"Kürd Hizbullahı"[1][2][3][4] (kürd. Hizbullahî Kurdî),[5] həmçinin "Türkiyə Hizbullahı"[6] və ya sadəcə "Hizbullah" (ərəb. حزب الله, Allahın partiyası) — Türkiyənin cənub-şərqində fəaliyyət göstərən yarımhərbi kürd qruplaşması.[7][8][9] . Qruplaşmanın ideologiyası kürdçü sünni islamdır.[10][11][12] Adı Livanda eyniadlı şiə təşkilatından fərqləndirmək üçün başqa formada qeyd edilir.
Kürd Hizbullahı |
---|
Qrupun əvvəlcə Türkiyə kəşfiyyatı tərəfindən solçu və dünyəvi PKK-ya qarşı mübarizə aparmaq üçün yaradıldığı, lakin sonradan nəzarətdən çıxdığı güman edilir.[13] Qrupun fəaliyyəti Türkiyə hakimiyyətini təhdid etməyə başlayanda darmadağın edilmiş və 2000-ci illərin əvvəllərindən praktiki olaraq terror fəaliyyətini dayandırmışdı,[14] lakin onun əvəzində yeni qruplar yaranmışdır.