Kəlbəcərdə helikopter qəzası (14 iyul 1989)

Kəlbəcərdə helikopter qəzası — 14 iyul 1989-cu ildə Kəlbəcər şəhər stadionunda helikopter qəzası.[1]

Kəlbəcərdə helikopter qəzası
Ümumi məlumatlar
Tarix
Yer Kəlbəcər, Kəlbəcər rayonu, Azərbaycan SSR
Ölkə
Yaralı sayı ?
Ölü sayı 8

Hadisədən bir müddət əvvəl 8 erməni təxribatçı Kəlbəcər rayonunun Ağdaban kəndinə basqın edib, onlar sakinlər tərəfindən tutulublar. Tərk-silah edilən terrorçular Kəlbəcər milisinə təhvil veriliblər.

Həmin erməniləri Xankəndiyə aparmaq üçün gələn hərbi helikopter havaya qalxarkən qəza törədib. Helikopter yerə yaxın olduğundan stadiondakı 8 uşağı vertolyotun pəri tikə-parça edib.

Helikopterin pilotları 366-cı motoatıcı alayın sərxoş hərbçiləri olublar.

Həlak olanların siyahısı

[redaktə | mənbəni redaktə et]
  • Məmmədov Sahib Sultan oğlu (10 yaş),
  • Salmanov Razim Tofiq oğlu (8 yaş),
  • Valehov Anar Qardaşxan oğlu (7 yaş),
  • İbişov Cahid Telman oğlu (10 yaş),
  • Əsgərov Səxavət Dəmir oğlu (14 yaş),
  • Əsgərov Natiq Məhəmməd oğlu (14 yaş),
  • Xəlilov Bəxtiyar Rəhim oğlu (11 yaş),
  • Orucov Azər Zakir oğlu (7 yaş).

Hadisədən sonra

[redaktə | mənbəni redaktə et]

1991-ci ildə Kəlbəcər Xeyriyyə Cəmiyyətinin təşəbbüsü ilə rayon mərkəzində həlak olan 8 uşağın xatirəsinə abidə qoyulmuşdur. Kəlbəcər işğal olunandan sonra həmin abidə ermənilər tərəfindən dağıdılmışdır.[2]

2022-ci ildə "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin "Azərbaycantelefilm" Yaradıcılıq Birliyi Kəlbəcərin ilk şəhidləri olan 8 uşağın başına gətirilən faciə ilə bağlı "Gizli qalsın" adlı sənədli film hazırlayıb.[3] Film iyulun 17-də saat 21:30-da AzTV-də yayımlanıb.

  1. Məhəmməd Nərimanoğlu. "Şəhid fidanlar". anl.az (az.). "Azərbaycan" qəzeti. 2019-13-01. 2022-07-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 iyul 2022.
  2. "Erməni terrorçularını aparan helikopter 8 uşağı necə öldürmüşdü…". 2021-01-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-18.
  3. "AzTV-dən iki təsirli sənədli film: "Gizli qalsın" və "Salam, Sahil"". 2023-07-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-18.