rəna Əliyeva
Telman Adıgözəlov — Əlibaba
Süleyman Əhmədov — Mirpaşa
Süleyman Ələsgərov — Mirəli
Nuriyyə Əhmədova — Suğra
Davud İmanov — Ziya
Bəxtiyar Kərimov — Rəhman
Fikrət Məmmədov — Rafiq
Mayak Kərimov — Hüseyn
Liya Seyidova — Gənc qız
Yelena Stroyeva — Akademikin arvadı
  • Mərkəzi Televiziya (Moskva)
  • Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 311-313; 336.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]