Bu səhifənin səhifə silmə qaydasına əsasən silinə biləcəyi güman edilir. Əgər səhifənin silinməsinə dair etirazınız varsa, silinməyə namizəd səhifələr səhifəsində bu barədə fikrinizi bildirin. Müzakirə davam etdiyi müddət ərzində səhifədəki bu xəbərdarlığı silməyin.
Bu məqalə sonuncu dəfə 54 dəqiqə əvvəl Araz Yaquboglu (müzakirə | töhfələr) tərəfindən redaktə olunub. (Yenilə) |
Kür çayı — Respublikamızın əsas su arteriyası olub, hələ Azərbaycan ərazisinə daxil olana qədər qonşu ölkələrdə güclü çirklənməyə məruz qalır.
Kür çayına əvvəlcə Gürcüstanın Axalsixe, Borjom[1]i, Xaşuri, Kareli, Qori, Kaspi şəhərlərinin və çayın sahilində olan digər yaşayış məntəqələrinin sənaye müəssisələri və kommunal-məişət tullantıları hesabına sutkada 3 milyon m³ –ə qədər çirkab suları buraxılır. Daha sonra 40 km məsafədə Tbilisi şəhəri daxilində axan Kür burada daha ciddi çirklənməyə məruz qalır. Gürcüstan Respublikası Təbiəti Mühafizə Komitəsinin su müfəttişliyinin məlumatlarına görə (1989), şəhər daxilində çay suyunda olan zərərli üzvi maddələrin miqdarı qəbul olunmuş son həddən 20 dəfə, fenol 300 dəfə, neft məhsulları 330 dəfə, xrom 600 dəfə, mis və kadmium 10 dəfə, sink 13 dəfə, azot 8 dəfə, mədə bağırsaq basilləri 238 dəfə, saprofit bakteriyaları isə 300 dəfə artıqdır. Tbilisidə olan 30-dan çox küçənin leysan kollektorları şəhərin bir çox sənaye müəssisələrinin ("Elektroaparat", "Dəzgahqayırma", "Baxtrioni", "Kruanisi", "Ekran" Dimitrov adına aviasiya, dəri istehsalat birlikləri, avtomobil təmiri, elektrik qaynağı, kənd təsərrüfatı maşınları, cihazqayırma, sabitləşdirmə zavodları, bir çox başqa sənaye müəssisələri, avtomobil parkları və xəstəxanalar) çirkab sularını birbaşa Kürə axıdır. Şəhər daxilində çayın qəbul etdiyi kiçik qolların (Xevdzmara, Vere, Diqmula, Loçino) çirklənmə dərəcəsi Kürün özündən də çoxdur. Bu çaylar əslində çirkab sularını axıdan kanalizasiya kollektorlarına çevrilmişdir. Tbilisi daxilində sutkada daha 1 mln. m³ çirkab suları qəbul edən Kür çayı 20 km məsafədən sonra Rustavi şəhərində yenidən ciddi çirklənməyə məruz qalır və sutka ərzində yüz min kub metrlərlə sənaye və təsərrüfat-məişət tullantılarından ibarət çirkab sularını qəbul edir. SSRİ dağılan ərəfədə Gürcüstan ərazisində çaya axıdılan çirkab sularının orta miqdarı sutkada 4,4 mln. m³ olduğu halda, mexaniki təmizlənməni bunun yalnız 4%-i, bioloji təmizlənməni isə 0,03%-i keçirdi. Nəticədə Kürə il ərzində orta hesabla 700 min t. orqanik maddələr, 30 min t. azot-fosfor duzları, 12 min t. müxtəlif duzlar və qələvilər, 16 min t. süni səthi fəal maddələr və s. axıdılırdı. Azot birləşmələrinin çox hissəsi Rustavidə "Azot" istehsalat birliyindən buraxılırdı. Bu müəssisədə 1985-ci və 1987-ci illərdə baş verən qəza nəticəsində Kürə külli miqdarda azot birləşmələri axmış, çayda Şəmkir su anbarına qədər olan məsafədə balıqların kütləvi qırılması baş vermişdir. Nəticədə, Kür Azərbaycan ərazisinə son dərəcə çirklənmiş, insan və su orqanizmləri üçün təhlükəli çay kimi daxil olur. Elə buradaca sağ qolu Xrami çayını qəbul edən Kür yenidən çirklənməyə məruz qalır. Gürcüstan ərazisində Xrami çayına qovuşan Debed Ermənistanın ən çox çirklənmiş çaylarından biridir. Ermənistanın əlvan metallurgiya, kimya və yüngül sənaye mərkəzləri olan Spitak, Kirovakan, Alaverdi və Stepanavan şəhərləri bu çayın hövzəsində yerləşir. Bu şəhərlərin sənaye və məişət tullantıları təmizlənmədən çaya axıdılır. Kirovakan kimya, Alaverdi metallurgiya kombinatlarından və Axtala filizsaflaşdırma fabrikindən buraxılan çirkab suları Debedi çirklənmə dərəcəsinə görə Razdan və Oxçuçaydan sonra Ermənistanın üçüncü çayına çevirmişdir.
Mingəçevir su anbarında yay aylarında suyun səthini örtən və hələ çox nazik olan mavi-yaşıl rəngli örtük bütün Kür çayında ekoloji şəraitin kəskinləşməsini sübut edir. Həm də belə bir vəziyyət Şəmkir su anbarı istifadəyə verildikdən sonra yaranmışdır. Deməli, orta Kür kaskadında yeni su anbarlarının tikintisi ekoloji cəhətdən əsaslandırılmalıdır.