Lepidium

Bozalaq (lat. Lepidium) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinə aid bitki cinsi.

Bozalaq
Elmi təsnifat
Beynəlxalq elmi adı

Botaniki təsviri

[redaktə | mənbəni redaktə et]

Hündürlüyü 10-52 sm olan qısa tüklü, çoxillik bitkidir. Gövdəsi düz, dar kantlı, yuxarısı qalxanvari budaqlıdır. Daralaraq saplaq əmələ gətirən kökyanı və aşağı gövdə yarpaqları lirayabənzərlələkvari bölünmüşdür, yuxarı yarpaqları oturaq, oturacaqdan oxvaridir. Çiçəkqrupu sıx qalxanvaridir, kasayarpağı çılpaq, ləçəkləri 3 mm, ağdır. Buynuzcuq meyvələri uzun, üfüqi aralanmış ayaqcıqlar üstündə, uzunluğu 2.5-3.5 mm, eni 3.5–5 mm, enli, yumurtavari, oturacaqdan ürəkvari, tayları bir qədər köpmüş açılmayandır. Aprel mayda çiçəkləyir, may-iyunda (iyulda) meyvə verir.

Mənşəyi və yayılması

[redaktə | mənbəni redaktə et]

Bozalaq kserofil coğrafi tipinin aralıq dənizi sinfinin aralıq dənizi qrupuna aiddir. Aralıq dənizi, Balkan-Kiçik Asiya ölkələrində, Suriya, Fələstin, İran, Rusiya, Ukrayna, Orta Asiya və Qafqazda yayılmışdır. Bozalaq Azərbaycanın bütün rayonlarında arandan orta dağ qurşağına kimi (dəniz səviyyəsindən 1800 m qədər) bitir.

Ekoloji qrup və bitdiyi yerlər

[redaktə | mənbəni redaktə et]

Halomezokserofitdir, dağ-çəmən, psammofit-litoral və alaq bitkilik tiplərində rast gəlir. Əsasən əkinlər, bağlar, çəmənlər, dənizkənarı qumsallıqlar, baxımsız olan yerlər, torpaq töküntüləri, yol və su kənarlarında zolaqlar əmələ gətirir.

Kimyəvi tərkibi - Alkaloid, flavonoid, kumarin, karotin, C və E vitaminləri ilə zəngindir.

Təsiri və tətbiqi

[redaktə | mənbəni redaktə et]

Hind və xalq təbabətində tətbiq edilir. Azərbaycanın orta əsrlər təbabətində istifadə olunmuşdur. Dəri, qadın xəstəliklərində, köp, qızdırma və şişlər zamanı istifadə olunur. Ödqovucu, həzm prosesini yaxşılaşdıran, sinqaya qarşı, funqisid və bakterisid təsirə malikdir. İstifadə olunan hissələri. Müalıcə məqsədi ilə bitkinin yerüstü hissəsi, yarpaqları və meyvələri istifadə edilir.

İstifadə formaları - Dəmləmə, cövhər və şirələr.

Digər faydalı xüsusiyyətləri və istifadəsi

[redaktə | mənbəni redaktə et]

Toxumları acıdır, istiot kimi qıdalarda istifadə olunur.