Yarğanotu (lat. Thlaspi) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinə aid bitki cinsi.
Yarğanotu | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Cins: Yarğanotu |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Bir və ya çoxillik otlardır. Yarpaqları oval formalı, çiçəkləri ağ, bəzən çəhrayı olur. Meyvəsi buynuzcuqdur, Avropa, Asiya və Şimali Amerikada 70, Azərbaycanda isə 8 növü yayılmışdır. Bunlardan üçü (Th. armenum, Th. szovitsianum, Th. rostratum) Azərbaycan florası üçün endemdir. Bəzi növlərinin (Th. arvense) yarpağında C vitamini olduğu üçün yeyilir.