Kələzçanaqlılar

Kələzçanaqlılar (lat. Saurischia) — sürünənlər sinfinə aid heyvan dəstəsi, qabırğa-qarınarası, oturaq və qasıq sümüklərindən təşkil olunmuş üçşüalı quruluşlu çanaqlı dinozavrlar. Həyat tərzinə görə iki qrupa bölünür: yırtıcı və bitkilərlə qidalanan, yerüstü həyat tərzi keçirən ikiayaqlı yırtıcıayaqlılar (terapodalar) və amfibiotik, tamamilə bitkilərlə qidalanan dördayaqlılar (zauropodalar). Uzunluğu 14 m-ə çatan iri yırtıcı heyvanlar (karnozavrlar) və nisbətən xırda (25 sm-dən 5 m-dək) dəvəquşunabənzər yırtıcı dinozavrlar (selurozavrlar) yırtıcıayaqlı dinozavlara aid edilir. İri dinozavr — tarbozavrın uzunluğu 12 m-ə çatırdı. Onun hündür kəlləsi, seyrək iti dişləri, çox kiçik qabaq ayaqları, bədənin qabaq hissəsini tarazlayan və dayaq rolu oynayan güclü quyruğu olmuşdur. Orta trias — gec təbaşir.

Kələzçanaqlılar
Elmi təsnifat
Beynəlxalq elmi adı