Külcə hadisəsi


Külcə hadisəsi və ya Külcə qətliamı (çincə: 伊宁事件) — 1997-ci il tarixində Sintszyan-Uyğur Muxtar Rayonuna tabe olan Külcə şəhərində baş vermiş etiraz nümayişləridir.[1]

Külcə hadisəsi
Tarix 3-7 fevral 1997
Yeri Külcə, Sintszyan-Uyğur Muxtar Rayonu, Çin Xalq Respublikası
Səbəbi Çinin yerli əhaliyə qarşı təzyiqləri
Nəticəsi Etirazlar yatırıldı.
Münaqişə tərəfləri

Uyğur və qeyri-uyğur türk xalqları

Çin Xalq Respublikasının güc strukturları

İtkilər

100-dən çox

naməlum

Etirazları 30 uyğur müstəqillik tərəfdarının edam edilməsi və ənənəvi Uyğur mədəniyyəti ünsürlərini yenidən canlandırma cəhdlərinə mane olma xəbərləri daha da alovlandırdı.[2] Bu qadağalara məşrəp olaraq da bilinən ənənəvi toplantılar da daxil idi.[3] Etirazçıların dini şüarlar səsləndirdiyi və "Müstəqil Şərqi Türküstan" deyə bağırdığı etirazlar iki gün davam etmiş və ardından 5 fevral 1997-ci ildə yüksək təzyiqli su və gözyaşardıcı qazla dağıdılmışdır. Nümayişlər polis və Çin Xalq Azadlıq Ordusu tərəfindən silahla yatırıldı.[4][4] Rəsmi hesabatlar ölü sayının 9 olduğunu açıqlasa da, müxaliflərə görə, hadisələr zamanı 100-dən çox insanın həyatını itirdiyi təxmin edilməkdədir.[2]

  1. "Protest marks Xinjiang 'massacre'". Al Jazeera. 2007-02-06. 2011-02-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-17.
  2. 1 2 "Gulja Massacre". Channel 4 (UK). 1997. 2016-12-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-17.
  3. "China: Remember the Gulja massacre? China's crackdown on peaceful protesters". Amnesty International. 2018-11-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-17.
  4. 1 2 "China's 'war on terror'". BBC News. 2002-09-10. 2009-02-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-17.