Külliyyə (ərəb. كُلِّيَّة külliyyə [cəm.: كُلِّيَّات külliyyat] – bütünlük; türk. külliye) — memarlıq kompleksidir ki, bir məscid, mədrəsələr, hökmdar qəsri, arasta, dükanlar, hamam, çeşmə, səbillər, türbə, darüş-şəfa, sibyan məktəbi, imarətxana və kirayəlik otaqlardan təşkil olunub. Osmanlı sultanları çoxlu külliyyə tikdirmişlər.