Kərgədan böcək (lat. Oryctes nasicornis L.) — Buğumayaqlılar tipinin sərtqanadlılar dəstəsinin lövhəbığlar fəsiləsinə aid olan növ.
Kərkədan böcək | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Aləm: Yarımaləm: Klad: Klad: Ranqsız: Tipüstü: Ranqsız: Ranqsız: Tip: ???: Kərkədan böcək |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Böcəyin erkək fərdinin baş hissəsində kərgədanda olduğu kimi bir ədəd buynuza oxşar çıxıntı var. Bunna görə də ona kərgədan böcək adı verilmişdir. Bədənin uzunluğu 26–41 mm-ə çatır. Bığları 10 buğumdan ibarətdir. Böcəklər axşam və gecə saatlarında uçurlar. Gündüz isə bitki çürüntüləri, yarpaqlar və qabıq altında gizlənirlər.
Dişi fərdlər yumurtalarını ağacların gövdə daxilinə və çürümüş ağac kötüklərinin içərisinə qoyurlar. Yumurtadan çıxan sürfələr, ayrı-ayrı illərdə (iyun-avqust aylarında) qidalandıqları ərik, tut, tozağacı palıd və qovaq ağaclarına 25-30% zərər vururlar. Güclü gəmirici ağız aparatına malikdirlər, yaşlı fərdlər ağacların şirəsi ilə qidalanırlar. Sürfələrin inkişafı ağacların gövdə daxilində getməklə bir neçə il çəkir və bu mərhələdə də orada qışlayırlar. Çürümüş ağacların gövdələri daxilində ağac ovuntularından hazırlanmış xüsusi baramalar içərisində puplaşırlar. Pupdan çıxan böcəklər bir neçə gün ağacın daxilində (kəpək içərisində) sakit vəziyyətdə qalırlar və iyul-sentyabr aylarında uçmağa başlayırlar. Ədəbiyyat məlumatlarına əsasən bir nəslin inkişafı 3-4 il çəkir.
Kərgədan böcək dünyanın Avropa hissəsi, Afrika və Suriya, Qafqaz, Orta Asiya, Şərqi Sibir, Azərbaycanda yayılıb.
Yarımnövlər: